KİV: Makronun reytinqi antirekordu yeniləyib
1339
30 Oct 2024 | 16:06

KİV: Makronun reytinqi antirekordu yeniləyib

Fransa prezidenti Emmanuel Makronun reytinqi rekord dərəcədə aşağı düşüb.
 
Bu barədə "Verian-Epoka" şirkətinin "Figaro Magazine" nəşri üçün apardığı araşdırmada deyilir.
 
Araşdırmanın nəticələrinə əsasən, Fransa prezidentinin populyarlığı daha 5 faiz bəndi azalaraq 17 faizə enib ki, bu da Makronun 2017-ci ildə dövlət başçısı seçilməsindən bəri ən aşağı dəstək səviyyəsidir.
 
“Respondentlərin daha 78%-i prezidentin fəaliyyətindən narazı olduqlarını bildiriblər”, - araşdırmada bildirilir.
 
Qeyd olunur ki, Makronun populyarlığının azalması iyunda parlamentin buraxılması ilə bağlıdır - fransızlar bu addımı başa düşməyiblər.
 
Xatırladaq ki, bu ilin sentyabrında fransızların Emmanuel Makrona inam reytinqi üç bənd - 22%-ə qədər aşağı düşüb. /Report/
 
Link kopyalandı!
Son xəbərlər