Yunan nazirdən Türkiyə ilə bağlı kritik açıqlama: Addım-addım...
1646
07 Oct 2024 | 10:09

Yunan nazirdən Türkiyə ilə bağlı kritik açıqlama: Addım-addım...

Yunanıstanın xarici işlər naziri Yorgos Yerapetritis Türkiyə ilə yetərli etimad səviyyəsinə addım-addım çatdıqlarını bildirib.
 
Yunanıstanda nəşr olunan "Kathimerini" qəzetinə danışan Yerapetritis gündəmlə əlaqədar qiymətləndirmələr edib.
 
O bildirib ki, iki ölkə son 15 ayda yaxınlaşma prosesində açıq ünsiyyət kanalları vasitəsilə tədricən etimad səviyyəsinə çatıb.
 
Yerapetritis hər iki ölkənin xarici işlər nazirlərinin qitə şelfinin və Xüsusi qtisadi Zonanın (EEZ) müəyyənləşdirilməsi yönündə hərtərəfli danışıqların aparılması üçün öz liderlərindən tapşırıqlar aldıqlarını bildirib.
 
Nazir vurğulayıb ki, tərəflər bu çərçivədə razılığa gələ bilməsələr, dəniz yurisdiksiyası sahələrinin müəyyənləşdirilməsi üzrə danışıqlar davam etməsə belə, ikitərəfli münasibətlərdə mövcud yaxşı ab-havanı qorumağa çalışacaqlar.
 
Nazir iki ölkə arasında məşvərətçi danışıqların həlli istiqamətində aktiv siyasətin aparılmasının zəruriliyinə diqqət çəkib:
 
"Məşvərət danışıqlarının 65-ci raunduna getməyi hədəfləmirik. 21 ildir davam edən 64 raund məşvərət danışıqlarından sonra Türkiyə ilə nə məzmunda, nə də prosesdə danışıqlar səviyyəsinə çatmamışıq. Nəticədə, ümumiyyətlə, turun sonunda əvvəlinə nisbətən daha pis yerdəyik. Tarixən xarici siyasətin mürəkkəb məsələlərində ətalət tez-tez əks effekt verir”.
 
Link kopyalandı!
Son xəbərlər