Dünya
2116
06 Oct 2024 | 13:20

"Müharibə suverenliyimizlə, ərazilərimizlə heç bir alver edilmədən sona yetməlidir" - Zelenski

"Ukraynanın qələbə planının gerçəkləşdirilməsi üçün dünyanın resursları kifayət qədərdir..."
 
Ukraynanın müdafiəsi üzrə "Ramştayn" Təmas Qrupunun iclasında Ukrayna üçün müsbət qərarlar planlaşdırılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski axşam müraciətində bəyan edib. Məlumatı "gordonua.com" nəşri yayıb.
 
"Komandalarımızın-Ukrayna və Birləşmiş Ştatların, digər tərəfdaşlarımızın "Ramştayn"a hazırlıq üçün, gələn həftə məzmunlu qərarların qəbulu və bütövlükdə görüşlər və danışıqlar üçün işi davam edir. Bu həftə müdafiəmiz üçün, müharibənin necə sona yetməsi ilə bağlı bizim baxışlarımız üçün müsbət ola bilər. Biz bunun üçün hər şeyi edəcəyik, səmərəli edəcəyik, həm də 100 faiz edəcəyik", - Zelenski deyib.
 
O, bu günlər qələbə planının hərbi bəndlərinin dolğun edilməsi üçün siyasi məsləhətləşmələri anons edib.
 
"Bu, Ukraynanı, onun mövqelərini, ilk növbədə cəbhəmizi  kifayət qədər tez bir zamanda gücləndirməyə kömək edəcək. Planda göstərilənlərin hamısı tərəfdaşlarımız üçün tamamilə realdır. Dünya bizim sülh düsturumuz üzrə irəliyə getməyimiz üçün resurslara malikdir. Bizim məqsədimiz, bizim vəzifəmiz Ukraynaya etibarlı sülhə və uzunmüddətli təhlükəsizliyə zəmanət verməkdən ibarətdir", - prezident deyib.
 
Onun fikrincə, bu, Ukraynanın sülh düsturunda nəzərdə tutulduğu kimi,  "istisnasız olaraq beynəlxalq hüquq əsasında, suverenlik və ya ərazilərlə heç bir alver olmadan" mümkündür.
 
"Ukraynaya sülh lazımdır, həqiqi, ədalətli sülh, müharibədən qorunmaq zəmanəti lazımdır. Bu isə yalnız güclü mövqelərlə mümkündür. Bu, həm xalqımız, həm də tərəfdaşlarımızın həqiqətən birləşəcəyi zaman mümkün olacaq. Biz məhz buna görə işləyirik. Bizə kömək edənlərə, bizim kimi növbəti həftənin bir çox cəhətlərinə görə tarixi həftəyə çevrilməsi üçün hazır olan hər kəsə çox sağ olun deyirəm", - Zelenski bəyan edib.
 
Onun sözlərinə görə, ukraynalı döyüşçülər də "Ramştayn" formatında iclasın hazırlanmasında iştirak edir, "yəni ukraynalıların kifayət qədər silahı və uzaq məsafələrə zərbələr vurmaq imkanı olanda nəyə qadir olduğunu nümayiş etdirir".
 
Ukrayna prezidenti həmçinin vurğulayıb ki, bu gün Rusiyanın hərbi logistikasının məhv edilməsi, xüsusilə Rusiyanın hərbi hava limanlarına zərbələr endirilməsi ən vacib məsələdir.
 
"Rusiyalı hərbçilərin məhv edilən hər bir təyyarə bazası, aviasiya bombaları olan hər bir anbarı ukraynalıların həyatlarının xilas edilməsi və cəbhə üçün dəstək deməkdir. Biz təkcə bizim dronlarımızın kifayət etmədiyinə tərəfdaşlarımızı inandıracağıq. Daha qətiyyətli addımlar atılarsa, müharibəyə daha tez son qoyulacaq, mən buna əminəm", - Zelenski bəyan edib.
Link kopyalandı!
Son xəbərlər