ABŞ SEPAH üzvü haqqında məlumat üçün 20 milyon dollar mükafat təyin edib
Dünya
1427
27 Sep 2024 | 00:29

ABŞ SEPAH üzvü haqqında məlumat üçün 20 milyon dollar mükafat təyin edib

ABŞ Dövlət Departamenti İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) zabiti Şəhram Pursəfi haqqında məlumat verənə 20 milyon dollara qədər mükafat verəcəyini bildirib.
 
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
 
Pursəfi prezident Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona qarşı sui-qəsdin təşkilində şübhəli bilinir.
 
O, SEPAH-ın Qüds qanadının keçmiş komandanı Qasım Süleymaninin 2020-ci ildə öldürülməsinə görə Boltonun başına 300 min dollar təklif edib.
 
Pursəfi ABŞ Maliyyə Nazirliyi tərəfindən xüsusilə təhlükəli terrorçular siyahısına daxil edilib və onu həbs cəzası gözləyir.
Link kopyalandı!
Son xəbərlər