Bizi sosial şəbəkələrdən izləyin:
Livanda bu gün rabitə cihazlarının ikinci seriyasının partlaması nəticəsində ölənlərin sayı 14-ə çatıb.
Bu barədə “Al Mayadeen” telekanalı Respublika Səhiyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, ən azı 450 nəfər yaralanıb.
Qeyd edək ki, dünən də eyni vaxtda Livanın müxtəlif bölgələrində peycerlərin kütləvi partladılması nəticəsində 4 mindən çox insan xəsarət alıb, 11 nəfər ölüb.