Fransadan Azərbaycana qarşı DAHA BİR TƏXRİBAT - 29 milyon avro nə üçün ayrılıb?
Dünya
Oxunub: 442
08:58, Bu gün
Fransadan Azərbaycana qarşı DAHA BİR TƏXRİBAT - 29 milyon avro nə üçün ayrılıb?
Rəsmi Paris öz xoşu ilə bölgədən gedən ermənilərə 29 milyon avro ayırdı; Makron onların qayıdışını masaya daşıyır - Bakıya qarşı daha bir xain həmlə...
 
Fransanın Ermənistanı Azərbaycana qarşı qızışdırmaq siyasəti səngimir. Rəsmi Paris əlindən gələni edir ki, iki qonşu xalq arasında ədavət əbədi davam eləsin. Bu məqsədlə Makron Fransası erməni separatçı-revanşistlərə vaxtaşırı dəstək və ümid verməkdədir.
 
Sentyabrın 16-da Fransanın xarici işlər naziri Stefan Sejurne İrəvana səfərinin yekunlarına dair mətbuat konfransında deyib ki, ölkəsi Ermənistana 29 milyon avro verəcək. Onun sözlərinə görə, bu vəsait Azərbaycan ərazilərini könüllü tərk etmiş ermənilər üçün nəzərdə tutulub. XİN başçısı onu da vurğulayıb ki, Fransa və Ermənistan müdafiə sahəsində əməkdaşlıq edəcək. “Qarabağdan olan ermənilərin vətənə qayıtması mövzusunu qaldırmaq lazımdır”. Bunu isə Sejurne səfər öncəsi demişdi. Daha dəqiqi, təxribatçı gündəliyi barədə anons etmişdi. İndisə məlum olur ki, Qarabağdan gedən ermənilərə 29 milyon avro ayrılır. Görəsən, rəsmi Paris onların qayıdışını necə təsəvvür edir? Məgər Bakının bu məsələdə mövqeyini bilmir? İkinci yandan, niyə XİN başçısı azərbaycanlı köçkünlərin də öz evlərinə qayıtmasından söz açmır?
 
Fransız nazirin sözlərinə görə, Ermənistanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq davam edəcək. Onun fikrincə, Ermənistan öz ərazi bütövlüyünü və suverenliyini, əhalisini müdafiə etməyi bacarmalıdır. Hərçənd Ermənistanın ərazi bütövlüyünə hansı təhlükə olduğu bəlli deyil. Eyni zamanda diplomat əmin edib ki, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq regionda eskalasiyaya yönəlməyib - heç kimin belə niyyəti yoxdur. Bundan əlavə, nazir mətbuat konfransında sülh mövzusuna da toxunub. “Sözsüz ki, Fransa İrəvanla Bakı arasında ərazi bütövlüyünə və suverenliyinə hörmətə əsaslanan və regiona sülh və sabitlik gətirəcək sülh müqaviləsinin tezliklə imzalanmasını təşviq edir”, - Fransa xarici işlər naziri belə deyib. “Almatı Bəyannaməsinin mənası budur. Eyni ideya 2022-ci ildə Praqada da təqdim olunub. Bu, xüsusilə indi, Rusiya Ukraynada bütün vacib prinsipləri tapdaladığı zaman vacibdir”, - Sejurne bildirib.
 
Nazir vurğulayıb ki, Paris Ermənistan və Azərbaycan arasında başlayan sərhədlərin delimitasiyası prosesini asanlaşdırır və bu proses iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə əsaslanmalıdır: “Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilməlidir, bu, ticarətin genişləndirilməsinə imkan yaradacaq və Ermənistanın çiçəklənməsinə səbəb olacaq. Ermənistan sülh istəyir, Fransa sülh istəyir, beynəlxalq ictimaiyyət də sülh istəyir. Azərbaycan tezliklə COP29-a ev sahibliyi edəcək, Bakı bundan əvvəl göstərməlidir ki, o, həm də sülhə can atır”.
 
Öz növbəsində onun erməni həmkarı Ararat Mirzoyan qeyd edib ki, Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa hazırdır. Nazir bildirib ki, o, fransalı həmkarı ilə regional sabitlik məsələlərini müzakirə edib və Ermənistanın sülh gündəminə sadiqliyini təsdiqləyib: “Biz tam razılaşdırılmış mətni ehtiva edən son sənədləri təhvil vermişik. Razılaşdırılmış mətni tezliklə imzalamağa hazırıq: Ölkələrin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıdığı müqaviləni, SSRİ-nin dağılması zamanı mövcud olan sərhədləri tanıyan Almatı Bəyannaməsini”.
 
Bu arada Fransa prezidenti Emmanuel Makronun sentyabrın 21-də Ermənistanın “müstəqillik günü”ndə İrəvana gələcəyi barədə də məlumat yayılıb. Əlbəttə, Bakı Fransanın özünü ikinci Ermənistan kimi aparmasının yaxşı fərqindədir. Ancaq beynəlxalq hüququ da heç kim ləğv etməyib. Demək, “iki bacı”nın beynəlxalq norma və konvensiyalara hörmət eləməsi şərtdir. Bunun xaricində “Qarabağ ermənilərinin qayıdışı” adlı təxribatçı mövzu ilə özlərini boş yerə yormasınlar. Azərbaycan və beynəlxalq birlik üçün bu məsələ qapanıb. Ümumiyyətlə, Şuşa azad ediləndən sonra Fransanın Bakıdakı səfiri bu şəhərə ayaq basmayan yeganə Qərb diplomatıdır.
 
Həmçinin Azərbaycana qarşı son illər bitmək bilməyən digər təxribatları - 2-ci Qarabağ savaşından dərhal sonra Fransa parlamentinin mifik “artsax”ı “dövlət” kimi tanıması, BMT TŞ-də ölkəmiz əleyhinə 3 dəfə qətnamə qəbuluna cəhdlər, Avropa Parlamentində son dərəcə qərəzli anti-Azərbaycan qətnamələrinin qəbulunda əsas rol oynamaq, habelə bölgədə permanent şəkildə sülhə yaradılan əngəllər, o sırada Ermənistanın silahlandırılması və sülh müqaviləsindən yayındırılması, X.Natəvanın heykəlinə qarşı vandallığa münasibətdə susqunluq, nəhayət, Bakıya qarşı olimpiada təxribatları və s. yada salmaq olar. Görünür, Makron Fransası Azərbaycana qarşı daha bir xain həmləyə hazırlaşır. Bu dəfə “Qarabağ erməniləri” ilə manipulyasiya etməklə. Bəs bu düşmən siyasətə nə vaxt son veriləcək?
 
AZAD MƏSİYEV: FRANSANIN APARDIĞI SİYASƏT NƏ BEYNƏLXLAQ HÜQUQA, NƏ DƏ SİYASİ  REALLIĞA SÖYKƏNİR
 
Azad Məsiyev
 
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev “Yeni Müsavat”a bildirdi ki, Qarabağ ermənilərinin gedişi antiterror əməliyyatından sonra olub: “Azərbaycan əvvəldən bəyan etmişdi ki, kim vətəndaşlığı qəbul etmək istəsə, təhlükəsizliyinə qarantiya veriləcək. Amma razılaşmadılar və Xankəndi, eləcə də ətraf ərazilərdə olanlar sülhməramlıların nəzarəti altında regionu tərk etdilər. Beynəlxalq ictimaiyyət Qarabağda Azərbaycana vurulan zərəri yaxşı bilir. Ona görə Fransadan səslənən bu fikirlər avantüradır. Çünki indiyə qədər azərbaycanlılar öz yurd-yuvasından qovulanda heç bir beynəlxalq humanitar dəstək olmadı. İndi bir ovuc erməniyə vəsait ayrılması ilə göstərilir ki, Azərbaycana bu məsələ üzərindən siyasi təzyiqlər olunur”. Onun sözlərinə görə, belə avantürist çağırışlarda böyük qərəz var: “Əgər qayıdış olacaqsa, o zaman Qərbi Azərbaycandan qovulan soydaşlarımızın da qayıdışı təmin edilməlidir. Çünki onlar könüllü gəlməyiblər, öz torpaqlarından qovulublar, amma ermənilər Qarabağdan öz xoşu ilə gediblər. Ona görə də Fransa kimi dövətlərin ikili yanaşması göz qabağındadır. Ümumiyyətlə, Cənubi Qafqzda yeni geosiyasi vəziyyət yaranıb və Azərbaycan bu proseslərə diqtə edir deyə Fransa, Almnaniya kimi ölkələr bu hadisələrdə önə çıxıblar. Əslində onların arxasında Birləşmiş Ştatlar dayanıb”.
 
Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu
 
 
Siyasi şərhçi Məhəmməd Əsədullazadə hesab edir ki, Fransa Ermənistanda siyasi-hərbi əlaqələrini inkişaf etdirir. Onun fikrincə, Fransanın Ermənistanda möhkəmlənməsi, Cənubi Qafqaz üçün yeni təhlükəsizlik riski yaradır: “Demək olar ki, Ermənistan Rusiya və Fransa arasında qarşıdırma platsdarmına çevrilir. Cənubi Qafqazda Ermənistan forpost olacaq. Baxmayaraq ki, Paşinyan ölkəsinin digər bir ölkənin forpostu olmasına qarşı olduğunu qeyd etdi. Görünür, bu kimi açıqlama məhz Moskvaya aid idi. Demək olar, Paşinyan xələflərinin siyasətini aparır. Əvvəlki hökumətlər Moskvanın forpostu olmuşdu, Paşinyan isə Moskvanı Parisə dəyişir. Dəyişən yalnız ölkə oldu, kölə siyasəti isə davam edir. Ermənistan yenidən forpost, satellit ölkə olaraq qalır. Fransanın uzun müddət Ermənistana maliyyə və iqtisadi dəstək verməsi də mümkün görünmür. Ermənistan yalnız Azərbaycan və Türkiyə ilə normallaşma prosesinə gedərsə, bu ölkə öz həqiqi müstəqilliyini əldə edəcək”.
 
Emil SALAMOĞLU,
Oxşar xəbərlər
13:06, Bu gün
"Ukrayna və Rusiyanı demoqrafik fəlakət gözləyir" - "The Wall Street Journal"
13:00, Bu gün
Naxçıvanda 16 vəzifəli şəxs işdən çıxarıldı – Qalmaqallı məmur da qovuldu
12:55, Bu gün
Xocalı cəlladları üçün yolun sonu göründü - Proses yenidən başlayır
12:49, Bu gün
Gənc ağırlıqqaldıranlarımız dünya birinciliyində iştirak edəcəklər
12:44, Bu gün
İrandan Türkiyəyə narkotik aparan sürücü Naxçıvanda saxlanıldı
12:38, Bu gün
Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - QİYMƏTLƏR
12:32, Bu gün
İlk dərs günü 16 yaşlı məktəbli itkin düşdü - FOTO
12:27, Bu gün
Bağlı qapı arxasında qalan 5 nəfər xilas edildi - VİDEO
12:23, Bu gün
“Nə qədər ki, o, hakimiyyətdədir, bu ölkə ilə münasibətlərimiz normallaşmayacaq”
12:20, Bu gün
Geomaqnit qasırğası ilə bağlı açıqlama: Davam edəcək... - FOTO
12:15, Bu gün
"Qərblə Rusiya arasında bir centlemensayağı anlaşma da var...  Putin xahiş edib ki...”
12:10, Bu gün
"Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə müəyyən öhdəliklər götürüb" - Ayxan Hacızadə
12:04, Bu gün
BDU-da iki elektron tədris auditoriyası istifadəyə verilib - FOTO
11:59, Bu gün
Balakəndə narkotik plantasiyaları salan 5 nəfər saxlanıldı - FOTO/VİDEO
11:54, Bu gün
Mağazaları talayan və “Prius” qaçıran dəstə üzvləri həbs edildi - FOTO/VİDEO
11:50, Bu gün
BDU-105: Peşəkar diplomatlar və iqtisadçılar yetişdirən Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi - FOTO
11:46, Bu gün
Aygün Kazımovanın geyimi müzakirələrə səbəb oldu - FOTO
11:43, Bu gün
Bakının bu ərazilərində qaz olmayacaq
11:41, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ: Sabahdan 18-dən marta qədər...
11:38, Bu gün
Azərbaycanda bu məşhurların yaxın qohum olduğunu bilirdiniz? - Onlar qardaş imiş... - FOTOLAR
11:35, Bu gün
Rayonların ictimai nəqliyyat problemi - Köhnə avtobuslar nə vaxt yenilənəcək?
11:26, Bu gün
Tələbə keçmədiyi təcrübəyə görə PUL ÖDƏMƏLİDİR?
11:22, Bu gün
Valideynlərə XƏBƏRDARLIQ! Uşaqları bu qidalardan uzaq tutun, yoxsa...
11:19, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb, COP29-a hazırlıq müzakirə olunub
11:09, Bu gün
Bakı bu azərbaycanlılarla bağlı Rusiya XİN-ə müraciət etdi
10:59, Bu gün
Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı
10:55, Bu gün
“Bu ölkə Rusiya və İrana qarşı tətbiq edilən sanksiyaları pozaraq milyonlar əldə edir”
10:51, Bu gün
Xaş həqiqətən orqanizmə deyildiyi qədər fayda verirmi? – Həkimdən AÇIQLAMA
10:45, Bu gün
Bu bürclər üçün çətin günlər gəlir
10:36, Bu gün
Prezident İlham Əliyev Əlcəzairin yeni səfirinin etimadnaməsini qəbul edib
10:30, Bu gün
Azərbaycan QHT-lərindən ABŞ-a MƏKTUB 
10:21, Bu gün
Sürətlə yayılan virusa görə bir ştatda karantin ELAN EDİLDİ
10:12, Bu gün
Qarabağla bağlı yeni təxribat planının detalları - İki gün sonra nə edəcəklər?
10:06, Bu gün
Avro və rubl görün neçəyə oldu - MƏZƏNNƏ
09:37, Bu gün
“AZTV”-nin Ceyranı doğum gününü niyə qeyd etmir?-VİDEO+FOTO+ÖZƏL
09:32, Bu gün
Bakıda növbəti təhlükəsizlik forumu keçirilib - FOTO
09:28, Bu gün
Bu kreditlərin yarıya qədərini DÖVLƏT ÖDƏYƏCƏK
09:20, Bu gün
Daha çox maaş ala bilərik - Azərbaycanda əməkhaqqı ilə bağlı yenilik olacaq?
09:03, Bu gün
Elman Paşayev Moskvada SAXLANILDI
08:58, Bu gün
Fransadan Azərbaycana qarşı DAHA BİR TƏXRİBAT - 29 milyon avro nə üçün ayrılıb?
08:33, Bu gün
Sülh müqaviləsi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ - Ermənistan bunu etməsə...
08:26, Bu gün
Bələdiyyə barəsində protokol tərtib edildi
08:22, Bu gün
Putin Xocalı canisinə zəng etdi...- NƏDƏN DANIŞDILAR?..
08:19, Bu gün
Manatın devalvasiyası ilə bağlı AÇIQLAMA - 2025-cil ildə...
08:09, Bu gün
Çay içənlərə XƏBƏRDARLIQ
07:56, Bu gün
Ekspertdən sürücülərə XƏBƏRDARLIQ: TƏHLÜKƏLİDİR
07:44, Bu gün
Bu həftə sevgidə bəxti gətirəcək BÜRCLƏR
07:31, Bu gün
“Aktrisa olmağımın başlıca səbəbkarı da Şuşadır, məsləhət bilsələr...” - AÇIQLAMA+ÖZƏL
07:23, Bu gün
Baxmutda xidmət edən 23 yaşlı ukraynalı tankçı qadın...-"Yalnız sakit həyat istəyirəm..."
00:16, Bu gün
“O kadrlar yayılandan sonra hamı biləcək ki, mənim günahım yoxdur”- Aytən Səfərova+ÖZƏL
16 Sep 2024 | 23:30
Özünümüalicə ilə məşğul olan qorillalar yeni müalicəvi bitki növlərini kəşf etməyə kömək edib
16 Sep 2024 | 23:08
Bürclər nəyi xəyal edir? Tərəzi  və Əqrəb bürcü
16 Sep 2024 | 23:00
"Qarabağ" Avropa Liqasında pley-off oynayacaq - FMT
16 Sep 2024 | 22:55
Sıyığı süd, yox su ilə bişirək? – Həkim İZAH ETDİ
16 Sep 2024 | 22:48
Yeni “SamsungGalaxy S25”: “iPhone 16” rəqibi vacib bir yeniləmə alacaq - FOTOLAR
16 Sep 2024 | 22:40
Çin iqtisadiyyatı zəif daxili tələb fonunda yavaşlayır
16 Sep 2024 | 22:33
Polşada daşqın: iki şəhərin sakinləri təxliyə edilir
16 Sep 2024 | 22:25
Bu tərəvəz hər gün yeyilməlidir - təbii antibiotikdir
16 Sep 2024 | 22:18
Məni o müğənni narkoman etdi - VİDEO
16 Sep 2024 | 22:10
"Yataqxanada qalırdım, amma ən son model maşınları sürürdüm" - Zamiq Hüseynov - VİDEO
16 Sep 2024 | 22:02
"Neftçi"-"Qarabağ" oyunu ilə bağlı qərar
16 Sep 2024 | 22:01
Ərmən (Arman) və Arsak sözünün etimologiyası... - Öz damğası
16 Sep 2024 | 21:56
"Sərhədsiz həkimlər" təşkilatı 32 ildən sonra Rusiyada fəaliyyətini dayandırıb
16 Sep 2024 | 21:55
Bəstəkar İmruzə Hüseynovanın "Mübarəkdir Zəfərim" adlı yaradıcılıq gecəsi keçiriləcək
16 Sep 2024 | 21:50
Maşın almaq istəyənlərin nəzərinə! Qiymətlərin ucuz olması üçün...
16 Sep 2024 | 21:42
Paşinyan Tbilisiyə niyə gedib? – Detallar bəlli oldu
16 Sep 2024 | 21:28
Şifrəni tapmaq üçün cəmi 60 saniyə - Profillərimizi belə qoruya bilərik
16 Sep 2024 | 21:21
ABŞ Gürcüstana sanksiya tətbiq etdi
16 Sep 2024 | 21:18
Vaşinqton ABŞ qoşunlarının Nigerdən çıxarılması prosesinin başa çatdığını elan edib
16 Sep 2024 | 21:13
Bu ölkədən Ukraynaya 40 milyonluq hərbi yardım
16 Sep 2024 | 21:08
"Ukraynanın "qələbə planı" nədən ibarətdir?" - Ukrayna prezidenti Ofisi
16 Sep 2024 | 21:07
Prezident canlı efirdə olarkən ZƏLZƏLƏ BAŞ VERDİ-VİDEO
16 Sep 2024 | 21:00
Putindən Silahlı Qüvvələrlə bağlı fərman
16 Sep 2024 | 20:53
"Belə kişini heç bir arvad evə buraxmaz" - FOTO
16 Sep 2024 | 20:45
Dünyanın ən yaxşı ölkələrinin adları açıqlandı - SİYAHI
16 Sep 2024 | 20:40
Qaynar çay içənlərə XƏBƏRDARLIQ: xərçəngə səbəb olur
16 Sep 2024 | 20:33
Britaniyalı supermodel: Bakı səfərim əla keçdi
16 Sep 2024 | 20:27
10 günə parlament seçkilərinin nəticələri təsdiq olunacaq
16 Sep 2024 | 20:25
“Pirreli”nin idman direktoru: “Bakıda, demək olar ki, hamı eyni strategiyanı seçdi”
16 Sep 2024 | 20:20
Gürcüstan-Rusiya sərhədindəki məntəqə bağlanır
16 Sep 2024 | 20:19
Rusiya təbliğatı nüvə şantajının yeni mərhələsinə keçib
16 Sep 2024 | 20:15
İnsan öz-özünə niyə danışır? - BUNDAN XƏBƏR VERİR
16 Sep 2024 | 20:07
Bu ölkədə təyyarə qəzaya uğradı, sərnişinlərdən xəbər yoxdur
16 Sep 2024 | 20:03
Sevdiyinizi sevindirməyə ÇALIŞMAYIN - SƏBƏB
16 Sep 2024 | 19:57
İsrail HHQ “Hizbullah”ın silah anbarlarına və infrastrukturuna hücum edib
16 Sep 2024 | 19:55
Ukrayna gələn il vergiləri artıra bilər
16 Sep 2024 | 19:48
Onlar "Yalı çapkını"ndan ayrılıb?
16 Sep 2024 | 19:44
Müəllimlərə vahid geyim forması MƏCBURİDİRMİ?-EKSPERT AÇIQLADI 
16 Sep 2024 | 19:40
"Komedixana"nın aktrisası tələbə oldu - FOTOLAR
16 Sep 2024 | 19:35
Qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə qalxdı
16 Sep 2024 | 19:28
Türkiyədə zəlzələ baş verdi
16 Sep 2024 | 19:20
Bu bürclərin atdığı hər addım şansla dolu olacaq
16 Sep 2024 | 19:13
Əliyevdən Blinkenə: Bölgədə yeni reallıqlar yaranıb
16 Sep 2024 | 19:05
Asqırma və öskürmənin mexanizmləri AÇIQLANDI
16 Sep 2024 | 19:00
Birinci sinifə gedən uşağı məktəbə necə uyğunlaşdırmaq olar?
16 Sep 2024 | 18:53
Blinken İlham Əliyevə zəng etdi
16 Sep 2024 | 18:49
Ən yaxşı qlobal iş elanı saytları - TOP 5
16 Sep 2024 | 18:43
Bakıda kirayə mənzil axtaranlara MÜHÜM XƏBƏR - VİDEO
16 Sep 2024 | 18:40
Avstraliya İrana sanksiyaları genişləndirdi
16 Sep 2024 | 18:37
Nazim Bəydəmirlidən XƏBƏR VAR
GÜNLÜK
16 Sep 2024 | 16:16
COVID-in yeni versiyası dünyada sürətlə yayılır
16 Sep 2024 | 15:57
Nəvələri mərhum sənətkarın arzusunu yerinə yetirdi-FOTOLAR
16 Sep 2024 | 19:44
Müəllimlərə vahid geyim forması MƏCBURİDİRMİ?-EKSPERT AÇIQLADI 
16 Sep 2024 | 15:20
Bakı-Xocalı-Xankəndi-Şuşa reysinin ilk sərnişini o oldu - FOTO
16 Sep 2024 | 18:30
"Xaricdən 500 min erməni gətirilir- bunları təmin etmək  tək Ermənistanın gücündə deyil...”
16 Sep 2024 | 13:54
İlahiyyatçıdan səs-küylü açıqlama: “Uşaqlara bu adları qoymaq günahdır”
16 Sep 2024 | 20:15
İnsan öz-özünə niyə danışır? - BUNDAN XƏBƏR VERİR
16 Sep 2024 | 14:40
AYNA-nın marşrut “islahatı”: Bir addım irəli, iki addım geri...
16 Sep 2024 | 13:31
BDU-nun 60 yaşlı bu prorektoru İran kəşfiyyatı ilə əlaqədə şərlənərək sürgün edildi və...
16 Sep 2024 | 17:34
Bu şəxslərə həbs TƏTBİQ OLUNACAQ- EKSPERT AÇIQLADI 
HƏFTƏLİK
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
12 Sep 2024 | 14:00
“Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır”- FOTO+ÖZƏL
15 Sep 2024 | 21:53
Azərbaycanda bəy atasını və açıq-saçıq geyinən müğənnini toydan qovdu
13 Sep 2024 | 21:50
"Birdən çaşıb yazarsınız ki, Fuad Nəcəfli Naxçıvanı İsveçə çevirib"
12 Sep 2024 | 19:23
Zəngəzur dəhlizi bu səbəbdən İranın “Qırmızı xətti” İMİŞ
13 Sep 2024 | 02:33
Bu bürclər varlanacaq - Pul, sevgi, sağlamlıq…
13 Sep 2024 | 18:43
Pensiya yaşı artırılır: Qadınlarınkı 8 il, kişilərinki isə...
11 Sep 2024 | 11:30
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
13 Sep 2024 | 23:31
“Qadın məhkəmədə dedi ki, bu yeri 5 milyon rüşvət verib ondan almışam”-QALMAQAL+ŞİKAYƏT
15 Sep 2024 | 00:05
“Babam deyirdi ki, məni öldürsə o öldürəcək” - nəvəsi Hacıbaba Hüseynovun düşmənlərindən danışdı-ÖZƏL
AYLIQ
16 Sep 2024 | 16:16
COVID-in yeni versiyası dünyada sürətlə yayılır
16 Sep 2024 | 15:57
Nəvələri mərhum sənətkarın arzusunu yerinə yetirdi-FOTOLAR
16 Sep 2024 | 19:44
Müəllimlərə vahid geyim forması MƏCBURİDİRMİ?-EKSPERT AÇIQLADI 
16 Sep 2024 | 15:20
Bakı-Xocalı-Xankəndi-Şuşa reysinin ilk sərnişini o oldu - FOTO
16 Sep 2024 | 18:30
"Xaricdən 500 min erməni gətirilir- bunları təmin etmək  tək Ermənistanın gücündə deyil...”
16 Sep 2024 | 13:54
İlahiyyatçıdan səs-küylü açıqlama: “Uşaqlara bu adları qoymaq günahdır”
16 Sep 2024 | 20:15
İnsan öz-özünə niyə danışır? - BUNDAN XƏBƏR VERİR
16 Sep 2024 | 14:40
AYNA-nın marşrut “islahatı”: Bir addım irəli, iki addım geri...
16 Sep 2024 | 13:31
BDU-nun 60 yaşlı bu prorektoru İran kəşfiyyatı ilə əlaqədə şərlənərək sürgün edildi və...
16 Sep 2024 | 17:34
Bu şəxslərə həbs TƏTBİQ OLUNACAQ- EKSPERT AÇIQLADI