Sejurne İrəvana bu qədər pulla gəldi
Dünya
1443
16 Sep 2024 | 10:28

Sejurne İrəvana bu qədər pulla gəldi

Fransa Ermənistana 29 milyon avro verəcək.
 
Bunu Fransanın xarici işlər naziri Stefan Sejurne İrəvana səfərinin yekunlarına dair mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, bu vəsait Azərbaycan ərazilərini könüllü tərk etmiş ermənilər üçün nəzərdə tutulub.
 
XİN başçısı onu da vurğulayıb ki, Fransa və Ermənistan müdafiə sahəsində əməkdaşlıq edəcək.
 
Qeyd edək ki, daha əvvəl Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Sejurne ilə görüşündə Ermənistanın Avropa Birliyi ilə əlaqələrin dərinləşdirilməsində göstərdiyi dəstəyə görə Fransaya minnətdar olduğunu bildirib. O eyni zamanda vurğulayıb ki, İrəvan ikitərəfli gündəliyin bütün sahələrində Parislə əməkdaşlıq edir.
Link kopyalandı!
Son xəbərlər