Antarktidada heyvanlar təhlükəli virusa  yoluxub, qitənin faunasını hansı təhlükə gözləyir?
Dünya
1619
11 Sep 2024 | 22:03

Antarktidada heyvanlar təhlükəli virusa  yoluxub, qitənin faunasını hansı təhlükə gözləyir?

Alimlər tərəfindən Antarktidada aşkar edilən virus ciddi şəkildə mutasiyaya uğrayıb və quşlar və məməliləri yoluxdurmağa macal tapıb...
 
Antarktidada bu yaxınlarda yüksək patogenli quş virusunun (HPAIV) aşkar edilməsi dünya ekologiyacı üçün həyəcanlı siqnal olub. Artıq bütün Yer kürəsi boyunca vəhşi fauna arasında kütləvi ölümə gətirib çıxaran bu virus indi Antarktidanın unikal və təcrid edilmiş ekoloji sisteminə təhlükə törədir.
 
Moderator.az xəbər verir ki, bu barədə "ScienceAlert" nəşri məlumat verib. Məlumatı "focus.ua" nəşri yayıb.
 
Yerli növlər üçün uzaq regionda onların həssaslığını və infeksiyanın ekoloji zəncirin həlledici həlqələrini dağıda biləcəyini nəzərə alaraq risk xüsusilə böyükdür. H5N1 ştamları çoxdan özlərinin ilkin yaşayış yerləri çərçivəsindən çıxaraq Avropa, Şimali və Cənubi Amerikada fəsadlar törədib, indi isə Antarktidanın əvvəllər toxunulmaz olan ekoloji sisteminə daxil olur.
 
Britaniya Antarktika Xidmətinin (BAS) son məlumatlarına görə, bu ştamm Argentina ilə Antarktida arasında yerləşən Cənubi Georgiya adalarında bir neçə quş və məməli növlərini artıq yoluxdurub. Böyük ehtimalla, vurus bu regiona köçəri quşlar vasitəsilə daxil olub, bu quşlar çoxdandır ki, Antarktidanın təcrid edilmiş və həssas ekoloji sistemləri və subantarktik ərazilər üçün potensial təhlükə törədir.
 
Regionun albatroslar və pinqvinlər kimi növlərlə məskunlaşan unikal ekoloji sistemləri indi alimlərin eksiztensial adlandırdığı təhlükə ilə üzləşir. Bu böhran təqiqatçıların nəhəng fırtına quşunun qeyri-adi davranışını sezdikləri 2023-cü il sentyabrın 17-də başlayıb.
 
Sonradan bu quş və onun əti ilə qidalananlar virusa yoluxub, bu da xəstəliyin sürətlə və dağıdıcı oyanışına səbəb olub. Virusun belə yayılmasının nəticələri xüsusilə artıq iqlim dəyişikliyi və insan fəaliyyətinin təsirindən zərər çəkən növlər üçün həqiqətən də fəlakətlidir.
 
Vəhşi təbiətin belə yüksək patogenli virusla əvvəllər üzləşmədiyi Cənubi Amerikada bəzi növlər arasında ölüm halları 40 faizə çatıb. Vəziyyəti ağırlaşdıran fakt ondan ibarətdir ki, Antarktida və Avstraliya bu təhlükəli ştammın aşkar edilmədiyi son qitələr olaraq qalır.
 
Lakin virusun artıq Antarktidanın materik hissəsində mövcud ola biləcəyini nəzərə alaraq onun yayılması və bütün qitə boyunca tammiqyaslı epidemiyanın baş qaldırması riski ciddi narahatlıq doğurur.
Link kopyalandı!
Son xəbərlər