Ukrayna müharibəsi ŞİDDƏTLƏNİR - Dünya fəlakətlə üz-üzə
Dünya
Oxunub: 525
08:31, Bu gün
Ukrayna müharibəsi ŞİDDƏTLƏNİR - Dünya fəlakətlə üz-üzə
Rus aviasiyası öz ərazilərinə hücumun acığına Poltava, Lvov, Odessa kimi şəhərləri darmadağın edir, dinc əhali qırılır; Zelenski Kursk, Bayden isə “Rusiya qalib gəlməyəcək” anonsları verdilər - təfsilat
 
Rusiya hərbi aviasiyasının Lvov, Krivoy Roq və Odessaya raket atəşi nəticəsində təkcə Lvovda azyaşlılar da daxil olmaqla, 7 nəfər ölüb, 35 nəfər yaralanıb. “Yeni Müsavat” bildirir ki, bu barədə sentyabrın 3-də Ukrayna prezidenti Vladimir Zelenski bildirib. O deyib ki, hazırda həlak olan və xəsarət alanların sayı dəqiqləşdirilir.
 
V.Zelenski yaralılara zəruri tibbi yardım göstərildiyini sözlərinə əlavə edib. Ukrayna liderinin sözlərinə görə, ölkəsinə zəruri hərbi dəstək verən ölkələr insanların həyatını xilas etməyə ciddi töhfələr verir. O, eyni zamanda ölkəsinə qarşı törədilən terrorun dayandırılmalı olduğunu bəyan edib. Lvov şəhərinin meri Andrey Sadovıy isə ölənlərinin sayının 7-yə çatdığını açıqlayıb.
 
Baş verənlərlə bağlı Lvovun bir neçə istiqamətində elektrik enerjisi təchizatı dayandırıldığı üçün qatarların hərəkətində ləngimələr yaranıb. Hər üç istiqamətə aviasiya hücumlarında “Tu-95MS” qırıcılarından da istifadə olunduğu bildirilib. Bir gün əvvəl isə Poltava ballistik raketlərlə vurulub, məktəb və xəstəxanaya düşən raketlər 55-dən çox dinc insanın həlak olmasına, 200-dən çox vətəndaşın yaralanmasına səbəb olub. Ümumiyyətlə, Rusiya son günlərdə mülki obyektləri və sivil əhalini şiddətli şəkildə bombardman edir: Xarkovdan Kiyevə qədər raket zərbələri endirən Rusiya sanki Kurskun acığını çıxmağa çalışır.
 
Yeri gəlmişkən, “hazırda Kursk vilayətində xüsusi hərbi əməliyyatın həlledici döyüşü gedir”. Bunu “Əhməd” xüsusi təyinatlılarının komandiri Aptı Alaudinov TASS-a müsahibəsində deyib. O, “xüsusi hərbi əməliyyat”ın 2024-cü ildə başa çatacağını bildirib: “İndi Ukrayna öz qüvvələrini Rusiya ilə sərhəd bölgəyə köçürüb. Buna görə də onların cəbhə xətti dağılıb. Rusiya Silahlı Qüvvələri öz ərazisində Ukrayna ordusuna sarsıdıcı zərbə vura, onları əsas resursdan məhrum edə bilər. Bu ilin əvvəlində demişdim ki, biz o həlledici döyüşə hazırlaşırıq. İndi həlledici döyüş gedir”. “ABŞ silahları ilə artıq Rusiyaya zərbələr endirilir və Ukrayna bunu Rusiya ərazisinin dərinliklərində etməyə çalışacaq”, - bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. “Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək icazəsini nəzərdə tutursunuz? Çünki indi də Rusiya ərazisi davamlı olaraq Amerika istehsalı olan silahlarla hücuma məruz qalır. Aydındır ki, ukraynalılar bunu edəcək, bütün bunlar bizim tərəfimizdən nəzərə alınır. Vaşinqton artıq bu münaqişəyə qarışıb, bunu başa düşmək üçün ekspert olmağa ehtiyac yoxdur”, - o bildirib.
 
 
Volodimir Zelenski 
 
Öz növbəsində Ukrayna prezidenti Volodimir Zelenski “NBC Nyus”a müsahibəsində deyib ki, Putini danışıqlara məcbur edənə qədər Kurskda tutduğumuz əraziləri saxlamağı planlaşdırırıq: “Çünki bu, qələbə planının tərkib hissəsidir”. Eyni zamanda prezident əlavə edib ki, bu plan barədə beynəlxalq tərəfdaşlara, o cümlədən ABŞ-a bildirəcək. “Ukrayna Rusiya ərazisinə hücumunu genişləndirməyi planlaşdırırmı?” sualına Zelenski bu barədə danışa bilməyəcəyini deyib. Onun sözlərinə görə, Kursk əməliyyatı Ukraynanın müttəfiqləri üçün gözlənilməz olub: “Bəli, heç kimə deməmişdik. Bu, inamsızlıq məsələsi deyil. Kiyevin keçən yay əks-hücumu böyük dərəcədə reklam edildi və bu, ruslara hazırlaşmağa imkan verdiyi üçün uğursuz oldu”.
 
“Poltavaya hücum Vladimir Putinin Ukrayna xalqının iradəsini qırmaq cəhdlərini xatırladan addımdır”. Bunu isə ABŞ prezidenti Co Bayden deyib. “Dəhşətli hücumu qətiyyətlə pisləyirəm. Bu hücum Putinin azad xalqın iradəsini qırmaq üçün davamlı və hədsiz cəhdlərinin faciəvi xatırlatmasıdır. Amma iki il yarımdır ki, Ukrayna xalqı möhkəm dayanıb. Amerika Ukrayna xalqının yanında olmağa davam edəcək, xüsusən də ölkənin müdafiəsi üçün lazım olan hava hücumundan müdafiə sistemləri və digər imkanları təmin edəcək. Rusiya bu müharibədə qalib gəlməyəcək. Ukrayna xalqı qalib gələcək”, - o bildirib. Bundan başqa, ABŞ yaxın həftələrdə Kiyevə əlavə hərbi yardım göndərəcək. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib. Birləşmiş Ştatlar Ukraynaya Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vura bilən uzaqmənzilli qanadlı raketləri tədarük edə bilər. Lakin tədarüklə bağlı texniki problemlərin aylarla vaxt alması da mümkündür.
 
Onu da deyək ki, Kiyevə göndərilən silahlara Birgə Hava-Yerüstü Qarşıdurma Raketlərinin (JASSM) daxil edilib-edilməməsi bu ilin payızında məlum olacaq. Ukraynaya JASSM göndərilməsi strateji vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər, çünki Rusiya ərazisindəki hədəflər yüksək dəqiqliyə malik raketlərin əhatə dairəsində olacaq. Hərbi analitiklərin fikrincə, JASSM-nin yerləşdirilməsi Rusiya təchizat anbarlarını cəbhə xəttindən yüzlərlə kilometr uzaqlaşdıra bilər. Bu, Moskvanın hücum əməliyyatlarını davam etdirmək səylərinə ciddi əngəl törədə bilər və potensial olaraq Ukraynaya strateji üstünlük təmin edərdi. Ancaq ABŞ-ın Rusiya daxilindəki hədəflərə Amerika silahları ilə hücumlara qadağası hələ də qalmaqdadır. Bunun qarşılığında Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib ki, Rusiya Ukraynadakı münaqişədə Qərb ölkələrinin daha çox iştirak etdiyini görür. “Biz artıq Qərbin Ukrayna münaqişəsində birbaşa iştirakını görürük. Kollektiv Qərb Kiyev rejiminin hərbi təcavüzünün əsas sifarişçisi, əsas təhrikçisidir. Və getdikcə daha açıq, getdikcə daha həyasızcasına maraqlı ölkə kimi birbaşa iştiraklarını nümayiş etdirirlər”, - Zaxarova bildirib.
 
Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi artıq əndazədən çıxıb. Nüvə təhdidləri artır, hər iki ölkənin torpaqlarında savaş böyüyür. Donetskdə, Kurskda, Poltovada gedən döyüşlərlə yanaşı, Krımda da müharibə anonsu verilir. Sonunda isə nüvə savaşı qaçılmaza çevrilir, beləliklə, dünya fəlakət qarşısındadır. Nə Qərb hikkəsindən dönür, nə də Rusiya. Sonugörünməz bir prosesdir. Çıxış yolları tam tükənmiş görünür. Doğrudanmı bu müharibəni dayandırmaq mümkün olmayacaq?
 
 
Aqşin Kərimov
 
Bu mövzuda danışan siyasi şərhçi Aqşin Kərimovun sözlərinə görə, Kursk əməliyyatından sonra Rusiyanın Donbasda gedən hərbi kampaniyasında nisbi səngimə müşahidə olunurdusa, artıq yenidən təşəbbüsü ələ almaqdadır. Ekspert hesab edir ki, genişmiqyaslı olmasa da, rus ordusunun məhdud səviyyədə irəliləyişi nəzərə çarpır və bu da Ukraynanın işini çətinləşdirib: “Kiyev Kurska əməliyyatını həyata keçirməklə ərazi mübadiləsi üçün üstünlük qazanmağı hədəfləmişdi. Lakin Ukraynanın taktiki-operativ addımları ilə strateji planları arasında uyğunluq pozulmaqdadır. Düzdür, Rusiyanın öz ərazilərində problemləri qalmaqdadır, amma bu ölkənin qoşunları Donbasda irəliləməyə davam edirlər”.
 
Siyasi təhlilçiyə görə, əgər Pokrovski əldən getsə, Ukrayna üçün cəbhənin bu istiqamətində taktiki və strateji məğlubiyyət olacaq: “Çünki həm dəmiryol xətti buradan keçir, həm digər qovşaqlar mövcuddur, həm də Ukrayna qoşunları üçün təchizat yoludur. Ona görə müharibədə cəbhə xətti genişlənib və Rusiyanın sərhəd bölgələrinə qədər çatıb, ona görə tərəflər üçün döyüşmək çətinləşib. Bununla belə, Rusiya son aviasiya hücumları ilə Ukraynanın planlarını pozmağa çalışır”.
 
Emil SALAMOĞLU
Oxşar xəbərlər
10:59, Bu gün
Samuxda gənclərin davası QANLA BİTDİ
10:56, Bu gün
Rusiyada işləyən azərbaycanlılara PİS XƏBƏR - Ailələri ilə…
10:47, Bu gün
Əli Əsədovdan Səhiyyə Nazirliyi ilə bağlı yeni QƏRAR
10:46, Bu gün
Paris-2024: Paraüzgüçümüz Vəli İsrafilov mübarizəyə start verəcək
10:45, Bu gün
Aeroportda polisə müqavimət göstərən taksi sürücüsü həbs edildi
10:35, Bu gün
İqtisadçı-ekspertdən İDDİA: "Hər 100 dollardan təxminən 50 dollarını İtaliyadan əldə edirik"
10:24, Bu gün
Səməd Vurğun 1930-cu illərdə həbsdə olub?...- BDU rektorunun istintaq işindən...
10:22, Bu gün
Aydın Əliyevin oğlu keçmiş arvadından aliment tələb edir? - Ədliyyə Nazirliyindən CAVAB
10:18, Bu gün
Füzulidəki Qoçəhmədli məscidinin bərpasına başlanılır
10:17, Bu gün
Dövlət Agentliyi qanunsuz əməllərlə məşğul olan QHT-lərə çağırış edib
10:15, Bu gün
Ermənilər kəndlərimizin adlarını necə dəyişirlər? - VİDEO
10:14, Bu gün
Kamran Əliyev: "Qarabağ separatçılarının istintaqı yekunlaşıb"
10:12, Bu gün
Putin Bakıda səhər yeməyində İlham Rəhimova nə deyib?
10:11, Bu gün
Azərbaycanda "Meymunçiçəyi" virusunun yayılmasına qarşı tədbirlər müzakirə olunub
10:09, Bu gün
Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxslə bağlı QƏRAR
10:08, Bu gün
Məktəblərin tədris planları təsdiqləndi
10:07, Bu gün
Şimşək, yağış, güclü külək - Hava ilə bağlı XƏBƏRDARLIQ
10:04, Bu gün
TƏCİLİ! Belarus Rusiya dronlarını VURDU - VİDEO
09:46, Bu gün
Gözəlliyə aparan yol, yoxsa kor olmaq şansı: "Göz rənginin dəyişdirilməsi qadağan edilməlidir"
09:29, Bu gün
Bu dövrün qorxunc qadınları- Hər kəsi şoka salan fotoların SİRRİ 
09:20, Bu gün
Kiyevə dron hücumu - Paytaxt meri ÇAĞIRIŞ ETDİ
09:19, Bu gün
Zelenski Kulebanın istefasından DANIŞDI: "Bizə yeni enerji lazımdır"
09:17, Bu gün
Rusiyanın heç bir seçimi qalmadı - Putin nüvə sınaqlarına başlayacaqmı?
09:14, Bu gün
Milli Qvardiyanın baş komandan müavini SAXLANILDI
09:01, Bu gün
Qara dənizdə bir gecədə iki pilotsuz qayıq məhv edilib
08:55, Bu gün
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
08:52, Bu gün
Azərbaycanlı tələbə “Apple”dan mükafat qazandı - Gömrük rüsum aldı
08:44, Bu gün
Messi və Ronaldu “Qızıl top”a namizədlər siyahısına daxil edilmədi
08:43, Bu gün
Metrodakı yoxlama aparatlarının şüaları qidalarımıza zərər verir?
08:42, Bu gün
Rusiyanın bu raketlərini vura bilmərik - Ukraynalı zabit
08:31, Bu gün
Ukrayna müharibəsi ŞİDDƏTLƏNİR - Dünya fəlakətlə üz-üzə
08:30, Bu gün
"Ford" avtomobilin salonunda sərnişinləri dinləyəcək
08:09, Bu gün
Qoruyucu mələyi olmayan uğursuz BÜRC HANSIDIR? 
08:00, Bu gün
Boy artırmaq üçün olan dərmanlarla bağlı XƏBƏRDARLIQ: "Özbaşına istifadə etsəniz..."
07:54, Bu gün
Alen Delonun  vəsiyyəti uğrunda GƏRGİN MÜBARİZƏ 
07:51, Bu gün
Arvadının intim görüntülərini yayacağını deyən əmisi oğlunu qətlə yetirdi - Cinayətin DETALLARI
07:46, Bu gün
Avtomobillərin qiyməti süni şəkildə ARTIRILIR - İDDİA
07:40, Bu gün
81 min kadr və dörd günlük zəhmət: Ayın ən təfərrüatlı şəkli çəkildi
07:38, Bu gün
Doğma elinə qayıdan Tamaşa Məmmədova: "Şuşadan çıxanda mənim 6, bacımın isə 7 yaşı var idi"
07:30, Bu gün
Şuşa sakini: Həsrətində olduğum gün gəlib çatıb
07:20, Bu gün
KİV: 80-dən çox deputat Makronun vəzifədən kənarlaşdırılması ilə bağlı qətnamə imzalayıb
07:18, Bu gün
İnfarkt riskini artıran əsas iki səbəb - Səhər tezdən bunları etməyin
07:17, Bu gün
"COP29 toy iqtisadiyyatına necə təsir göstərəcək?" -AÇIQLAMA+ÖZƏL
07:16, Bu gün
Ukrayna Radasına 8 nazir vəzifəsinə namizədlər təqdim olunub
07:14, Bu gün
Netanyahu: İsrail Qəzza razılaşmasının şərtlərini qəbul edib, növbə HƏMAS-dadır
07:12, Bu gün
Keçmiş məcburi köçkün: "30 yaşında çıxdığım Şuşama 65 yaşında qayıdıram"
07:10, Bu gün
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
07:09, Bu gün
Orxan Əfəndiyev vəzifəsindən AZAD EDİLDİ
07:06, Bu gün
Bakıda ATIŞMA: Bir nəfərin məhv edildiyi ərazidən GÖRÜNTÜLƏR
07:01, Bu gün
Makrondan Azərbaycana səyahət qadağası: Səriştəsizliyin növbəti nümunəsi
06:59, Bu gün
Paşinyan problemləri tualetlərdən gələn pullarla həll etmək niyyətindədir
06:58, Bu gün
İrəvan sakinləri havanın çirklənməsi göstəricilərini, ərazinin 3D modelini izləyə biləcəklər...
06:26, Bu gün
“İsgəndər-M”də 27 Amerika detalı tapıldı: Rusiya bu raketlərlə Ukraynanı vurur...
02:13, Bu gün
"Volkswagen"in iflası Avropa avtomobil sənayesinin sonunun başlanğıcıdır
02:12, Bu gün
"BRIKS, yoxsa Avropa Birliyi?" - Türkiyənin "Sabah" qəzeti
02:07, Bu gün
Ümumdünya İmamlar Şurası İran və HƏMAS haqqında bəyanatla çıxış edib
04 Sep 2024 | 23:58
ABŞ Marqarita Simonyana sanksiya tətbiq edib
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
04 Sep 2024 | 23:16
Opera və Balet Teatrının təmiri nə vaxt bitəcək? - Rəsmi açıqlama
04 Sep 2024 | 23:02
Dəfnə yarpağı çayı: Sizi bir çox xəstəliklərdən qoruya bilər
04 Sep 2024 | 22:55
Orqanlarını satmaq üçün görün hara gedirlər - Ürpərdici ARAŞDIRMA
04 Sep 2024 | 22:50
Güləşçimiz dünya üçüncüsü oldu
04 Sep 2024 | 22:32
Aygün Kazımovadan fərqli görünüşdə - FOTOSESSİYA
04 Sep 2024 | 22:24
ABŞ-da məktəbdə atışma: ölənlər və yaralananlar var
04 Sep 2024 | 22:16
Bu məhsulların qiyməti artacaq - XƏBƏRDARLIQ
04 Sep 2024 | 22:08
"Yoruluram, amma güclü olmaq lazımdır"
04 Sep 2024 | 22:00
Görmə qabiliyyətinizə kömək edəcək 5 məhsul
04 Sep 2024 | 21:53
Bakıda narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
04 Sep 2024 | 21:45
Köpəkbalığına oxşayan kompüterin qiyməti açıqlandı
04 Sep 2024 | 21:38
İtaliyada miqrant qayığı qəzaya uğradı: 20-dən çox adam itkin düşdü
04 Sep 2024 | 21:30
İlham Əliyev İtaliyada səfərdədir
04 Sep 2024 | 21:18
Mehriban Əliyeva Paralimpiya Oyunlarında növbəti dəfə medal qazanan Raman Saleyi təbrik edib
04 Sep 2024 | 21:14
Gürcüstanda YENİ QANUN - LGBT qadağan olundu
04 Sep 2024 | 21:08
İnsanlar ölməzdən əvvəl nə deyirlər? - Həkimlər DANIŞIR
04 Sep 2024 | 21:00
Özünə inamı artırmağın yolları
04 Sep 2024 | 20:54
Gürcüstanda qalmaqal: baş nazir pezidentin qeyri-legitim olduğunu bəyan edib
04 Sep 2024 | 20:48
Acunun 4-cü evliliyi - FOTO
04 Sep 2024 | 20:40
“WhatsApp” hücumlarına qarşı görüləcək 5 ehtiyat tədbiri
04 Sep 2024 | 20:33
Bu avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir
04 Sep 2024 | 20:26
"Evimi sök, pulumu ver" - Alatavalılar AYAĞA QALXDI- Tikinti şirkətləri necə fırıldaq edir? – VİDEO
04 Sep 2024 | 20:20
Bəxtini açmaq istəyən bürclər bunu etsin - Sirr açıldı
04 Sep 2024 | 20:11
"Serbiya Rusiya əleyhinə isteriyaya qoşulmayacaq" - Serbiya baş nazirinin müavini
04 Sep 2024 | 19:48
Həkim çörəklə bağlı məşhur mifi dağıtdı
04 Sep 2024 | 19:40
Almaniya Ukraynaya daha 17 ədəd zenit-raket kompleksi verəcək
04 Sep 2024 | 19:39
Türkiyənin ədliyyə naziri sosial media şirkətlərinə xəbərdarlıq edib
04 Sep 2024 | 19:36
DİN: Kəlbəcər sakininin Gəncədə əsassız saxlanılaraq döyülməsi həqiqəti əks etdirmir
04 Sep 2024 | 19:33
Amerikada soyuducuların 98 faizində həmişə bu məhsul olur - Dünyada ən çox yeyilən 10 qida
04 Sep 2024 | 19:25
Xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək
04 Sep 2024 | 19:18
4 günlük iş rejiminə keçildi: Bu, demoqrafik tənəzzülün qarşısını ala bilər
04 Sep 2024 | 19:10
Qarabağ Universitetinin tələbələri nə vaxt Xankəndiyə aparılacaq?
04 Sep 2024 | 19:10
Məzahir Pənahov: "Bu, bizi maraqlandırmır"
04 Sep 2024 | 19:06
Ərdoğan: Türkiyə Misirlə əlaqələri inkişaf etdirmək istəyir
04 Sep 2024 | 18:57
ADA Universitetində üç yeni proqram açılıb
04 Sep 2024 | 18:52
Reytinq cədvəli açıqlandı: Heydərov birincidir!
04 Sep 2024 | 18:46
“Nikosayağı” qəzaya düşdüyü maşının nömrəsini satışa çıxardı - FOTO
04 Sep 2024 | 18:40
“Müştəriləri birinci, işçiləri ikinci, səhmdarlarınızı üçüncü yerə qoyun” - “Alibaba”nın qurucusundan sitatlar
04 Sep 2024 | 18:34
924-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
04 Sep 2024 | 18:28
İlahiyyatçıdan ŞOK açıqlama: Bürclərə inananlar...
04 Sep 2024 | 18:20
Qazaxıstan və Özbəkistan kosmosa birgə peyklər buraxacaq
04 Sep 2024 | 18:13
“Azərbaycanın əbədi səadətini Rusiyada” gördü...- Elə o dövlət tərəfindən də güllələndi...
GÜNLÜK
04 Sep 2024 | 13:54
Türkiyədə benzin və dizelin qiyməti sabahdan ARTIRILIR - YENİ QİYMƏT
04 Sep 2024 | 13:01
Bu dairələrin nəticələri LƏĞV OLUNA BİLƏR - MSK
04 Sep 2024 | 13:00
“Su ehtiyatına görə dünya öncüllərindən olan bu ölkədə boş yerə bir damcı da su axdığını görmədim...”
04 Sep 2024 | 16:30
Üç ölkədən dəhliz qərarı: İran prosesdən kənarda qaldı - Kritik gəlişmə
04 Sep 2024 | 12:41
“Parlamentdə Qərbi Azərbaycanla bağlı komitənin yaradılması mümkündür”
04 Sep 2024 | 17:17
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
04 Sep 2024 | 14:20
Azərbaycanda 20-yə yaxın məmurun korrupsiya cinayətlərinin üstü açıldı - ŞOK FAKTLAR + FOTO
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
04 Sep 2024 | 12:19
Sentyabrın 4-dən 4 bürc ciddi çətinliklərlə üzləşəcək
04 Sep 2024 | 13:15
Qərbi Azərbaycana qayıdışla bağlı yeni həmlə: Addım-addım hədəfə doğru - TƏHLİL + FOTO
HƏFTƏLİK
30 Aug 2024 | 13:36
İran Zəngəzur dəhlizinin açılmasına razılıq verdi: Əsas şərt belədir - Detallar açıqlandı
30 Aug 2024 | 07:26
Şahramanyan Azərbaycandan gətirilmiş 356 avtomobil haqda hökumətə məlumat versə də…
01 Sep 2024 | 10:11
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı (VİDEO)
03 Sep 2024 | 10:20
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
29 Aug 2024 | 16:45
“Kupça” problemi həll olunur – Bu ilin sonunda…
31 Aug 2024 | 23:05
Sentyabrda şanslı olacaq BÜRCLƏR: Ay tutulması və...
29 Aug 2024 | 16:35
Həyət evində yaşayanların DİQQƏTİNƏ - Cərimələnə bilərsiniz
31 Aug 2024 | 07:09
Fransızlar dilə gəldi: “Xalqına umac ova bilmir, bəşəriyyətə əriştə kəsir...”
01 Sep 2024 | 08:30
Rusların hesab etdiyimiz soy adları YƏHUDİLƏRİN İMİŞ -"Ov" -"Yev"
02 Sep 2024 | 21:34
Nüvədi təhvil verilir: Dəhliz məsafəsi 12 km azalır - Paşinyan etiraf etdi
AYLIQ
04 Sep 2024 | 13:54
Türkiyədə benzin və dizelin qiyməti sabahdan ARTIRILIR - YENİ QİYMƏT
04 Sep 2024 | 13:01
Bu dairələrin nəticələri LƏĞV OLUNA BİLƏR - MSK
04 Sep 2024 | 13:00
“Su ehtiyatına görə dünya öncüllərindən olan bu ölkədə boş yerə bir damcı da su axdığını görmədim...”
04 Sep 2024 | 16:30
Üç ölkədən dəhliz qərarı: İran prosesdən kənarda qaldı - Kritik gəlişmə
04 Sep 2024 | 12:41
“Parlamentdə Qərbi Azərbaycanla bağlı komitənin yaradılması mümkündür”
04 Sep 2024 | 17:17
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
04 Sep 2024 | 14:20
Azərbaycanda 20-yə yaxın məmurun korrupsiya cinayətlərinin üstü açıldı - ŞOK FAKTLAR + FOTO
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
04 Sep 2024 | 12:19
Sentyabrın 4-dən 4 bürc ciddi çətinliklərlə üzləşəcək
04 Sep 2024 | 13:15
Qərbi Azərbaycana qayıdışla bağlı yeni həmlə: Addım-addım hədəfə doğru - TƏHLİL + FOTO