Beriya ilə dostluğuna görə işi cəncələ düşən general - Onun problemlərinə Brejnev son qoyub
Dünya
Oxunub: 1040
19 Aug 2024 | 15:30
Beriya ilə dostluğuna görə işi cəncələ düşən general - Onun problemlərinə Brejnev son qoyub

İosif Stalin 1950-ci ildən sonra öz komandasında köklü kadr islahatları aparmağı planlaşdırıb. Hətta o, yaxın silahdaşlarının bəzilərini də siyasi elitadan uzaqlaşdırmağı düşünüb. Son çıxışlarında Stalin bu haqda fikirlərini də bildirib. Sovet lideri o cümlədən hərbi cameəyə də əl gəzdirməyi vacib sayıb. Belə ki, o, 1952-ci ildə keçirdiyi müşavirənin sonunda gözlənilməyən bir qərar verir.

Heç bir müzakirəsiz və səbəb göstərilmədən Stalin ordu generalı Sergey Ştemenko haqqında müşavirə iştirakçılarına fikrini bildirib:

  • Biz belə qərara gəldik ki, Ştemenkonu Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən azad edək və onu başqa işə keçirək. Yoldaş Vasilevski (müdafiə naziri), məsələ ilə bağlı müvafiq sənədləri təcili hazırlayıb bu gün mənə təqdim edərsiniz.

Ştemenko bu qərarı sakitliklə qarşılayıb və əsl hərbçilərə məxsus istənilən əmrə müzakirəsiz müntəzir olduğunu nümayiş etdirib.

STEM.jpeg (53 KB)

Müşavirə sona çatdıqdan sonra Stalin marşal Vasilevskini saxlayıb:

  • Yoldaş Vasilevski, siz gözləyin.

Müşavirə zalı boşaldıqdan sonra Stalin marşaldan soruşub:

  • Siz bildiniz mən nəyə görə Ştemenkonu vəzifəsindən azad etdim?
  • Yoldaş Stalin, sizin qərarlarınız müzakirə olunmur.
  • Amma indi mən bunun səbəbini sizə deyəcəm. Ştemenko sizin haqqınızda gecə-gündüz yazmaqdan yorulmur, amma mən yoruldum bu yazılardan, odur ki, onu vəzifəsindən azad etdim.

Maraqlıdır, Baş Qərargah rəisinin vəzifədən azad olunmasının əsl səbəbi nə olub?

Əslində səbəb heç də Stalinin Vasilevskiyə söylədiyi olmayıb. Sadəcə, Stalin əsl səbəbi gizlətmək üçün Ştemenkonun Vasilevski haqqında yazdıqlarını bəhanə gətirib. Digər bir tərəfdən marşal və generalların arasında həmişə bir gərginlik yaşanıb və onlardan çoxu da qarşı tərəfi “yıxmaq” üçün Stalinə haqlı-haqsız məktublar ünvanlayıblar. Amma bu “yazışmalar”a görə Stalin heç vaxt kadr dəyişikliyinə yol verməyib, o, bunu ciddi səbəb hesab etməyib və bu qeyri-ciddi səbəblərə görə əlini hərbi elitaya uzatmayıb. Çünki ali hərbi strukturda dəyişiklik ciddi məsələ sayılıb, xüsusilə də Stalinin hakimiyyəti illərində. 

Ştemenkonun baş qərargah rəisi vəzifəsindən azad edilməsi isə Lavrenti Beriya ilə bağlı olub. Beriya ilə Ştemenko arasındakı isti münasibətlər Stalini narahat edib və o, istəməyib ki, Beriyanın Ştemenkonun vasitəsi ilə orduya təsir qüvvəsi artsın. Stalin yaxşı anlayıb ki, Beriyanın Silahlı Qüvvələrdə söz sahibi olması istənilən vaxt onun üçün təhlükəyə çevrilə bilər. 

Amma bir faktı da qeyd edək ki, Beriya ilə Ştemenkonun arasında məxfi münasibət olmayıb. 1942-1943-cü illərdə Beriya Qafqaz və Şimali Qafqaz hərbi dairələrində olarkən onu müşayiət edənlərin arasında Ştemenkonun olması, Beriyanın bəzi tədbirlərdə Ştemenko haqqında yüksək fikir söyləməsi Kreml məmurlarında belə bir fikir formalaşdırıb ki, onların arasında gizli bir əlaqə var. Sonralar bu “gizli” əlaqə, daha dəqiqi, onun olmasına dair şübhələr Ştemenko üçün böyük problemlər yaradıb.

Qeyd edək ki, 1907-ci ildə Volqoqrad vilayətinin Uryupinck şəhərində anadan olan Ştemenko natamam orta təhsil aldıqdan sonra Moskvaya işləməyə gedib. Mərkəzi teleqraf binasının tikintisində fəhlə işləyib. 1926-cı ildə hərbi xidmətə yollanıb. Xidmətdən sonra Moskva Artilleriya Məktəbində, daha sonra isə Hərbi Akademiyada təhsil alıb. Müharibəyə qədər ayrı-ayrı hərbi hissələrdə kiçik hərbi vəzifələr daşıyan Ştemenko müharibə dövründə xidmətini döyüş bölgələrində davam etdirib. Peşəkarlığı və hərbi nəzəri bilikləri ilə fərqlənən Ştemenko 1943-cü ildə əvvəlcə Baş Qərargahda əməliyyat idarəsinin rəis müavini, daha sonra isə rəisi təyin edilib. Həmin dövrdə cəbhənin ayrı-ayrı istiqamətlərində Ştemenko hazırladığı uğurlu əməliyyatlarla yadda qalıb.

Ordu generalı rütbəsinə qədər yüksələn Ştemenko 1948-ci ildə Baş Qəraragah rəisi, müdafiə nazirinin müavini təyin edilib.

STEM SON.jpg (115 KB)

Yuxarıda qeyd etdiyimiz kimi, Ştemenko bu vəzifəsindən 1952-ci ildə azad edilib və Almaniyada sovet qoşunlarının qərargah rəisi vəzifəsinə göndərilib.

1953-cü ilin iyul ayında Lavrenti Beriyanın həbsindən sonra Ştemenko vəzifəsindən azad olunaraq nazirliyin sərəncamına göndərilib. Ancaq məsələ təkcə vəzifədən azad olunmaqla bitməyib. Ştemenkonun istintaqa cəlb edilməsi məsələsi gündəmə gəlib. Ştemenko həbs olunacağı ilə bağlı real təhlükəni hiss edərək Nikita Xruşova məktub yazıb, Beriya ilə heç bir gizli əlaqəsinin olmadığını qeyd edib. Əslində, Ştemenko bu məktubun heç bir nəticəsi olmayacağını düşünüb. Amma Xruşov məktuba reaksiya verib. Ştemenko məhkəmədə ittiham olunan kimi deyil, şahid qismində iştirak edib. Amma general cəzasız da qalmayıb. Onun rütbəsi iki pillə aşağıya, general-leytenant rütbəsinə salınıb və Qərbi Sibir Hərbi Dairəsinə qərargah rəisi vəzifəsinə təyin edilib.

1955-ci ildə Georgi Jukov SSRİ müdafiə naziri təyin olunanda Ştemenkonu Sibirdən Moskvaya qaytarıb və onu Baş Qərargahın kəşfiyyat idarəsinə rəis təyin edib, Ştemenkonun rütbəsi bir ulduz artaraq general-polkovnik olub.

Nikita Xruşov 1957-ci ildə Jukovu nazir kürsüsündən uzaqlaşdıranda qara buludlar növbəti dəfə Ştemenkonun başının üstündə görünüb.

Xruşov həmin ilin oktyabr plenumunda Ştemenko haqqında bu fikirləri səsləndirib:

“Ştemenko Sibirdən Moskvaya elə-belə gətirilməyib. Jukov onu Baş Qərargahın kəşfiyyat idarəsinə də elə-belə təyin etməyib. Bütün bunlar məqsədli olub və heç də xoş niyyətlə edilməyib...”

Ştemenko yenidən uzaqlara “sürgün” edilib. Bir müddət Volqoqrad və Qafqaz hərbi dairələrində xidmət etdikdən sonra nəhayət, 1964-cü ildə Breynevin təşəbbüsü ilə Baş Qərargah rəisinin müavini vəzifəsinə təyinat alıb və 1968-ci ildə o, yenidən ordu generalı rütbəsinə sahib olub. Beləliklə, Brejnev Ştemenkonun porlemlərinə son qoyub.

Başından qara buludlar əskik olmayan ordu generalı istefaya çıxdıqdan sonra memuarlarını yazıb. Ştemenko “Baş qərargah müharibə illərində” kitabı ilə məşhurlaşıb.

Sergey Ştemenko 1976-cı ildə, 69 yaşında vəfat edib. /Musavat.com/

Oxşar xəbərlər
00:01, Bu gün
Müğənni Sevda Sanaliyeva izləndiyi ilə bağlı görüntülər yaydı: "Onun əlində nəsə olur və gizlədir"
19 Aug 2024 | 23:53
Azərbaycanda "icra başçısının katibəsi" HƏBS EDİLDİ
19 Aug 2024 | 23:08
Balığın təzəliyini bu üç əlamətdən bilmək olar
19 Aug 2024 | 23:02
Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?
19 Aug 2024 | 22:56
Ukrayna Kurskda yeni ərazilər ələ keçirdi - Son dəqiqə
19 Aug 2024 | 22:48
Sərinləmək üçün dondurma yeyənlər - Bunu yanlış bilirmişsiniz
19 Aug 2024 | 22:40
Sentyabrdan sonra regionda yeni şərait yaranıb - Əliyev
19 Aug 2024 | 22:31
Çayı nə ilə içmək xeyirdir?
19 Aug 2024 | 22:30
"Ukrayna Silahlı Qüvvələri üçün Donetsk vilayətində vəziyyət fəlakətlidir" - "Bild" nəşri
19 Aug 2024 | 22:25
Rusiya bu ölkənin 32 nümayəndəsini qara siyahıya saldı
19 Aug 2024 | 22:17
Hamilələr bu içkilərdən uzaq dursunlar! - Diabet və hipertoniya riski
19 Aug 2024 | 22:09
Qusar sakini odlu silahla qətlə yetirilib
19 Aug 2024 | 22:01
Leyla Əliyeva türbələri ziyarət etdi - Foto
19 Aug 2024 | 21:45
Nadir astronomik hadisə müşahidə olunacaq - NASA
19 Aug 2024 | 21:31
İsti havalarda hansı qidalardan çəkinmək lazımdır?
19 Aug 2024 | 21:23
Akif Nağı Qobu-parkda görüş keçirdi
19 Aug 2024 | 21:15
"Ukrayna ilə sülh danışıqlarından söhbət gedə bilməz" - Lavrov
19 Aug 2024 | 21:05
7500 manatlıq seanslar: Son vaxtlar tələbi artan psixoloq seanslarının qiymətləri niyə əlçatmazdır?
19 Aug 2024 | 20:52
“Qanuni varis ola bilmədiyimiz üçün Xızı və Bakıdakı mülklərimizi ala bilmirik”- Mikayıl Müşfiqin qohumu kömək istəyir-FOTO+ÖZƏL 
19 Aug 2024 | 20:44
“Anam ad gününü bilərəkdən avqust ayına yazdırıb ki, Yazıçılar Birliyində özünə ad günü keçirməsin, istəmirdi”- Mirvarid Dilbazinin qızı
19 Aug 2024 | 20:36
Azay Quliyevin görüşləri davam edir - “Seçicilər görülən işə qiymət verir”
19 Aug 2024 | 20:28
Bu ölkənin Ukraynaya dəstəyi zəifləyib - Zelenski
19 Aug 2024 | 20:21
Ət alarkən nələrə diqqət etmək lazımdır?
19 Aug 2024 | 20:18
Qəzzada 2023-cü ilin oktyabrından bu yana 169 jurnalist ölüb
19 Aug 2024 | 20:10
Məşhur teleaparıcı vəfat etdi - FOTO
19 Aug 2024 | 20:00
"Qadınlar həmişə bağışlayır, təki Allah bağışlasın” - FOTO
19 Aug 2024 | 19:52
Mingəçevirdə "Kürü keçək?!" adlı açıq suda üzmə yarışı keçiriləcək
19 Aug 2024 | 19:44
Putinin Bakıya səfəri başa çatdı
19 Aug 2024 | 19:36
AB-dən Bakıya çağırış: Bu ərəfədə sülh sazişi imzalayın...
19 Aug 2024 | 19:18
Tez-tez olan baş ağrılarının TƏHLÜKƏLİ SƏBƏBLƏRİni sadaladı-Nevroloq
19 Aug 2024 | 19:10
Hizbullah müharibəyə hazırlaşır?
19 Aug 2024 | 19:01
1 qaşıq antioksidant xəzinəsi! Təbiətin güc toxumu kimi tanınır…
19 Aug 2024 | 18:54
Dilan Polat azadlığa buraxıldı
19 Aug 2024 | 18:36
"Apple" üç ildən sonra İLK DƏFƏ YENİ "AirPods" təqdim edəcək
19 Aug 2024 | 18:28
Almaniyada Kiyevə yardımla bağlı münaqişə kəskinləşir
19 Aug 2024 | 18:20
Dünya Fotoqrafiya Günü - Dünyada çəkilən ilk şəkil
19 Aug 2024 | 18:12
Politoloq: Azərbaycan və Rusiya liderlərinin görüşü müsbət nəticələr verəcək
19 Aug 2024 | 18:05
Necə edək ki, soğan doğrayanda ağlamayaq?
19 Aug 2024 | 18:00
Putin Əliyevi MDB Dövlət Başçıları Şurasının iclasına dəvət etdi
19 Aug 2024 | 17:56
Xaçmazda polis zabiti qəfil VƏFAT ETDİ
19 Aug 2024 | 17:50
İxtisas seçiminin vaxtı uzadıldı - DİM
19 Aug 2024 | 17:45
Prezidentin adından Putinin şərəfinə dövlət ziyafəti verilir - VİDEO
19 Aug 2024 | 17:39
"Danışıqların indiki raundu girovların qaytarılması üçün son şansdır" - Blinken
19 Aug 2024 | 17:33
Prezidentlər Bakıdakı kafedralda - VİDEO
19 Aug 2024 | 17:27
E vitamini çatışmazlığı orqanizmdə nələrə səbəb olur?
19 Aug 2024 | 17:21
Cənubi Qafqazda sabitlik bundan asılıdır - Prezident
19 Aug 2024 | 17:15
Əliyevlə Putinin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
19 Aug 2024 | 17:11
Avtobus zolağında “bazar”: Ölmədik, bu günü də gördük! - FOTO
19 Aug 2024 | 17:05
Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlər mübadilə edildi - YENİLƏNİB
19 Aug 2024 | 17:00
"Zirə" - "Omoniya" görüşünün hakimləri açıqlandı
19 Aug 2024 | 16:56
Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar - VİDEO
19 Aug 2024 | 16:53
"Krım körpüsü qanuni hədəfdir və məhv ediləcək" - amerikalı admiral
19 Aug 2024 | 16:48
Türkiyə-Azərbaycan Universitetinə kim rəhbərlik edir? - RƏSMİ CAVAB
19 Aug 2024 | 16:42
Rusiyadan etiraf addımı - Cavanşir Feyziyev yazır… 
19 Aug 2024 | 16:36
Bakıda İrandan gətirilən 23 kq narkotik ələ keçirildi
19 Aug 2024 | 16:29
Prezidentlər Bakı gəzintisində: maşını Əliyev sürür -  VİDEO
19 Aug 2024 | 16:22
Putinin Bakıdakı korteji - VİDEO
19 Aug 2024 | 16:16
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək - FOTO
19 Aug 2024 | 16:05
Rusiya Azərbaycandan nə gözləyir, nə istəyir? Bakı slavyanların qardaş qırğınının durduğu məkan ola bilər
19 Aug 2024 | 15:57
Başqırdıstanda müdafiə zavodunda partlayış baş verib, qaz kəməri yanır
19 Aug 2024 | 15:54
Prezidentlərin məhdud tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
19 Aug 2024 | 15:50
Pul kisəsinə 1 ədəd qoymaq kifayətdir - Pula pul qatır, ata-babalarımızdan miras qalmış ənənədir
19 Aug 2024 | 15:48
"Qarabağ" Xorvatiyaya yola düşdü - FOTO
19 Aug 2024 | 15:42
İnsanların birdən-birə qocaldığı iki yaş DÖVRÜ - biri 44, o biri...
19 Aug 2024 | 15:36
Beyləqanda uşaq kanalda batdı
19 Aug 2024 | 15:30
Beriya ilə dostluğuna görə işi cəncələ düşən general - Onun problemlərinə Brejnev son qoyub
19 Aug 2024 | 15:24
Azərbaycanda 15 milyona stadion tikiləcək
19 Aug 2024 | 15:15
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİB + VİDEO
19 Aug 2024 | 15:06
"Kursk vilayətinə hücum yalnız başlanğıcdır" - "The Guardian"
19 Aug 2024 | 14:59
Alen Delon kimdir? - Kişi ilə yatdığına görə arvadı intihar edən, hamının və heç kimin olmayan kişi
19 Aug 2024 | 14:58
Arıqlamaq istəyənlər üçün QIZIL İPUCU: Bu saatda  qəhvə içmək bütün yağları yandırır
19 Aug 2024 | 14:52
Xoşbəxt əlaqənin ən dəqiq əlaməti AÇIQLANDI
19 Aug 2024 | 14:45
Komitə sədri Rövşən Rzayev Bərdədə vətəndaşları qəbul edib - FOTOLAR
19 Aug 2024 | 14:38
Rusiya Prezidenti: "Bakı regionun oazisinə çevrilir"
19 Aug 2024 | 14:31
Makronun prezidentliyinin “pik” həddi: Fransa vətəndaş müharibəsi astanasında - ŞƏRH
19 Aug 2024 | 14:24
I sinfə qəbul olunan uşaqların sayı açıqlandı
19 Aug 2024 | 14:18
"Putin danışıqlar üçün yalvarır" - Lukaşenkonun son bəyanatları nədən xəbər verir?..
19 Aug 2024 | 14:13
Putinin Bakı səfəri: Masada nələr var?
19 Aug 2024 | 14:10
Bakıda su sayğacında iki kiloqram heroin tapıldı
19 Aug 2024 | 14:05
Prezident: "Əminəm ki, Vladimir Putinin səfəri ikitərəfli münasibətlər üçün faydalı olacaq"
19 Aug 2024 | 14:00
Azərbaycan millisinin üzvü İspaniya klubuna transfer olundu
19 Aug 2024 | 13:56
İlham Əliyev: "Azərbaycan Rusiya ilə qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnundur"
19 Aug 2024 | 13:50
"Azərbaycanla münasibətlər 2022-ci ildə imzalanmış Bəyannamə əsasında inkişaf edir"
19 Aug 2024 | 13:43
Rəhbərini kabinetində qətlə yetirən mühasibin SENSASİON ifadəsi
19 Aug 2024 | 13:37
"Rusiya Bakı ilə İrəvan arasında nizamlanmada iştirak etməyə hazırdır" - Putin
19 Aug 2024 | 13:32
“Görən kimi aşiq oldum, 40 dəfə evlənmək təklif etdim” - Məşhur aktyor
19 Aug 2024 | 13:22
Vladimir Putinin rəsmi qarşılanma mərasimi - YENİLƏNİB + VİDEO
19 Aug 2024 | 13:16
Şuşada COP29-a həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək
19 Aug 2024 | 13:10
"Əsas məqsədimiz Rusiyanın müharibə potensialını məhv etmək və bufer zonası yaratmaqdır"
19 Aug 2024 | 13:05
Hərbçilərimiz "Altın Kıran - 2024" təlimində iştirak edir
19 Aug 2024 | 13:01
Vladimir Putin Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - YENİLƏNİB + VİDEO
19 Aug 2024 | 12:56
Yadellilərin Gədəbəy mis mədənlərindəki cinayətlərini O İFŞA EDİB - VİDEO
19 Aug 2024 | 12:50
“Azəriqaz” Xankəndidə qaz təchizatı infrastrukturunu bərpa edir - VİDEO
19 Aug 2024 | 12:44
Könül Mehdiyevaya UEFA-dan təyinat
19 Aug 2024 | 12:37
Sabah 36 dərəcə isti olacaq - PROQNOZ
19 Aug 2024 | 12:31
Azərbaycanlı sənətçinin Özbəkistan səfərində “şübhəli əşya” - VİDEO
19 Aug 2024 | 12:25
Bağdadda iranlı və iraqlı zəvvarları daşıyan avtobus ağır qəzaya düşüb - FOTO
19 Aug 2024 | 12:18
Əməkdar incəsənət xadimi insult keçirdi
19 Aug 2024 | 12:12
"Alov Qüllələri" arasındakı kəndirdə gəzən şəxs kimdir? - VİDEO
19 Aug 2024 | 12:06
Moskva Almaniyaya XƏBƏRDARLIQ ETDİ -DETALLAR
GÜNLÜK
19 Aug 2024 | 09:42
Kimlərə üzüm yemək QƏTİ QADAĞANDIR
19 Aug 2024 | 08:46
Alimlər  sübut etdi- Ən ağıllı uşaqlar BU AYLARDA DOĞULUR
19 Aug 2024 | 09:56
Yemiş bu şəxslər üçün daha faydalıdır
19 Aug 2024 | 07:25
“Kadırov Putinə xəyanət etməyə hazırdır...”
19 Aug 2024 | 10:37
Putini Bakıya gətirən 3 mühüm səbəb
19 Aug 2024 | 10:58
“Putinin  Azərbaycana bu gəlişi adi gəlişlərdən deyil...”  
19 Aug 2024 | 08:24
Qocalma əleyhinə dərman HAZIRLANDI- İlk kimlərin üzərində sınaqdan keçirildi? 
19 Aug 2024 | 09:03
Bu tarixdən su əvvəlki rejimlə gələcək-RƏSMİ
19 Aug 2024 | 09:11
Tapança ilə vuruldu, polis tərəfindən döyüldü- Sovet kino ulduzları necə öldürüldü?
19 Aug 2024 | 15:50
Pul kisəsinə 1 ədəd qoymaq kifayətdir - Pula pul qatır, ata-babalarımızdan miras qalmış ənənədir
HƏFTƏLİK
17 Aug 2024 | 20:20
"İlhamə Quliyeva mənə televiziyalarda qadağa qoydurmuşdu, indi məzarının üstündə klounluq edirlər"-ÖZƏL
14 Aug 2024 | 20:14
İdman və Olimpiadanı rüsvay etdi- BÜTÜN DÜNYA ONA GÜLÜR - VİDEO
17 Aug 2024 | 17:12
Bu tarixdə doğulanların nəzərinə...
17 Aug 2024 | 13:32
Xalq artistinə şillə vuran, məşhur aktrisaya görə az qala ailəsi dağılan aktyorumuz: "Türkan Şoray başıma elə oyun açdı ki..."-ÖZƏL+FOTOLAR
13 Aug 2024 | 09:36
Sarımsağın qoxusunu yox edir: Ekspertlər son nöqtəni qoydular
18 Aug 2024 | 13:16
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
18 Aug 2024 | 19:30
Zəkanın aşağı olduğunu göstərən BEŞ DAVRANIŞ 
18 Aug 2024 | 18:37
Bu pişiklərin mənzildə saxlanması QƏTİ QADAĞANDIR 
13 Aug 2024 | 21:16
Diyetoloq bu bitkinin heyrətamiz sağlamlıq faydalarını açıqladı
18 Aug 2024 | 17:09
Yaxın 24 saat ərzində 9 bal gücündə zəlzələ OLACAQ - Alimlərdən XƏBƏRDARLIQ
AYLIQ
19 Aug 2024 | 09:42
Kimlərə üzüm yemək QƏTİ QADAĞANDIR
19 Aug 2024 | 08:46
Alimlər  sübut etdi- Ən ağıllı uşaqlar BU AYLARDA DOĞULUR
19 Aug 2024 | 09:56
Yemiş bu şəxslər üçün daha faydalıdır
19 Aug 2024 | 07:25
“Kadırov Putinə xəyanət etməyə hazırdır...”
19 Aug 2024 | 10:37
Putini Bakıya gətirən 3 mühüm səbəb
19 Aug 2024 | 10:58
“Putinin  Azərbaycana bu gəlişi adi gəlişlərdən deyil...”  
19 Aug 2024 | 08:24
Qocalma əleyhinə dərman HAZIRLANDI- İlk kimlərin üzərində sınaqdan keçirildi? 
19 Aug 2024 | 09:03
Bu tarixdən su əvvəlki rejimlə gələcək-RƏSMİ
19 Aug 2024 | 09:11
Tapança ilə vuruldu, polis tərəfindən döyüldü- Sovet kino ulduzları necə öldürüldü?
19 Aug 2024 | 15:50
Pul kisəsinə 1 ədəd qoymaq kifayətdir - Pula pul qatır, ata-babalarımızdan miras qalmış ənənədir