Medvedev almanları Reyxstaq qarşısında rus tankları ilə təhdid edib
1871
11 Aug 2024 | 16:25

Medvedev almanları Reyxstaq qarşısında rus tankları ilə təhdid edib

"Tezliklə ən yeni rus tanklarını Reyxstaq qarşısındakı Respublika meydanında görəcəksiniz..."
 
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Qərbin ünvanına yeni təhdidedici bəyanatla çıxış edib, bu dəfə bunu özünün "Telegram-kanal"ında deyil, Rusiyada qadağan edilmiş "X" sosial şəbəkəsində ingilis dilində yazdığı postla edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "gazeta.ru" nəşri yazıb.
 
"Almaniyanın "Bild" qəzeti revanşist məqalə dərc edərək, alman tanklarının rus torpağına döndüyü barədə qürurla məlumat verib. Biz ən yeni rus tanklarının Respublika Meydanına çatdırılması üçün hər şeyi edəcəyik", - rusiyalı məmur, Rusiyanın sabiq prezidenti və sabiq baş naziri yazıb.
 
"Bild" nəşrinin məlumatına görə, Ukrayna qoşunlarının Kursk vilayətinə hərbi müdaxiləsində Almaniyanın ən azı üç ədəd "Mader" tankı tətbiq edilib.
 
Bundestaqın müdafiə üzrə komitə rəhbəri Markus Faber bəyan edib ki, "Leopard 2" alman tankları və digər hərbi texnika Ukrayna Silahlı Qüvvələrinə verildikdən sonra onlar Ukraynaya məxsus olur və onların  tətbiq edilməsinə haqq qazandırır.
 
"Ukrayna Rusiya ilə müharibədə təkcə öz ərazisində müdafiə olunmamalıdır. Bu, beynəlxalq hüquqda nəzərdə tutulub", - bu barədə Almaniya XİN bəyan edib, məlumatı "Politico" nəşri yayıb.
 
Respublika Meydanı Almaniya paytaxtının  Reyxstaq qarşısında yerləşən mərkəzi yeri olan sahəsidir.
 
Bundan öncə çeçen general-mayoru, "Ahmat" xüsusi taborunun komandiri elan edib ki, ukraynalıların Kursk vilayətinə hücumuna "NATO qərargahı tərəfindən komandanlıq edilir", yerlərdə isə "çoxsaylı franslz və polyaklar var".
 
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri Kursk vilayətində qüvvələrini gücləndirir, regiona ağır texnika göndərilib. Döyüşlər dördüncü gündür ki, davam edir. 
 
Regionun qubernatoru vəzifəsini icra edən Andrey Smirnov vəziyyətin mürəkkəb olduğunu, federal xarakterli fövqəladə rejimin tətbiq edildiyini bəyan edib.
Link kopyalandı!
Son xəbərlər