Dünya
1586
09 Aug 2024 | 11:02

"İsrailin İranla savaşmaq üçün nə imkanları, nə də gücü var" - Əli Baqeri

"ABŞ-ın bu cinayətin törədilməsində məsuliyyətini görməzdən gəlmək olmaz..."
 
İsrail ötən həftə Tehranda HƏMAS siyasi lideri İsmayıl Haniyəni öldürməklə çox baha başa gələcək strateji səhvə yol verib.
 
Moderator.az xəbər verir ki, bu barədə İran XİN rəhbərinin vəzifələrini icra edən Əli Baqeri bəyan edib.
 
"Sionistlər tərəfindən Tehranda törədilən akt onlara çox baha başa gələcək", - Baqeri İslam Əməkdaşlıq Təşkilatı (İƏT) xarici işlər nazirləri Şurasının Ciddədə keçirilən növbədənkənar iclasında bəyan edib.
 
İranlı məmur həmçinin İsraili "gərginliyi, müharibəni və münaqişəni digər ölkələrə yaymaq" istəyində ittiham edib və bəyan edib ki, yəhudi dövləti İranla savaşmaq iqtidarında deyil.
 
"Sionistlər İran İslam Republikasına qarşı savaşa başlamaq halında deyil. Onların nə imkanları, nə də gücü var", - o, deyib.
 
"Hal-hazırda BMT Təhlükəsizlik Şurası tərəfindən İsrail rejiminin təcavüzünə qarşı hər-hansı müvafiq tədbirlərin görülmədiyi vaxtda İran İslam Respublikasının özünün bu rejimin təcavüzündən qanuni müdafiə hüququndan istifadə etməsindən başqa seçimi yoxdur", - Baqeri deyib.
 
Onun sözlərinə görə, Tehranın cavabı "bu rejimin İran İslam Respublikasının suverenliyinə, vətəndaşlarına və ərazisinə bundan sonra da hücumlarının qarşısının alınması üçün zəruridir və müvafiq zamanda və müvafiq formada həyata keçiriləcək".
 
Baqeri vurğulayıb ki, "İsrailin başlıca müttəfiqi olan ABŞ-ın bu dəhşətli cinayətin törədilməsində məsuliyyətini görməzdən gəlmək olmaz, bu, Vaşinqtonun razılığı və Amerika kəşfiyyatının köməyi olmadan mümkün olmazdı".
 
Dünən, çərşənbə günü İslam Əməkdaşlıq Təşkilatının 57 üzv-ölkəsinin xarici işlər nazirlərinin görüşündə qəbul edilən qətnamədə Qəzza bölgəsində atəşkəs və girovların azad edilməsi barədə danışıqlarda mühüm rol oynayan Haniyənin iyrənc qətlinə görə tam məsuliyyət İsrailin üzərinə qoyulub.
 
Sammitdən sonra Baqeri jurnalistlərə bəyan edib ki, İran Haniyənin qətlinə görə lazımi zamanda və lazımi qaydada cavab verəcək.
 
Bu cavabın xarakteri barədə suala cavabında o, deyib: "İranın rəsmi şəxsləri hazırda respublikanın maraqlarına uyğun olan cavab üzərində işləyir".
 
ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bəyan edib ki, ABŞ ümid edir ki, "İranla münasibəti olan bütün tərəflər biz İsraili inandırdığımız kimi İranı münaqişənin eskalasiyasına gətirib çıxaracaq hər-hansı addımlar atmamalı olduğuna inandıra biləcək".
 
Bununla bağlı diplomatik səylər həftənin əvvəlindən davam edir. ABŞ prezidenti Co Bayden İordaniya, Qətər və Misir liderlərilə çərşənbə axşamı telefonla söhbət edib.
Link kopyalandı!
Son xəbərlər