İranda casusluğa görə generalın həbsi - Rəsmi açıqlama
2537
04 Aug 2024 | 14:22

İranda casusluğa görə generalın həbsi - Rəsmi açıqlama

Kiberməkanda "Fəraca" (İran İslam Respublikası Polis Komandanlığı - red.) xüsusi təyinatlı dəstələrinin komandiri general Həsən Kərəminin həbsi ilə bağlı şayiələr dolaşır.
 
Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, "Fəraca" rəhbərliyi bu iddianı təkzib edib.
 
Bu gün səhər saatlarında X sosial şəbəkəsi və Telegram-da bəzi şəxslər Həsən Kərəminin HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin qətlində casusluq etdiyinə görə həbs edildiyini iddia ediblər. 
 
"Bu məlumat yalandır və onu düşmənlər tirajlayıb", - "Fəraca" rəhbərliyi elan edib.
Link kopyalandı!
Son xəbərlər