"İran İsrailə qarşı qisas məqsədilə "xüsusi əməliyyat" keçirməyi planlaşdırır..."
İsrail Müdafiə Ordusu "Hizbullah"ın mərmilər buraxdığı qurğusuna zərbə endirib
"Hizbullah" qruplaşması Livan ərazisindən İsrailin şimalını güclü raket atəşinə tutub.
Moderator.az xəbər verir ki, bu barədə "The Times of İsrael" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, Qaliley yarımadasının üzərində "Dəmir Günbəz"in ələ keçirdiyi çoxsaylı raketlər qeydə alınıb. Raketlərin dəqiq sayı göstərilmir, müxtəlif məlumatlara görə, bu rəqəm 30-50 arasındadır.
"Gecə İsrailin şimalında hava həyəcanı siqnallarından sonra Livan sərhəddini keçən təxminən 30 mərmi müəyyən edilib, onların əksəriyyəti İsrail Müdafiə Ordusunun HHM qrupu tərəfindən ələ keçirilib.
Müəyyən edilib ki, mərmilərdən biri Beyt-Gilel rayonuna, bir neçəsi isə açıq əraziyə düşüb. Zərərçəkənlər barədə məlumat verilmir", - İsrail Müdafiə Ordusu məlumat verib.
Qeyd edilir ki, bundan sonra İsrail Müdafiə Ordusu "Hizbullah"ın mərmilər buraxdığı qurğusuna və əlavə olaraq qruplaşmanın Livanın cənubunda Marcaayun rayonundakı infrastrukturuna zərbə endirib.
Bundan başqa, ordu artilleriyası Odaisse rayonunda təhlükəni aradan qaldırmaq üçün atəşlər həyata keçirib.
İsraildə vəziyyət
İyulun 31-də Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə qətlə yetirilib.
Bundan sonra İranın BMT-dəki nümayəndəsi Səid İrəvani bəyan edib ki, İran İsrailə qarşı qisas məqsədilə "xüsusi əməliyyat" keçirəcək.
Sonradan KİV-lər İran məmurlarına istinadən yazıb ki, İranın Ali dini rəhbəri ayətüllah Əli Xamenei İsrailə birbaşa zərbələr endirməyi əmr edib.
Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi ilə əlaqədar olaraq Ukrayna birincilər sırasında öz vətəndaşlarının Livandan təxliyəsinə başlayıb.
Bu yaxınlarda bəlli olub ki, İran İsrailə HƏMAS lideri İsmayıl Haniyənin qətlinə cavab olaraq avqustun 12-13-də İsrailə Tişa-Beav milli matəm günündə hücum etməyi planlaşdırır.