Türkiyədə zəlzələ ilə bağlı vacib addım: Hər kəs yaşadığı evin...
Dünya
1529
03 Aug 2024 | 17:48

Türkiyədə zəlzələ ilə bağlı vacib addım: Hər kəs yaşadığı evin...

“Hər kəs yaşadığı ərazidə zəlzələ riskinin nə qədər olduğunu biləcək”.
 
Moderator.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Bülənd Ecevit Universitetinin professoru Şenol Hakan Kutoğlu deyib.
 
Professor fay xətləri, bölgədə baş vermiş zəlzələlər və təkanların böyüklüyü haqqında məlumatların “Deprembis” (Zəlzələ Məlumat Sistemi) tətbiqinə əlavə edildiyini bildirib:
 
“Hər kəs yaşadığı evdə, olduğu ərazidə fay xəttinin olub-olmadığı ilə maraqlanır. Vətəndaşlarımız artıq olduqları ərazidə nə qədər və nə vaxt zəlzələ təhlükəsinin meydana gələcəyini görə biləcəklər. Zəlzələnin tarixi nə qədər uzaqsırsa, təhlükə bir o qədər yaxın və qaçılmazdır”.
 
“Deprembis” tətbiqinə əlavə edilən məlumatların ödənişsiz olacağı qeyd edilib.
 
Link kopyalandı!
Son xəbərlər