“İran qisas zərbəsini İsrailə yox, başqa yerə endirəcək” - SENSASİYA
Dünya
Oxunub: 423
13:42, Bu gün
“İran qisas zərbəsini İsrailə yox, başqa yerə endirəcək” - SENSASİYA
İran dini lideri Əli Xamneyi HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirilməsi əmrini verib.
 
Bu barədə məlumatı “New York Times“ qəzeti öz mənbələrinə istinadən yayıb. İddialara görə, ölkənin Qum şəhərindəki Cəmkəran məscidinin üzərində növbəti dəfə qisas rəmzi kimi qəbul edilən qırmızı bayraq qaldırılıb. Bu isə İranın Haniyənin intiqamını almağa çalışacağını göstərir.
 
Bəs bu qisas necə alına bilər?
 
Moderator.az bildirir ki, Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz İranın bu istiqamətdə ciddi addımlar atacağına inanmır:
 
f5ce6e2915e7ae1d337069f920b9ef3e (1).jpeg (277 KB)
 
“Məsələ burasındadır ki, Qumdakı məscidin üzərində tez-tez qırmızı bayrağın qaldırıldığını görürük. İlk dəfə dünya bu hadisə ilə Qasım Süleymaninin ABŞ tərəfindən qətlə yetirildiyi zaman tanış oldu. 2020-ci ilin yanvaryında Bağdadda ABŞ təyyarələrinin hücumu zamanı öldürülən Qasım Süleymaninin intiqamını almaq niyyəti ilə qaldırılan bu bayraq bir müddətdən sonra İraqdakı bir ABŞ hərbi bazasına bir neçə raket zərbələrinin ardınca endirildi. Sonradan məlum oldu ki, bu zərbələr danışılmış qisas şousundan başqa bir şey deyilmiş. Hər halda o zamanın ABŞ prezidenti Donald Tramp bu iddianı irəli sürürdü. Donald Trampın iddiasına görə, hakimiyyətdə olduğu müddətdə ilk dəfə həmin hücum zamanı könül xoşluğu və rahatlıqla yata bilmişdi. Baxmayaraq ki, bütün dünya İranın ABŞ bazasına hücumlarını seyr edir və ürəyində dərin əndişə daşıyırdı. Donald Tramp isə hər şeyə arxayın şəkildə yataqda xorulduyurdu. Çünki İran rəhbərliyi ondan ABŞ hərbi bazasının boş sahələrinə qürurunu xilasetmə zərbələri endirmək icazəsi almışdı. Bir çoxları Donald Trampın bu sözlərinə şübhə ilə yanaşsa da, İranın ikinci qisas zərbəsində ABŞ-ın sabiq prezidentinin nağıl uydurmadığı ortaya çıxdı. Bilirsiniz ki, İsrail bu il İranın quruluşunun 45-ci ildönümü günü – 1 apreldə ölkənin Suriyadakı baş konsulluğuna zərbələr endirdi və nəticədə SEPAH-ın Qasim Süleymanidən sonra ən güclü generalının da aralarında olduğu 8 hərbçisini öldürdü. Növbəti dəfə yenidən Cəmkəran məscidinin üzərində qırmızı bayraq dalğalanmağa başladı. Üzərindən 2 həftə keçməmiş İran nəinki təkcə İsrailə, hətta bütün dünyaya 8 saat əvvəldən “hazır olun, mən İsraili vururam” deyib 300-dən artıq raket və silahlı dron atdı. Əvvəlcədən hücum xəbəri verildiyi üçün bu raket və dronların böyük əksəriyyəti İsrailə çatmamış göydə zərərsizləşdirildi. Yəqin ki, İranın budəfəki qisası da belə olacaq”.
 
Heydər Oğuzun fikrincə, İranın bu dəfəki “qisası” daha mütəvazi ola və birbaşa İsrailə yönəlməyə bilər:
 
“Bunun başlıca səbəbi İsrailin də özünə yönələn “qisas” əməliyyatını dördgözlə gözləməsidir. Zatən buna görə bir gündə həm Hizbullahın, həm də HƏMAS-ın liderlərinə sui-qəsd düzənlədi. Məqsəd İranı bu müharibəyə cəlb etmək və onu ABŞ-a “döydürtməkdir”. Məhəllənin dəcəl uşağı kimi şəhərin ən güclü “qabadayısı”na güvənən İsrailin İranı müharibəyə cəlb etmək üçün bu sui-qəsdləri düzənlədiyi ortadadır. İran da bunu yaxşı anlayır. Odur ki, “qisas zərbəsini” İsrailə yox, başqa yerə endirəcək”.
 
Heydər Oğuzun fikrincə, İranın başqa ölkəyə zərbə endirməsi ehtimalını gücləndirən bəhanələr də artıq ortaya çıxıb:
 
“SEPAH-ın iddialarına görə, guya İsmayıl Haniyəni vuran raket zərbəsi xarici ölkələrdən birindən atılıb. Amma indiyədək hardan atıldığını bildirməyiblər. Görünür, vurula biləcək ən zəif nöqtəni hələ müəyyənləşdirməyiblər. Zərbə endirdikdən sonra “bizə raket ordan atılmışdır”, - deyəcəklər.
 
Tehrana ən yaxın xarici ölkələrdən birinin Azərbaycan, digərinin isə Türkmənistan olduğunu xatırladan siyasi şərhçi rəsmi Bakını cənubdan gələ biləcək sürprizlərə hazır olmağa çağırır: “Dərd burasındadır ki, bizdən və ya Türkmənistandan Tehrana ən qısa məsafə 100 kilometrlərlə ölçülür. Məsələn, Azərbaycanın cənub-şərqindəki Astaradan İranın paytaxtına 450-500 kilometrdir. İsmayıl Haniyyəyə atılan raket isə böyük dağıntıya yol açmayıb. Sadəcə HƏMAS liderini və qorumasını öldürüb. Bir də onun qaldığı otağın divarını və pəncərəsini zədələyib. Bu isə o deməkdir ki, raket çox balaca olub. Həmin balaca və nöqtə atışı qabiliyyətinə malik raketin 100 kilometrlərlə məsafəni qət etməsi, şəxsən mənə inandırıcı görünmür. Görünür, İran raketin öz ərazisindən atılmasını etiraf etməkdə çətinlik çəkir. Çünki bu onun əks-kəşfiyyat orqanlarının nə qədər zəif olduğunu göstərir. İran isə öz təhlükəsizlik qurumlarının üzərinə toz qondurmamaq üçün daha zəif qurban axtarır”.
 
Bəs İranın bir başa İsrailə hücumu nə ilə nəticələnə bilər? Bu, iki dövlət arasındakı savaşa çevrilərmi?
 
Heydər Oğuzun fikrincə, İran-İsrail savaşı ötən il oktyabrın 7-də Qəzzada başlayan gərginliklə zatən başlayıb:
 
“İki gün öncə, eyni zamanda həm Livanda Hizbullah, həm də İranda HƏMAS liderinin öldürülməsi də bu savaşın yeni həmlələridir. Və hər iki liderin öldürülməsi əslində İranın Müdafiə sisteminə vurulmuş həyati zərbədir. Belə ki, hava hücumundan güclü müdafiə sistemləri olmayan ölkələr bu problemi adətən fərqli metodlarla aradan qaldırmağa çalışırlar. Məsələn, Rusiya, Şimali Koreya kimi ölkələr bunu nüvə silahları ilə kompensasiya edirlər. Düşmənlərinə göstərirlər ki, əgər mənə hücum etsəniz, nüvə silahlarının düyməsini basaram. İranın isə nüvə silahları yoxdur və ya güclü deyil. O da zəifliyini İsrail və ərəb ölkələri ətrafında yaratdığı proksi qüvvələrlə əvəz edib. Bununla düşmənlərinə mesajı verir ki, nəbadə mənə hücumu ağlınızdan keçirəsiniz, əks halda proksi qüvvələrinin düyməsini basaram, sizin altınızı üstünüzə çevirərlər. İranın bu strateji silahlarından biri də İsrailin tam qulağının dibində yerləşən Hizbullah və HƏMAS-dır. Bu ölkənin düşmənləri həmin qüvvələri tamamilə yox etmədən onunla savaşa başlamazlar. Proksi qüvvələrin tamamilə yox olunması İranı tamamilə tükənmiş hala sala bilər və onu rahatlıqla demokratik dünyaya inteqrasiyaya vadar edər. Məncə, bu gün həm İsrail, həm də onun əsas strateji müttəfiqi də İranı tamamilə ram etmək prosesinə proksi qüvvələrdən başlayıblar. HƏMAS-ı ciddi şəkildə zəiflətdikdən sonra Hizbullaha keçilməsinin sirri də bundadır. Hizbullahı sıradan çıxarmağa nail olsalar, həm Livana, həm də Suriyaya nəzarət edə biləcəklər. Ondan sonra sıra, təbii ki, İraqdakı Həşdi Şabi və Yəməndəki husilərə gələcək. SEPAH-la hesablaşmanı isə İrana saxlayacaqlar. Əlbəttə ki, İran proksi qüvvələrini itirdikdən sonra da “dirəniş oxu” siyasətini davam etdirərsə. Mən şəxsən proksi qüvvələri kimi strateji silahını itirdikdən sonra İranın savaşı davam etdirəcəyinə inanmıram”.
 
Oxşar xəbərlər
16:05, Bu gün
Şuşada Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyasının iclası keçirildi
16:00, Bu gün
Avtomobil marketə çırpıldı – ANBAAN VİDEO
15:54, Bu gün
"İsrailin sionist və işğalçı rejimi üçün qırmızı xətt mövcud deyil..."
15:48, Bu gün
Dünyanın fəxri ustadları siyahısında yer alan aşıq Samirə: "Daha çox maddiyyat əldə etmək üçün..."
15:42, Bu gün
Ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
15:37, Bu gün
Abşeronda zirzəmidən asılmış kişi meyiti tapıldı
15:30, Bu gün
Arda Gülər illər öncə bu filmdə rol alıb - VİDEO
15:25, Bu gün
HƏMAS liderinin öldürüldüyü iqamətgahın yeni GÖRÜNTÜLƏRİ - FOTO
15:19, Bu gün
AXC əleyhdarları Əliheydər Qarayev, Ayna Sultanovanın və s. sonunu bu erməni gətirmişdi...
15:15, Bu gün
"Nə maşın sürürdüm gedib alırdı, eləsin götürdüm ki, çata bilmir" - VİDEO
15:10, Bu gün
Xəzərin altında qalan qədim şəhər üzə çıxdı: Yaşma adasından görüntülər - VİDEO
15:04, Bu gün
Qarabağ Universitetində yeni təyinat - FOTO
14:59, Bu gün
Peşə təhsili müəssisələrinə işə qəbul imtahanına start verilir
14:45, Bu gün
Şübhəliyə badalaq vurub, polisə kömək etdi - VİDEO
14:40, Bu gün
Marşal və generalların ölüm statistikası – Vermaxtın itkiləri daha çox olub
14:35, Bu gün
Əli cibində Olimpiadada medal qazandı, gündəm oldu - VİDEO
14:30, Bu gün
Selcan Familzadə yüksək posta gətirildi
14:26, Bu gün
"Ukrayna heç vaxt öz ərazilərindən imtina etməyəcək" - Zelenski
14:20, Bu gün
Əməkdar artist vəfat etdi - FOTO
14:14, Bu gün
“Biabırçılıq, yiyəsizlik, özbaşınalıq və rəzillik...” - Tanınmış aparıcı ifşa etdi - FOTO
14:07, Bu gün
İsmayıl Haniyənin gəlinindən duyğusal PAYLAŞIM – VİDEO
14:00, Bu gün
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı
13:54, Bu gün
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi ETSN-nin Orxus mərkəzində dəyirmi masa keçirib - FOTO
13:48, Bu gün
Prezident kino işçilərini təltif etdi - SİYAHI
13:42, Bu gün
“İran qisas zərbəsini İsrailə yox, başqa yerə endirəcək” - SENSASİYA
13:37, Bu gün
Rəsmi Bakı İsveçrəni təbrik etdi
13:31, Bu gün
Xalq artistinin qızından gənc yazıçıya SƏRT SÖZLƏR: "Sən hələ özün gör kimsən"
13:25, Bu gün
Hidayət Heydərov birinci pilləyə yüksəldi
13:19, Bu gün
“İran İsrailin 2 şəhərinə hücuma hazırlaşır” – “Xamenei cavab zərbələrinə hazır olmağı tapşırıb”
13:13, Bu gün
Emin Ağalarovun əkiz övladları danışdı - VİDEO
13:07, Bu gün
Sabah 35 dərəcə İSTİ OLACAQ
13:00, Bu gün
Gürcüstanda azərbaycanlı qızı belə qaçırdılar - VİDEO
12:54, Bu gün
COP29-a görə tələbələr distant təhsil alacaq
12:42, Bu gün
Laçın Könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb - FOTO/VİDEO
12:35, Bu gün
Moderator.az-ın işıqlandırdığı Maşlıq kənd məktəbi ilə bağlı sevindirici XƏBƏR - Yeni binası tikiləcək - ÖZƏL
12:30, Bu gün
İlin sonunadək Naxçıvan Regional DOST Mərkəzi açılacaq
12:25, Bu gün
Məktəblilər üçün payız tətilinin vaxtı DƏYİŞDİ
12:20, Bu gün
Tələblərə cavab verməyən liftin fəaliyyəti dayandırıldı - VİDEO
12:15, Bu gün
Nazirlər Kabineti bu qaydaları təsdiqlədi
12:09, Bu gün
“Qarabağ” “Ludoqorets”i məğlub etsə, bu komandalardan biri ilə qarşılaşacaq
12:04, Bu gün
Füzuliyə köç edən sakinlərə mina təhlükəsi ilə bağlı təlim keçirilib - FOTOLAR
11:59, Bu gün
Baş nazirdən bu universitetlə bağlı QƏRAR
11:55, Bu gün
Moldova rusiyalı diplomatı ölkədən çıxarır - YENİLƏNİB
11:52, Bu gün
Daxili işlər naziri sıra baxışı keçirdi - VİDEO
11:48, Bu gün
Hər gün onu YEYİN
11:46, Bu gün
Bu prospektdə əsaslı təmir işləri sürətlə davam etdirilir - FOTO/VİDEO
11:43, Bu gün
Paris-2024: Dünya və Avropa çempionumuz 1/8 finalı gözləyir
11:40, Bu gün
Mərkəzi Bankın qərarı QÜVVƏYƏ MİNDİ – Kredit faizləri azalacaqmı?
11:38, Bu gün
İlham Əliyev İsveçrə Prezidentini təbrik edib
11:33, Bu gün
Vüsal Novruzova vəzifə verildi
11:30, Bu gün
Boş qalan yerlərə qəbul elan edildi
11:27, Bu gün
İsmayıllıda DƏHŞƏT: özünü qoz ağacından asdı
11:25, Bu gün
"Sabah" və "Zirə" cavab oyununa çıxacaq - Konfrans Liqası
11:21, Bu gün
Oğuzda qonaqlar evdən telefonları oğurladı - FOTO
11:19, Bu gün
Ana dilimiz – milli sərvətimiz...
11:17, Bu gün
BDU Qazaxıstanın Avrasiya Milli Universiteti ilə “Orhun” mübadilə protokolu imzalayıb
11:15, Bu gün
8 Noyabr prospektində əsaslı təmir işləri nə vaxt bitəcək? - AÇIQLAMA
11:13, Bu gün
“ABŞ-dəki prezident seçkiləri də qlobal güclərin toqquşmasının vacib bir hissəsidir...”
11:09, Bu gün
İranda Haniyənin dəfn mərasimi keçirilir
11:03, Bu gün
Nazim Abbasov vəzifəsindən azad edildi
11:01, Bu gün
DTX və DSX əməliyyat keçirib, 74 kq narkotik aşkarlanıb
10:57, Bu gün
“Düşmənlərim elə bildilər öləcəm, ölmədim” - Ofeliya Şabanova
10:50, Bu gün
Polislər yanan maşında qalan şəxsləri xilas etdilər - VİDEO
10:43, Bu gün
Dini zəmində terror çağırışları edən azərbaycanlıya cinayət işi açıldı
10:37, Bu gün
Çempionlar Liqası: "Qarabağ"ın "Ludoqorets"lə oyunlarının vaxtı dəqiqləşib
10:30, Bu gün
“Avqustun 2-də Bakıya gələcəkdi…” - Hərbçimiz dəfn olundu
10:22, Bu gün
“Nikosayağı”dan gözlənilməz ADDIM - FOTOlar
10:16, Bu gün
Kamaləddin Qafarov: “Dil hər bir ölkənin milli sərvətidir”
10:10, Bu gün
Ağsuda qarşısına heyvan çıxan sürücü qəza törətdi, oğlu öldü
10:04, Bu gün
Ağdaşda "Jiquli" ağaca çırpıldı, 1 ölü, 3 yaralı var
09:58, Bu gün
İranda Haniyə üçün cənazə mərasimi keçirilir, Dohada dəfn ediləcək
09:50, Bu gün
"Arsenal" İspaniya millisinin oyunçusunu alır
09:42, Bu gün
Mask onu Marsa göndərəcək
09:39, Bu gün
“DSX narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərt və prinsipial mübarizə aparır”
09:36, Bu gün
Bakıda kişi özünü təhlükəsizlik kəməri ilə boğdu
09:30, Bu gün
Bakıda avtomobilin vurduğu piyada iki gün sonra evində ölüb
09:24, Bu gün
"Zirə" "DAK 1904"lə üz-üzə
09:17, Bu gün
Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
09:11, Bu gün
Bu gün Türkiyədə ali hərbi şuranın iclası keçiriləcək
09:05, Bu gün
Psixoloq açıq havada istirahətin faydalarından DANIŞDI
08:49, Bu gün
Beş yaşlı qıza təcavüz edərək- ONU SUSDURMAQ ÜÇÜN OYUNCAQ TƏKLİF EDİBLƏR 
08:43, Bu gün
Gürcüstanda yolun Azərbaycana gedən dolama hissəsinin tikintisi başa çatıb
08:37, Bu gün
Paris-2024: Azərbaycanın dünya çempionu olan cüdoçusu mübarizəyə başlayır
08:31, Bu gün
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:25, Bu gün
Elçin Əmirbəyov ABŞ-dəki görüşlərdə Bakı ilə İrəvan arasındakı sülh prosesini müzakirə edib
08:18, Bu gün
Magistraturaların boş qalan plan yerlərinə ixtisaslaşma seçimi başlayıb
08:12, Bu gün
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
08:11, Bu gün
Yeri haqda məlumatı cangüdənlərindən biri sızdırdı...-Raket qonşu binadan atıldı...
08:06, Bu gün
Avqustun 1-nin ULDUZ FALI: Dolça keçmiş sevgisi ilə qarşılaşa bilər, Xərçəng və digərlər isə...
08:00, Bu gün
Səhər yeməyindən imtina edənləri gözləyən təhlükə...
07:49, Bu gün
“COP29 ölkəmizə yeni investisiyaların cəlbinə imkan yaradacaq”
07:44, Bu gün
İşçisini zorlayan erməni prokuror Ukraynanın işğalında iştirak etməyə hazır olduğunu bildirdi...
07:43, Bu gün
Sabah deputatlığa namizədlərin qeydiyyatı üçün sənədlərinin DSK-lara təqdim edilməsi üçün müddət başa çatır
07:30, Bu gün
Sabiq nazirin oğlu nənəsini girov götürərək güllələdi
07:14, Bu gün
İnanılmaz fakt: İlk zəncirli mişar doğuş üçün istifadə olunub - FOTO
07:13, Bu gün
Ukraynaya gələn "F-16" qırıcılarının sayı bilindi...-Rusiya ordusuna ilk zərbələr endirildi...
03:00, Bu gün
Paris-2024-də ölkəmizi ikicanlı təmsil edən Yaylagül Ramazanovadan AÇIQLAMA
02:58, Bu gün
HƏMAS-ın yeni rəhbəri kim ola bilər?
02:56, Bu gün
İki uşaq atası Fərid 10 gün əvvəl evə gəlibmiş: Laçında həlak olan gizir torpağa tapşırıldı
00:07, Bu gün
Dörd hərbçimizin həlak olduğu yerdən GÖRÜNTÜLƏR
GÜNLÜK
31 Jul 2024 | 17:55
Elcan Hacıyev Paris xəstəxanasına çatdırıldı
31 Jul 2024 | 16:25
Hakimlərdən cüdoçumuza qarşı qərəzli qərar - VİDEO
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 21:23
HƏMAS lideri nədən məhz İranda qətlə yetirilib?
31 Jul 2024 | 23:53
İranın ali lideri İsrailə zərbə endirilməsi əmrini verdi
31 Jul 2024 | 19:07
“Onun tərəfdarları Təbrizdə “Azərbaycan İslam Respublikası” yaratmağa cəhd etdi...”
31 Jul 2024 | 16:52
Avqustda hava necə olacaq? - AYLIQ PROQNOZ
31 Jul 2024 | 16:20
Bu müəllimlərin dərs saatları ARTIRILACAQ - RƏSMİ
02:56, Bu gün
İki uşaq atası Fərid 10 gün əvvəl evə gəlibmiş: Laçında həlak olan gizir torpağa tapşırıldı
31 Jul 2024 | 17:49
Rusiya və İran tarixi müqavilənin şərtlərini razılaşdırıb
HƏFTƏLİK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
31 Jul 2024 | 17:55
Elcan Hacıyev Paris xəstəxanasına çatdırıldı
31 Jul 2024 | 16:25
Hakimlərdən cüdoçumuza qarşı qərəzli qərar - VİDEO
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 21:23
HƏMAS lideri nədən məhz İranda qətlə yetirilib?
31 Jul 2024 | 23:53
İranın ali lideri İsrailə zərbə endirilməsi əmrini verdi
31 Jul 2024 | 19:07
“Onun tərəfdarları Təbrizdə “Azərbaycan İslam Respublikası” yaratmağa cəhd etdi...”
31 Jul 2024 | 16:52
Avqustda hava necə olacaq? - AYLIQ PROQNOZ
31 Jul 2024 | 16:20
Bu müəllimlərin dərs saatları ARTIRILACAQ - RƏSMİ
02:56, Bu gün
İki uşaq atası Fərid 10 gün əvvəl evə gəlibmiş: Laçında həlak olan gizir torpağa tapşırıldı
31 Jul 2024 | 17:49
Rusiya və İran tarixi müqavilənin şərtlərini razılaşdırıb