SSRİ-nin birinci kürsüsünə namizəd olan məmur – Stalinin silahdaşları onu BELƏ sıradan çıxarıblar
Dünya
Oxunub: 1391
23 Jul 2024 | 14:56
SSRİ-nin birinci kürsüsünə namizəd olan məmur – Stalinin silahdaşları onu BELƏ sıradan çıxarıblar

1940-cı illərin sonlarından başlayaraq Stalin rəsmi tədbirlərdə kadr islahatlarının vacibliyinə dəfələrlə toxunub. 1949-cu ilin yanvarın 21-də isə Leninin vəfatının 25 illiyi münasibətilə keçirilən tədbirdə  sovet lideri kadr məsələsinə daha sərt münasibət bildirib. Tədbirdə çıxış edənlər Leninin fəaliyyətindən daha çox Stalinin ünvanına təriflər söyləyiblər, onun Leninin ən uğurlu davamçısı olduğunu vurğulayıblar.

Növbəti məruzəçinin çıxışını isə Stalin yarımçıq qoyub:

  • Amma təəssüf ki, indi bəzi yoldaşlar bu yolda azıblar...

Stalinin tədbirdəki bu ifadəsi Kreml məmurlarının bir çoxunu qorxuya salıb və onlara yaxşı məlum olub ki, Stalin yaxın zamanlarda böyük kadr dəyişiklikləri edəcək.

Köhnə komanda üzvləri, o cümlədən Vyaçeslav Molotov, Anastas Mikoyan, Lazar Kaqanoviç, Lavrenti Beriya bütün vasitələrə əl atıb Stalinin yeni komanda üçün nəzərdə tutduğu kadrları təxmin edərək onları sıradan çıxarmağa cəhd ediblər. Bu kadrlardan biri də Nikolay Voznesenski olub. Belə ki, Stalin dəfələrlə Voznesenski haqqında yüksək fikirlər söyləyib. Hətta gələcəkdə onun dövlət başçısı olacağını da dilə gətirib.

STALİ.jpg (136 KB)

Kim olub Nikolay Voznesenski? O, kadr məsələlərinə çox qısqanclıqla yanaşan Stalinin etibarını necə qazanıb?

Digər Kreml məmurları kimi Nikolay Voznesenski də siyasi karyerasına komsomoldan başlayıb. 1903-cü ildə Tulada anadan olan Voznesenski orta təhsil aldıqdan sonra Sverdlov adına Kommunist Universitetini bitirib. Tulada, Donetskdə və Leninqradda komsomol və partiya orqanlarında işləyən Voznesenski 1935-ci ildə Leninqrad şəhər soveti sədrinin müavini və Leninqrad vilayət plan komitəsinin sədri vəzifəsinə təyin edilib.

1937-ci ildə SSRİ Dövlət Plan Komitəsinin sədri Valeri Mejlauk həbs olunduqdan sonra Stalin bu mühüm posta namizədlər axtaranda Andrey Jdanov Nikolay Voznesenskini Stalinə təqdim edib və o, bu vəzifəyə təyinat alıb.

Ən qısa müddətdə Voznesenski Stalinin etimadını qazanıb. Məhz bu etimad nəticəsində Voznesenski öz vəzifəsi ilə yanaşı, əvvəlcə Xalq Komissarları Soveti (Nazirlər Soveti) sədrinin müavini, sonra isə birinci müavini vəzifəsini də daşıyıb. Beləliklə, faktiki olaraq Voznesenski Stalinin iqtisadi məsələlər üzrə müavini olaraq ölkədə ikinci şəxs sayılıb. Sözsüz ki, köhnə komanda üzvlərindən daha cavan və enerjili olan Voznesenski Kreml məmurları üçün arzuolunmaz şəxsə çevrilib. Onlarda nəinki qısqanclıq, həm də qisas hissi yaranıb.

Stalinin mühafizəçisi və ailəsinə çox yaxın olan Georgi Eqnataşvili sonralar öz xatirələrində Voznesenski haqqında yazıb:

“Stalinin Voznesenskiyə inamı və etibarı böyük idi. Bağ məclislərinin birində hansısa məsələ müzakirə olunurdu. Amma heç kim məsələ ilə bağlı konkret təklif verə bilmirdi. Stalin bundan çox əsəbiləşmişdi və əsəbini də gizlətmədi:

  • Siz hamınız kor itlərə və pişiklərə bənzəyirsiniz. Mən öləndən sonra bu dövlət dağılacaq. Yeganə adam Voznesenskidir ki, dövlətin idarə olunmasını bilən mükəmməl şəxsdir. Bax, elə o da mənim davamçım olacaq.

Stalin bu sözləri dedi və otağı tərk etdi. Onun silahdaşlarını isə bu ifadələr çox pərt vəziyyətə salmışdı...”

Voznesenski çox bacarıqlı, işgüzar, savadlı olmağı ilə yanaşı, həm də çox təkəbbürlü olub. Məsələn, o, heç bir nazirə özü zəng vurmayıb. Göstərişlərini katiblər vasitəsi ilə verib.

Rusofillik Voznesenskinin ən nəzərəçarpacaq xüsusiyyəti olub. Bu haqda Stalin də bilib.

NİKOLA.jpg (142 KB)

Hətta məclislərin birində buna münasibətini də bildirib:

  • Voznesenski nəinki erməniləri və gürcüləri, heç ukraynalıları da adam saymır.

Stalinin bu məsələyə görə Voznesenskiyə münasibəti dəyişməyib. Amma əsasən qeyri-rus millətlərindən olan Kreml məmurları, Mikoyan, Beriya, Kaqanoviç və digərləri Voznesenski ilə barışmaz mövqedə dayanıblar.

Bu haqda Anastas Mikoyan xatirələrində yazıb:

“Voznesenski enerjili və bacarıqlı kadr idi. Stalin ona həddən artıq səlahiyyət vermişdi və bunun nəticəsində də Voznesenski ambisiyalı, hamıya yuxarıdan aşağı baxan bir şəxsə çevrilmişdi. Stalinin onu özünə müavin təyin etməsi isə Siyasi Büroda böyük narazılığa səbəb olmuşdu. Əslində Voznesenski bu vəzifəyə uyğun deyildi. Onun nəzəri bilikləri olsa da, istehsalat təcrübəsi yox idi. Voznesenski kağız, iclas və kabinet məmuru idi...”

Nikolay Voznesenski mövcud dövrdə yeganə məmur olub ki, müşavirələrdə Stalinin təkliflərinə qarşı açıq fikir mübadiləsi aparıb, bəzən isə onun dedikləri ilə razılaşmadığını açıq söyləyib.

Marşal Jukov bu haqda fikirlərini öz xatirələrində belə bölüşüb:

“Müşavirələrin birində Moskva ətrafında alman qoşunları məhv edildikdən sonra sovet qoşunlarının hücum planları müzakirə olunurdu. Voznesenski də Dövlət Müdafiə Komitəsinin üzvü kimi müşavirədə iştirak edirdi. Stalin əks-hücumların bütün istiqamətlərdə aparılmasını təklif edəndə, yeganə olaraq Voznesenski bu təklifə qarşı çıxdı və əsaslandırdı ki, eyni zamanda bütün istiqamətlər üzrə hücum etmək üçün ordunun maddi-texniki cəhətdən təchizatı mümkün olmayacaq. Onun bu fikrindən sonra Lavrenti Beriya ona irad tutdu:

  • Yoldaş Voznesenski, siz Stalinin hesablamalarına şübhə ilə yanaşırsınız?NİKOLA SON.jpg (186 KB)

Voznesenski Beriyanın sualını cavabsız qoymadı:

  • Lavrenti Pavloviç, biz bura ciddi məsələləri müzakirə etmək üçün yığışmışıq, replika atmaq üçün yox.

Müşavirənin sonunda Stalin Voznesenskinin fikirləri ilə razılaşdı...”

Nikolay Voznesenskinin fəaliyyətindən daha çox Beriya və Abakumov narahat olub və onlar çox ciddi şəkildə onu siyasi səhnədən uzaqlaşdırmaq üçün planlar cızıblar.

Nəhayət, 1949-cu ilin mart ayında Beriya və Abakumovun canfəşanlığı sayəsində “Leninqrad işi” adı ilə məşhur olan istintaqa Voznesenskini də cəlb ediblər. O, bu işdə sovet rəhbərlərinə qarşı gizli planlar hazırlayan qrupun üzvü kimi ittiham olunub.

Voznesenski 1949-cu ilin martın 7-də bütün vəzifələrindən azad olunub, Siyasi Büro üzvlüyündən xaric edilib. 7 ay işsiz qalan Voznesenski dəfələrlə Stalinin qəbuluna düşməyə cəhd edib, amma qapılar onun üzünə bağlı qalıb. Yazdığı məktublar, telefon zəngləri heç bir nəticə verməyib. Oktyabrın 27-də Voznesenski həbs olunub. 30 noyabr 1950-ci ildə “Leninqrad işi” ilə bağlı məhkəmə yekunlaşıb.

Məhkəmənin hökmü ilə Nikolay Voznesenski ən ağır cəzaya, güllələnməyə məhkum edilib. Məhkəmədən bir saat sonra hökm icra edilib. /Musavat.com/

Oxşar xəbərlər
14:07, Bu gün
Qadınlar 60 yaşda pensiyaya çıxa bilər: Bu ölkənin təcrübəsi gətirilir
14:02, Bu gün
Şəhid atası deputatlığa namizəd oldu - FOTO
13:56, Bu gün
“Instagram” və “Telegram”da narkotik satışı həyata keçirən 148 səhifə bağlandı - DİN
13:51, Bu gün
"Putin unikal beyinə malikdir" - Peskov
13:45, Bu gün
Sürücülər bu yolda diqqətli olsunlar!
13:40, Bu gün
Bakıda 24 heyvan kəsimi və ət satışı məntəqəsində NÖQSANLAR aşkarlandı  - SİYAHI
13:34, Bu gün
Ermənistan KTMT təlimlərinə məhəl qoymadı
13:28, Bu gün
Çimərliklərdə suyun temperaturu necə olacaq?
13:23, Bu gün
Əkiz qardaşlardan yüksək nəticə: 1 bal fərqlə...
13:18, Bu gün
“Poz-Qazan” oyunlarında iyulda 11 böyük uduş qazanılıb
13:13, Bu gün
“Hizbullah” İsrail ordusunun 91-ci diviziyasının qərargahına dronlarla hücum edib
13:08, Bu gün
İƏT Cammu və Kəşmirlə bağlı bəyanat yaydı
13:02, Bu gün
Azərbaycanda sabiq deputat vəfat etdi - FOTO
12:58, Bu gün
COP29 ərəfəsində yay düşərgəsi təşkil olunacaq
12:53, Bu gün
Azərbaycan futbolunda mütləq rekord
12:48, Bu gün
Xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib
12:42, Bu gün
Sabah 40 dərəcə isti olacaq - PROQNOZ
12:37, Bu gün
“Mən bu sualın cavabını bilirəm. Ancaq qərarı ölkə başçısı verməlidir...”
12:36, Bu gün
DİQQƏT! Uşaqlarımızı zəhərləyib öldürən bu bitki Bakı küçələrindədir – VİDEO
12:30, Bu gün
Qorbaçovu “küçə siyasətçisi” adlandıran nazir – Onun əqidəsini həbsxana həyatı da dəyişməyib
12:25, Bu gün
Qalmaqallı açılışdan sonra Makron çılpaq kişilərlə kefdə… - İndi də belə RÜSVAY oldu - VİDEO
12:20, Bu gün
Türkiyənin “sultanı”-nın Moderator.az-a MÜSAHİBƏSİ: “Azərbaycanda filmə çəkilmək istərdim”
12:15, Bu gün
Ölümündən 22 gün sonra dəfn olunan Firəngiz Rəhimbəyova haqda DOSTLARI danışır: “Həyat yoldaşı dedi ki, mən ölməli idim, çünki...” - ÖZƏL + FOTOLAR
12:10, Bu gün
Növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası başlayır
12:05, Bu gün
“Kiçik sevgilisi olan xanımlar özlərini gəncləşdirirlər” - Afət Fərmanqızı
12:03, Bu gün
Sumqayıtda ana və övladı qidadan zəhərlənib
11:58, Bu gün
Aİ bu şəxslərə sanksiya tətbiq etdi
11:55, Bu gün
Qardaşı arvadını öldürən şəxs tutuldu
11:52, Bu gün
Türkiyə hökuməti “Instagram”ın bərpası üçün şərtini açıqlayıb
11:50, Bu gün
Quru Qoşunlarının taktiki-xüsusi təlimi - VİDEO
11:47, Bu gün
Ağcabədidə 1 həftə əvvəl vurulan piyada xəstəxanada öldü
11:43, Bu gün
Baş prokuror Nəsimi rayonunda vətəndaşları qəbul edəcək
11:40, Bu gün
Avropa Parlamenti silkələnir: Bakının mövqeyi dəyişməyib
11:37, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ - 23:59-dək...
11:33, Bu gün
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
11:31, Bu gün
Telefon qiymətləri nəyə əsasən dəyişir?
11:27, Bu gün
MSK aşağı seçki komissiyaları üçün treninqlərə başladı
11:24, Bu gün
Noyabrda məktəblərdə 10 yox, 18 gün tətil olacaq - Rəsmi
11:20, Bu gün
Şagirdlərin elektron yerdəyişməsi başlayır
11:17, Bu gün
Bu dərmanları qəhvə ilə içmək olmaz
11:14, Bu gün
"Qarabağ"ın potensial rəqibi müəyyənləşir - Çempionlar Liqası
11:09, Bu gün
Körpə Retriever baxımı - Sağlam, xoşbəxt Labrador yetişdirmək
11:09, Bu gün
“Bu  xanım siyasətçinin bir sıra üstünlükləri var. Amma...”
11:02, Bu gün
Musa Sadıqov vəfat etdi - FOTO
10:58, Bu gün
Gömrük Akademiyasında “Açıq qapı günü” keçirilib - FOTOLAR
10:54, Bu gün
Azərbaycan millisinin futbolçusu Türkiyə klubu ilə anlaşıb
10:47, Bu gün
Bərdədə DƏHŞƏTLİ CİNAYƏT: qardaşının arvadını öldürdü
10:40, Bu gün
40 kilo arıqlayan Mətanət İsgəndərli tanınmaz halda - FOTO
10:33, Bu gün
Fərid Qayıbov: "Hidayət Heydərov və Zelim Kotsoyevin sayəsində idmanımızda yeni tarix yazıldı"
10:30, Bu gün
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır
10:25, Bu gün
Patrisia Skotlend: “COP29 iqlim fəaliyyəti və maliyyələşdirmə arasında fərqi aradan qaldırmaq üçün yeganə şansdır”
10:17, Bu gün
DİQQƏT! Bu qidaları səhər yeməyində yeməyin
10:17, Bu gün
Jurnalistika ixtisasına qabiliyyət imtahanı lazımdırmı?
10:10, Bu gün
Bakıda avtobus 10-dan çox maşını əzdi, biri yandı - VİDEO
10:07, Bu gün
Prezident “Cavanşir” körpüsünün yerində tikilən yolun AÇILIŞINDA - YENİLƏNİB + FOTO
10:03, Bu gün
Bakıda ağır QƏZA: Sürücü sükan arxasında sıxılı vəziyyətdə qaldı - VİDEO
09:55, Bu gün
Şəkinin Oxud kəndində yollar çay oldu, icra nümayəndəsi AÇIQLAMA verdi: “Bizlik bir iş yoxdur axı, pul ayrılmalıdır...”-FOTO+VİDEO
09:47, Bu gün
Blinken İranın 24 saat ərzində İsrailə hücum edə biləcəyini bəyan edib
09:31, Bu gün
İlon Maskdan açıqlama: İkinci şəxsi də çiplədilər
09:24, Bu gün
Paris-2024: Onuncu günün GÜNDƏLİYİ
09:17, Bu gün
Ədalət Ətayi vəfat etdi - FOTO
09:09, Bu gün
Gömrük xidməti İrandan gələn 2.2 ton "patı"nı ələ keçirdi
09:02, Bu gün
Bu ərazidə əhalinin sayı artıb
08:55, Bu gün
Bakıda DƏHŞƏT: Qonşusunu öldürdü
08:47, Bu gün
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40, Bu gün
İsrail İrana qabaqlayıcı zərbə endirməyi düşünür
08:32, Bu gün
“Atamın ruhu qarşısında bir borcumu ödədim” - Polad Həşimovun oğlu
08:31, Bu gün
“Bu barədə ən gözəl əsərlər 30-40 il sonra yaranacaq”
08:24, Bu gün
Saçlarınızı sağlam şəkildə uzadan 6 qida maddəsi 
08:16, Bu gün
Xarkovda ardıcıl partlayışlar baş verdi
08:11, Bu gün
Bu ölkə hakimiyyəti öz xalqından qorxduğundan Rusiyadan ordu göndərməsini istəyə bilər... 
08:08, Bu gün
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
08:00, Bu gün
Azərbaycanlı gənc Oksford Universitetinə qəbul olundu
07:31, Bu gün
İran rəsmiləri İsraildən qisas alacaqlarına söz veriblər
07:27, Bu gün
Plastik əməliyyat etdirən şəxsin beyninə toxundular – Əlil qala bilər...
02:27, Bu gün
2000-dən çox Bitcoin cüzdanı çalındı - Polis kiber-dələduzluğun üstünü açdı
00:01, Bu gün
Emosional intellekti aşağı olan insanı necə tanımaq olar? - 10 əsas əlamət
04 Aug 2024 | 23:55
Bakıda ağır QƏZA: Sürücü sükan arxasında sıxılı vəziyyətdə qaldı
04 Aug 2024 | 23:23
Daşkəsəndə gəlini tərəfindən baltalanan qadın öldü
04 Aug 2024 | 23:03
Dürdanə Ağayeva VƏFAT ETDİ
04 Aug 2024 | 22:48
Cəlilabadda 90 yaşlı kişini əqrəb sancıb
04 Aug 2024 | 22:47
Tovuzda ilanın sancdığı qadın ölüb
04 Aug 2024 | 22:41
Tələbələr üçün müxtəlif sxemlər: Artım qərarının yaratdığı suallar
04 Aug 2024 | 22:40
Uorren Baffet Apple-dəki payının yarısını satdı
04 Aug 2024 | 22:05
İsrail-dən İrana daha bir XƏBƏRDARLIQ - "HAZIRIQ!" (VİDEO)
04 Aug 2024 | 21:56
İsrail Qəzzada məktəbləri BOMBALADI - ÇOXLU ÖLÜ VƏ YARALI VAR (FOTOLAR)
04 Aug 2024 | 21:54
“Şöşü” ləqəbli məşhur aktyorun həyat yoldaşı gözəlliyi ilə heyran etdi – FOTOLAR
04 Aug 2024 | 21:46
Şəhid Elçin Kərimbəyli doğum günündə məzarı başında xatırlanıb
04 Aug 2024 | 21:35
Hakan Fidan Misirə GETDİ - “Rəfah”dan AÇIQLAMALAR VERDİ
04 Aug 2024 | 21:31
Şahruddinə SƏRT MESAJ: "Bu saatdan sonra hər hansı səhvinə görə onu..."
04 Aug 2024 | 21:23
Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ
04 Aug 2024 | 21:19
Hava Qüvvələri Günündə F-16 qırıcıları Ukrayna səmasında görünüb - FOTO/VİDEO
04 Aug 2024 | 20:54
Türkiyə Ordusu İraq və Suriyada 8 terrorçu zərərsizləşdirib
04 Aug 2024 | 19:57
Tehran nüvə silahı əldə edib?
04 Aug 2024 | 19:15
"Olmaya, faşizm iblisi seçki qərargahıdır?" - Nikolas Maduro
04 Aug 2024 | 19:01
Zelenski Kiyevin “F-16” qırıcıları aldığını təsdiqləyib - YENİLƏNİB-VİDEO
04 Aug 2024 | 18:56
Britaniyada iğtişaşlar zamanı 90-dan çox insan həbs edilib
04 Aug 2024 | 18:32
SSRİ-dən qalma bu şeylərə çoxlu pul verirlər: 1 000 000
04 Aug 2024 | 18:06
İrana uçan Rusiya hərbi təyyarəsi ilə bağlı ŞOK İDDİA - GPS-i bilərəkdən...
04 Aug 2024 | 17:45
KİV: Ukrayna vəd edilmiş 79 ədəd F-16 qırıcısından yalnız 10-unu alıb
GÜNLÜK
04 Aug 2024 | 15:50
Pensiya yaşının daha 3 il artırılması qərara alındı - Avqustun 6-dan...
04 Aug 2024 | 14:49
Sülh müqaviləsi ilə BAĞLI ÖNƏMLİ xəbər - Bu günlərdə...
04 Aug 2024 | 18:32
SSRİ-dən qalma bu şeylərə çoxlu pul verirlər: 1 000 000
04 Aug 2024 | 23:03
Dürdanə Ağayeva VƏFAT ETDİ
04 Aug 2024 | 14:22
İranda casusluğa görə generalın həbsi - Rəsmi açıqlama
04 Aug 2024 | 21:54
“Şöşü” ləqəbli məşhur aktyorun həyat yoldaşı gözəlliyi ilə heyran etdi – FOTOLAR
04 Aug 2024 | 17:30
Yay tətili daha bir ay uzadıldı? - Oktyabrdan...
04 Aug 2024 | 16:16
“Bu çayları endirimlə də almayın”: Qara siyahıya düşən 3 MƏŞHUR ÇAY BRENDİ 
04 Aug 2024 | 14:46
Rusiya İrana İsraillə savaşmaq üçün “İsgəndər” verdi - MÜNAQİŞƏ QIZIŞIR
04 Aug 2024 | 16:25
Fermerin sahəsində yemiş 15-20 qəpikdir: Bəs bu məhsulu Çindən niyə gətiririk?
HƏFTƏLİK
04 Aug 2024 | 15:50
Pensiya yaşının daha 3 il artırılması qərara alındı - Avqustun 6-dan...
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
02 Aug 2024 | 08:40
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
04 Aug 2024 | 11:59
Bu ölkədə Türkiyə bayrağının üzərində İsrail bayrağı qaldırıldı VƏ... - FOTO
03 Aug 2024 | 22:09
Min bir dərdin DƏRMANI- DƏFNƏ YARPAĞI 
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
04 Aug 2024 | 10:20
İki azərbaycanlı Türkiyənin daxili işlər nazirinin evinə necə “giriblər”? - QALMAQAL
AYLIQ
04 Aug 2024 | 15:50
Pensiya yaşının daha 3 il artırılması qərara alındı - Avqustun 6-dan...
04 Aug 2024 | 14:49
Sülh müqaviləsi ilə BAĞLI ÖNƏMLİ xəbər - Bu günlərdə...
04 Aug 2024 | 18:32
SSRİ-dən qalma bu şeylərə çoxlu pul verirlər: 1 000 000
04 Aug 2024 | 23:03
Dürdanə Ağayeva VƏFAT ETDİ
04 Aug 2024 | 14:22
İranda casusluğa görə generalın həbsi - Rəsmi açıqlama
04 Aug 2024 | 21:54
“Şöşü” ləqəbli məşhur aktyorun həyat yoldaşı gözəlliyi ilə heyran etdi – FOTOLAR
04 Aug 2024 | 17:30
Yay tətili daha bir ay uzadıldı? - Oktyabrdan...
04 Aug 2024 | 16:16
“Bu çayları endirimlə də almayın”: Qara siyahıya düşən 3 MƏŞHUR ÇAY BRENDİ 
04 Aug 2024 | 14:46
Rusiya İrana İsraillə savaşmaq üçün “İsgəndər” verdi - MÜNAQİŞƏ QIZIŞIR
04 Aug 2024 | 16:25
Fermerin sahəsində yemiş 15-20 qəpikdir: Bəs bu məhsulu Çindən niyə gətiririk?