Rusiya-Ukrayna müharibəsi 2014-ci ildən davam etsə də, 2022-ci il fevralın 24-də aktiv fazaya keçib. Təbii ki, müharibədə böyüklərlə yanaşı, uşaqlar da əziyyət çəkir.
Ukrayna Mədəniyyəti Cəmiyyətinin sədr müavini Aliya Usanova Bakupost.az -a açıqlamasında 20 min ukraynalı uşağın Rusiya hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib.
O, əsirlikdə ukraynalı uşaqlara qarşı psixoloji təzyiqlər olduğunu deyib:
“Təsəvvür edin ki, bu günə qədər 736 ukraynalı uşaq əsirlikdən azad edilib. Rusiyada saxlanılan ukraynalı uşaqlara psixoloji təsir göstərib onları sarsıdırlar. Uşaqlara deyirlər ki, valideynləriniz sizi axtarmır. Təbii ki, bu sözlər onlarda ağır travma yaşadır. Biz beynəlxalq təşkilatların diqqətini bu məsələlərə çəkmək istəyirik. Uşaqlar müharibənin günahsız qurbanlarıdır. Onları azad etməlidirlər”.