“Onlar güllələnməlidir” - Hərbçilərin ərzaq payına göz dikənlərə Andropovun cəza tələbi...
Dünya
Oxunub: 883
13:05, Bu gün
“Onlar güllələnməlidir” - Hərbçilərin ərzaq payına göz dikənlərə Andropovun cəza tələbi...
1980-ci illərdə SSRİ-də ərzaq qıtlığı sovet vətəndaşlarının yaşam tərzinə mənfi təsir göstərməklə yanaşı, həm də bir çox cinayət hadisələrinə səbəb olub.
 
Mağazalarda piştaxtaların boş olması qara bazarların fəaliyyətini və coğrafiyasını daha da genişləndirib. Təkcə Moskvada deyil, müttəfiq respublikaların paytaxtlarında, böyük şəhərlərdə hüquq-mühafizə orqanlarının əməkdaşlarından tutmuş sıravi vətəndaşlara qədər hamı yaxşı bilib ki, hansı məhsulu haradan, kimdən və hansı yolla almaq olar. Bu qeyri-qanuni ticarətə isə bir çox hallarda rəsmilər də göz yumub.
 
Əsas problem qara bazarların məhsulla təmin edilməsi olub ki, bu məsələdə işbazlar vəzifəli şəxslərlə işbirliyinə giriblər. Amma “alver” heç də həmişə uğurlu alınmayıb.
 
1981-ci ilin may ayında isə asanlıqla pul qazanmaq istəyən dörd nəfərlik cinayətkar dəstə öz istəklərinə nail ola bilməyiblər.
 
Bu dəstəyə Aleksey Boçarov rəhbərlik edib. 1940-cı ildə Rostovda anadan olan Boçarov hələ 23 yaşı olanda oğurluq maddəsi ilə 3 il məhkumluq həyatı yaşayıb. Amma buna baxmayaraq o, öz “fəaliyyət”indən əl çəkməyib. Qeyd edək ki, Boçarov 1970-ci illərdə vilayətdə zəngin həyat tərzi ilə fərqlənib. Mövcud dövrdə SSRİ-nin şəhərlərində çox az rast gəlinən xarici avtomobillərdən biri də məhz Boçarova məxsus olub.
 
ROSTOV.jpg (177 KB)
 
Boçarov növbəti “əməliyyat”ına bir neçə ay hazırlaşıb. Elə bu məqsədlə kiçik bir dəstə də yaradıb. O, əvvəlcə Rostov vilayətində yerləşən hərbi hisslərin birinin qərargah rəisi Lyaqinovla tanış olub. Çox qısa müddətdə bu tanışlıq dostluğa çevrilib. Nəhayət, Boçarov Lyaqinova öz məqsədini açıqlayıb. Vilayətdə yerləşən hərbi ərzaq anbarına “əl gəzdirmək” məqsədini.
 
Lyaqinov pul qarşılığında Boçarova anbarla bağlı bütün məlumatları, mühafizə sistemini, anbarda saxlanılan ərzaq məhsullarının miqdarını, anbara giriş-çıxış qaydalarını son detallarına qədər açıqlayıb. Bu məlumatlardan məlum olub ki, anbar 24 saat ərzində əsgərlər tərəfindən mühafizə olunur və onlar anbar rəisinə tabedirlər.
 
Beləliklə, Boçarov əməliyyat planı hazırlayıb. 1981-ci ilin mayın 5-də o, 4 yük maşını ilə anbara yollanıb. Əvvəlcədən yük maşınlarına hərbi nömrələr taxılıb və həmin nömrələrə uyğun olaraq yol göndərişləri və digər müvafiq sənədlər hazırlanıb. Boçarov özü də praporşik formasında birinci maşında əyləşib. Anbarın buraxılış məntəqəsində sənədlər yoxlanıldıqdan sonra maşınlar əraziyə buraxılıb. Boçarov sənədlərlə birgə anbar rəisi mayor Deqtaryovun kabinetinə keçib. Sənədləri rəisə uzatdıqdan sonra kabinetin qapısını arxadan bağlayıb, kitelin altında gizlətdiyi tapançanı çıxararaq anbar rəisinə tələblərini diktə etməyə başlayıb:
 
- Kiçik bir səs-küy sizin ölümünüzə səbəb ola bilər. Sizin bir saat vaxtınız var. İndi telefonla göstəriş verin ki, anbarlardakı məhsullar maşınlara yüklənsin və anbardan çıxmaq üçün lazımi sənədləri hazırlayın.
 
Bir saat ərzində ərzaq məhsulları 4 yük maşınına yüklənib. Hər birində 12 ədəd olmaqla 75 qutu qatılaşdırılmış süd, hər biri 20 kiloqram olmaqla 123 qutu kərə yağı, 400 banka yaşıl noxud, hər biri 50 kiloqram olmaqla 80 kisə qənd və s.
 
MOLOKO.jpeg (42 KB)
 
Yükləmə sona çatdıqdan sonra Boçarov anbar rəisinin qollarını və ayaqlarını bağlayıb, ağzına dəsmal tıxayıb, kabinetdəki bütün telefon xətlərini kəsib və rəisin tabel silahını da götürüb. Kabinetdən çıxanda isə otağın qapısını açarla bağlayıb. Hər şey sakitliklə ötüşüb. Anbarlarda yük bölgüsü aparan rəisi tərəfindən ona göndərilən sənədlərdən elə düşünüb ki, ərzaq məhsulları hərbi hissələrə göndərilir. Yük avtomobilləri anbar ərazisindən heç bir maneə olmadan çıxa biliblər.
 
MASLO.jpg (33 KB)
 
Yalnız iki saatdan sonra anbar rəisinin görünməməyi, telefonlarının işləməməsi şübhələr yaradıb. Yuxarı instansiyalara məlumat verildikdən sonra kabinetin qapısını açıblar.
 
Artıq həmin vaxt Boçarov öz “komanda”sı ilə ərazidən çox-çox uzaqlarda olub. Sonradan istintaq zamanı məlum olub ki, onlar anbardan 7 kilometr aralandıqdan sonra yüklər başqa maşınlara yüklənib.
 
Hadisə ilə bağlı dərhal cinayət işi açılıb. İstintaqı Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları aparıb. Bir həftədən artıq davam edən əməliyyat-axtarış tədbirləri nəticəsiz qalıb. Nəhayət, Moskvadan ezam olunmuş DTK əməkdaşlarından biri Rostovdan Moskvaya qayıdarkən şəhərin dəmiryolu vağzalındakı kafedə hadisənin izinə düşə bilib. Belə ki, kafedə işləyən xidmətçi qız müştəriyə kakao süzəndə soruşub:
 
- Qatılaşdırılmış süd əlavə edim?
 
Bu sual DTK əməkdaşı üçün yetərli olub. O da xidmətçidən kakao istəyib və qatılaşdırılmış südün əlavə edilməsini xahiş edib. Daha sonra isə o, xidmətçi qızla ünsiyyət qurmağa başlayıb:
 
- Kakao qatılaşdırılmış südlə daha ləzzətli olur. Bu mənim ən çox sevdiyim içkidir. Amma təəssüf ki, indi qatılaşdırılmış süd qəhətə çıxıb. Mən sizdən heç olmasa bir-iki banka süd ala bilərəmmi?
 
Xidmətçi heç bir şübhə hiss etmədən “səmimi” müştərisini razı salmağa çalışıb:
 
- Bu, yalnız müdirin icazəsi ilə satıla bilər. Mən sizə kömək etməyə çalışaram.
 
Beləliklə, müdirin icazəsindən sonra qiyməti 55 qəpik olan qatılaşdırılmış süd “müştəri”yə 3 rubla satılıb. “Müştəri” isə onu məmnuniyyətlə alıb, amma Moskvaya qayıtmasını təxirə salıb. Səhərisi gün həmin kafe nəzarətə götürülüb. Günorta saatlarında kafeyə mal gətiriləndə həmin malların içərisində oğurlanmış ərzaq məhsulları da aşkar edilib. Ərzaq mallarını daşıyan sürücü çox asanlıqla istintaq orqanları ilə əməkdaşlıq edib. Onları malların saxlanıldığı yerə aparıb.
 
VOYEN.png (385 KB)
 
Ərzaq məhsulları Rostovdan 40 kilometr aralıda ucqar bir kəndin ətrafında yerləşib. DTK əməkdaşları həmin yerə təşrif buyuranda onları Boçarov qarşılayıb. Təslim olmağı düşünməyən Boçarov silahlı müqavimət göstərib. Qarşıdurma zamanı DTK əməkdaşlarından bir nəfər yaralanıb, Boçarov isə atışma zamanı ölüb.
 
Məhkəmə zamanı hadisə ilə bağlı 14 nəfər haqqında ittiham qaldırılıb. O cümlədən mayor Lyaqinov da müttəhimlər kürsüsündə əyləşib. Andropovun səlahiyyəti daxilində olmasa da, DTK şefi məhkəmədən cinayətkarlar üçün ən ağır cəzaları tələb edib – onlar güllələnməlidir. 14 nəfərdən iki nəfər ən ağır cəzaya - güllələnməyə, 12 nəfər isə 7-15 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
 
İstintaqa cəlb edilən 38 DTK əməkdaşı isə Yuri Andropov tərəfindən dövlət mükafatları ilə təltif olunublar.
 
Sovet dövründə, xüsusilə Leonid Brejnevin hakimiyyəti illərində ərzaq qıtlığı ilə bağlı bu cür cinayət hadisələri çox olub. Məhz SSRİ-dəki qara bazarların fəliyyətinin arxasında böyük cinayətlər baş verib. /Musavat.com/
 
Oxşar xəbərlər
17:31, Bu gün
Qarabağdan hayların köçdüyü günlərdə “daxili işlər naziri”nin köməkçisi onlarla avtomobili və qızıl nömrələri mənimsəyib...-FOTO
17:20, Bu gün
Dövlət qulluğunda inzibati və yardımçı vəzifələrin təsnifatı dəyişdi
17:14, Bu gün
Prezident bu qanunlara dəyişiklikləri təsdiqlədi
17:08, Bu gün
"Bakcell" tətbiqində süni intellekt dəstəkli “Tarif Məsləhətçisi”ni təqdim etdi
17:04, Bu gün
İlham Əliyev Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqlədi
16:58, Bu gün
"Nar" qəbul imtahanlarının bitməsi münasibətilə abituriyentləri təbrik edir
16:54, Bu gün
Bakıda Fransa müstəmləkələrindəki Müstəqillik hərəkatlarının birinci qurultayı keçiriləcək
16:48, Bu gün
Yaxın Şərqin Suriya düyünü: Sülh yaxında deyil - TƏHLİL + FOTO
16:42, Bu gün
Bakıda əməliyyat: həbs olunanlar var - FOTO/VİDEO
16:35, Bu gün
Azərbaycanda yük qatarı relsdən çıxdı - YENİLƏNİB
16:30, Bu gün
Masallıda mağazada işləyən satıcıya əxlaqsız təklif: İşdən sonra...
16:27, Bu gün
Xoşbəxt münasibətlər qurmağa kömək edən PRİNSİP
16:23, Bu gün
Havanın temperaturu iqlim normasından yüksək olacaq - PROQNOZ
16:20, Bu gün
Türkiyədən xaricə getmək istəyənlər üçün rüsum artırıldı
16:15, Bu gün
Bayden özünü sionist və Fələstin xalqının böyük dostu hesab edir
16:07, Bu gün
Ronaldu antireytinq siyahısında AVRO-2024-ün lideri oldu: Daha kimlər məyus etdi?..
16:00, Bu gün
Kəlbəcərin neftdən baha sərvəti - termal sular - FOTO
15:53, Bu gün
Oğuzun yeni icra başçısı kimdir? - DOSYE
15:48, Bu gün
Minlərlə manatlıq pərdə və aksesuarlarını oğurlayan şəxslər TUTULDULAR
15:43, Bu gün
Prezident onu “Əmək” ordeni ilə təltif etdi
15:38, Bu gün
“Respublika Qan Bankı” publik hüquqi şəxsi yaradıldı
15:33, Bu gün
Elza Seyidcahan namizədliyini verir: "Deputat seçilsəm..."
15:28, Bu gün
Oğuza yeni icra başçısı təyin edildi
15:23, Bu gün
Metsola yenidən Avropa Parlamentinin prezidenti seçildi
15:19, Bu gün
Maaşını istəyən 22 yaşlı gəncə DƏHŞƏTLİ İŞGƏNCƏLƏR verdilər: “Dişlərini kəlbətinlə çıxarıb…” – ŞOK FOTOLAR
15:13, Bu gün
Çin vətəndaşları il ərzində 3 dəfə Azərbaycana vizasız səfər edə biləcəklər
15:08, Bu gün
"ABŞ Rusiya ilə münaqişəyə can atmır, lakin Ukraynanın özünümüdafiə hüququnu tam dəstəkləyir" - Pentaqon nümayəndəsi
15:03, Bu gün
Şahlar Ağayevin cinayət işi: "Öldürdüyüm şəxs ilk olaraq qulağımı kəsdi"
14:57, Bu gün
İngiltərə millisinin baş məqçisi istefa verdi
14:53, Bu gün
“İran prezidentinin 1-ci müavini dedi ki, ölkə əhalisinin 52 faizi Azərbaycan türklərdir...”
14:50, Bu gün
Küləklə bağlı sarı xəbərdarlıq edildi
14:44, Bu gün
Rusiyada tanınmış televiziya aparıcısı döyülüb
14:40, Bu gün
53 yaşlı Teymur Əmrah buna görə ailə qurmur - VİDEO
14:34, Bu gün
Pensiya alanlara ŞAD XƏBƏR
14:28, Bu gün
Qriqorçuk Şeydayevin transferindən danışdı
14:22, Bu gün
Oğlan sevdiyi qızla ayaqyolunda görüşdü, qız hamilə qaldı, ekspertiza isə... – ŞOK
14:17, Bu gün
Tramp qalib gələcək, bəs Ağ Evə sağ-salamat girəcəkmi? - MÜSAHİBƏ
14:12, Bu gün
"Zirə"nin rəqibi Bakıya nə azarkeş, nə də jurnalist gətirəcək
14:08, Bu gün
Azərbaycan və İsrail “yaşıl enerji” layihələrini müzakirə etdi - FOTO
14:04, Bu gün
"Sumqayıt"ın Macarıstan klubu ilə görüşünə 1500 bilet satılıb
14:03, Bu gün
Azərbaycanda gənc ailələrin boşanma sayı durmadan artır - SƏBƏBLƏR
14:00, Bu gün
Zahid Oruc 33 saylı Xətai 1-ci seçki dairəsini seçdi
13:57, Bu gün
Bu çaylardan sel keçəcək
13:54, Bu gün
“Atasının evdə bir qram hörməti yoxdur, adam yerinə qoyulmur...” - QALMAQALLI SÖZLƏR
13:51, Bu gün
Masallıda ölü dölün doğulması ilə bağlı araşdırma başladı - RƏSMİ
13:50, Bu gün
Azərbaycanda turizmin inkişafını əngəlləyən BƏRBAD YOLLAR- NƏ ZAMAN DÜZƏLƏCƏK? 
13:44, Bu gün
Hava ilə bağlı XƏBƏRDARLIQ - Sabahdan...
13:38, Bu gün
Sanura Cəfərovadan açıqlama: "Dediyimin üstündə dururam, əxlaqsızlıq..."
13:35, Bu gün
“Azərsun Holdinq” Mətbuat Gününü jurnalistlərlə birlikdə qeyd edib - FOTO
13:31, Bu gün
Ramil Şeydayev "Neftçi"də
13:26, Bu gün
Sui-qəsddən sonra: Bayden qarşıdurmanın hərarətini azaltmağa, Tramp birliyə çağırış edir  - "BBC News", Rus xidməti
13:22, Bu gün
Kəlbəcər təbiətinin qorunması üçün xüsusi layihə - FOTOLAR
13:18, Bu gün
Ötən gün həlak olan hərbçimizin sonuncu rəqsi - VİDEO
13:14, Bu gün
"Crocus City Hall"da törədilən terror aktı barədə yeni detal məlum olub
13:10, Bu gün
Aşıq Namiq: "İstəyirəm ki, həyat yoldaşım evdə otursun, işləməsin" - VİDEO
13:05, Bu gün
“Onlar güllələnməlidir” - Hərbçilərin ərzaq payına göz dikənlərə Andropovun cəza tələbi...
13:00, Bu gün
44 günlük Zəfəri sülh masasında möhürləmək
12:55, Bu gün
Kəlbəcərdə faciəli şəkildə həlak olan hərbçi dəfn edildi - FOTO
12:50, Bu gün
Qarabağ Universitetində YENİ TƏYİNAT - FOTO
12:45, Bu gün
Hüseynbala Mirələmov oğlundan danışdı: "Hadisənin görünməyən tərəfləri var"
12:40, Bu gün
YAP siyahısını bu tarixdə açıqlayacaq: Elman Nəsirov açıq və QƏZƏBLİ DANIŞDI - VİDEO
12:35, Bu gün
Azərbaycanda 17 yaşlı ananın doğduğu uşaq öldü - YENİLƏNİB
12:30, Bu gün
Naxçıvana maliyyə naziri təyin edildi
12:25, Bu gün
Xəzərdə dəyişmələrin yaratdığı təhdidlər – ARAŞDIRMA + FOTO
12:20, Bu gün
Əhaliyə hava ilə bağlı VACİB XƏBƏRDARLIQ: Bu gün...
12:16, Bu gün
Xəzər niyə insanları “udur”? – Dənizdəki görünməz təhlükə bu imiş...
12:12, Bu gün
Ərdoğan “bozqurd” işarəsi göstərən Azərini alqışladı - FOTO/VİDEO
12:08, Bu gün
III kurs tələbəsinin ölüm səbəbi BİLİNDİ - YENİLƏNİB + FOTO
12:05, Bu gün
Zakir Həsənov Qazaxıstana getdi - FOTO
12:02, Bu gün
"Ceyranları qoruyaq!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:00, Bu gün
Sumqayıtda 66 yaşlı kişi TUTULDU - Çimərlikdə qadınların...
11:55, Bu gün
Niyə başınız şimala tərəf yatmamalısınız? - Dünyadakı xurafatlar
11:50, Bu gün
"Sanuranın qonorarı ödəndi, DİN-ə şikayət olundu..." - Hikmət Rəhimovdan şok addım
11:50, Bu gün
İki gün əvvəl dənizdə batan gəncin meyiti tapılıb
11:47, Bu gün
"Sevgilim deyir ki, sənin kimi müğənni yoxdur" - Hiss iddialı danışdı
11:46, Bu gün
Azərbaycan–Pakistan münasibətlərində yeni dövrün başlanğıcı
11:45, Bu gün
Tələbələr üçün "Media və uşaq hüquqları" adlı dərs vəsaiti təqdim edilib
11:44, Bu gün
Bilgəhdə dənizdə batan 17 yaşlı gəncin meyiti tapılıb
11:43, Bu gün
NİİM sürücülərə müraciət etdi
11:41, Bu gün
Azərbaycan və Ermənistanın Vaşinqton görüşündə irəliləyiş əldə edilib
11:40, Bu gün
Bu kollecə direktor təyin olundu
11:35, Bu gün
Avtomobili saxlayıb video çəkənlərə XƏBƏRDARLIQ
11:33, Bu gün
Günel Tatlısəsin oğlu ilə: "Səni sevirəm" - FOTO
11:30, Bu gün
Hüsniyyənin uçduğu təyyarədə təhlükəli anlar - VİDEO
11:30, Bu gün
Tramp İrəvanda panika yaratdı: Bakı ilə işləyəcək
11:27, Bu gün
Ən qeybətcil 4 bürc - Hər kəsin arxasınca danışırlar...
11:25, Bu gün
İcbari tibbi sığorta ilə son iki ildə aparılan doğuşların sayı açıqlanıb
11:22, Bu gün
"Hikmət, haqqımı ver!" - "Apatiya 2"də qalmaqal - FOTO
11:20, Bu gün
Azərin “bozqurd” işarəsi göstərdi, Ərdoğan alqışladı - VİDEO
11:17, Bu gün
Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı - VİDEO
11:15, Bu gün
Azərbaycanda günəş enerjisi istehsalı rekord səviyyədə artıb
11:10, Bu gün
AĞIR ƏMƏLİYYAT keçirən İbrahim Tatlısəsin küsülü qaldığı oğlu nələr dedi?
11:05, Bu gün
Növbəyə görə kişinin gözünü çıxardı - 6 il həbs cəzası aldı
11:00, Bu gün
İsti havada sürücülərin qaçmalı olduğu 3 içki - YADDA SAXLA
10:55, Bu gün
Azərbaycanın avarçəkəni dünya çempionatında iştirak edəcək
10:52, Bu gün
66 yaşlı kişi görün nəyə görə TUTULDU - Çimərlikdə qadınların...
10:50, Bu gün
Ana doqquz yaşlı oğlunu öldürdüyünü etiraf etdi - VİDEO
10:45, Bu gün
Azərbaycanın 2 karateçisi Qazaxıstanda medal qazanıb
10:40, Bu gün
Arvadını çəkiclə döyən kişi həbsdə öldü
10:36, Bu gün
"Zakir Fərəcovun yalanlarından bezmişik" - Sahibkarlar Prezidentdən və Birinci Vitse-Prezidentdən kömək istəyir
GÜNLÜK
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
15 Jul 2024 | 18:18
İbrahim Tatlısesin xəstəxanadan buraxılması görüntüləri – VİDEO
15 Jul 2024 | 20:48
Ordumuzun hərbçisi bədbəxt hadisə nəticəsində HƏLAK OLDU
15 Jul 2024 | 18:24
İsveçdə pəncərələrə pərdə taxmaq qadağandır – Səbəb təəccübləndirəcək
15 Jul 2024 | 21:33
Otellər kəskin bahalaşdı, yerlər isə bomboşdur…
15 Jul 2024 | 18:42
Qızının adını "onbir" qoydu, peşman oldu
15 Jul 2024 | 18:52
Yataqda siqaret çəkən kişi faciəvi şəkildə öldü
15 Jul 2024 | 18:12
Yuxuda ayrılıq görmək nə deməkdir?
15 Jul 2024 | 18:00
Xəstəxanada vəfat edən Ramiz Taxvelinin məhkəmə prosesi davam etdiriləcək
15 Jul 2024 | 18:07
Qəzaya düşən Peşəkar Futbol Liqasının prezidenti yeriməyə başlayıb
HƏFTƏLİK
11 Jul 2024 | 09:15
“Ronaldo soyunub-geyinmə otağımıza gəldi, mənə dedi ki…”- Arda Gülər
14 Jul 2024 | 09:49
Pisixoloq Nərmin Şahmarzadə ÖZÜNÜ ASIB? - FOTO
14 Jul 2024 | 11:51
“Qaraca qız” filminin Xədicəsi: “Həmin görüşə Sevil gəlmədi, illər sonra...”- FOTOLAR
09 Jul 2024 | 18:00
Bakı Türk Liseyinin məzunu dünya birincisi oldu
12 Jul 2024 | 14:12
Bakıda ŞOK: Qadından ərinin gözü qarşısından onunla getməyi tələb etdi – TƏFƏRRÜAT
15 Jul 2024 | 11:23
Nuran Abdullayev: Biz yola inananlarla davam edirik - MÜSAHİBƏ
11 Jul 2024 | 11:25
Xalq artistinin qızının kirayədə qalmağa pulu yoxdur: “Ev yiyəsi dedi ki, otağı boşalt, borclarım çoxdur”- FOTO + ÖZƏL
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
13 Jul 2024 | 14:32
Meyvə mağazasında meyiti tapılan şəxs tanınmış iş adamı imiş - YENİLƏNİB
11 Jul 2024 | 10:38
Hava kəskin DƏYİŞİR - Dövlət xidməti xəbərdarlıq etdi
AYLIQ
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
15 Jul 2024 | 18:18
İbrahim Tatlısesin xəstəxanadan buraxılması görüntüləri – VİDEO
15 Jul 2024 | 20:48
Ordumuzun hərbçisi bədbəxt hadisə nəticəsində HƏLAK OLDU
15 Jul 2024 | 18:24
İsveçdə pəncərələrə pərdə taxmaq qadağandır – Səbəb təəccübləndirəcək
15 Jul 2024 | 21:33
Otellər kəskin bahalaşdı, yerlər isə bomboşdur…
15 Jul 2024 | 18:42
Qızının adını "onbir" qoydu, peşman oldu
15 Jul 2024 | 18:52
Yataqda siqaret çəkən kişi faciəvi şəkildə öldü
15 Jul 2024 | 18:12
Yuxuda ayrılıq görmək nə deməkdir?
15 Jul 2024 | 18:00
Xəstəxanada vəfat edən Ramiz Taxvelinin məhkəmə prosesi davam etdiriləcək
15 Jul 2024 | 18:07
Qəzaya düşən Peşəkar Futbol Liqasının prezidenti yeriməyə başlayıb