Trampa atəş açan şəxslə bağlı incə detal - FOTO
1888
15 Jul 2024 | 12:03

Trampa atəş açan şəxslə bağlı incə detal - FOTO

ABŞ-nin sabiq prezidenti Donald Trampa atəş açan Tomas Metyu Kruks Klerton şəhərində (Pensilvaniya ştatı) yerləşən atıcılıq klubunun üzvü olub.
 
Moderator.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə atıcılıq klubunun prezidenti Bill Sellitto məlumat verib.
 
"Sözsüz ki, klub dünən baş vermiş zorakılıq aktını birmənalı olaraq pisləyir", - deyə o vurğulayıb.
 
Lakin atıcılıq klubunun rəhbərliyi hüquq-mühafizə orqanlarının hazırda araşdırma apardığını əsas gətirərək sözügedən mövzuda əlavə şərh verməkdən imtina edib.

Link kopyalandı!
Son xəbərlər