Dünya
1848
14 Jul 2024 | 14:37

"Putinə qarşı bir-neçə sui-qəsd olunub, amma uğursuz alınıb" - Budanov

"Ölkənin birinci şəxsi etibarlı mühafizə altındadır..."
 
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bəyan edib ki, onun Vladimir Putinə qarşı edilən bir-neçə sui-qəsd barədə məlumatı var.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Ukraynanın "Novıy qolos" (NV, "New Voice") nəşrinə müsahibəsində deyib. Məlumatı "dw.com" nəşri yayıb.
 
"Belə sui-qəsdlər olub, göründüyü kimi, uğursuz alınıb", - Budanov deyib.
 
O, təfərrüatlara varmayıb, lakin qeyd edib ki, Putin 20 ildən artıqdır ki, hakimiyyətdədir və "rusiyalılarda onu itirmək qorxusu mövcuddur, çünki o, həyatlarının sabit olmasının qarantı hesab edilir". Budanov nənəsinin Stalinin ölümündən danışdığını da xatırladıb.
 
"Nənəm o zaman insanların dünyalarının büsbütün çökdüyünü zənn etdiyi, bundan sonra necə yaşayacaqlarının aydın olmadığından danışıb. Rusiyalılar üçün bu, çox oxşar hisslərdir", - Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri deyib.
 
2022-ci ilin mayında Budanov "Ukrainskaya pravda" nəşrinə müsahibəsində "Qafqaz nümayəndələrinin xəttilə" Putinə qarşı sui-istifadə cəhdlərindən biri barədə danışıb.
 
Onun sözlərinə görə, bu cəhd uğursuz alınıb, bu barədə KİV-lər məlumat verməyib.
 
Budanovun bu açıqlamalarına Kremlin mətbuat katibi Dmitri Peskov şərh edib.
 
"Kiyev rejimi tərəfindən bütün təhdidər aydındır. Ona görə də birinci şəxsin təhlükəsizliyi lazımi səviyyədə təmin edilir", - o, SHOT kanalına deyib.
 
Ötən ilin əvvəlində Britaniyanın "The İndependent" qəzeti yazıb ki, müharibə müddətində Ukrayna prezidenti Vladimir Zelenskiniyə qarşı ən azı 12 dəfə sui-qəsd olunub.
 
Həmin ilin avqust ayında Ukrayna Təhlükəsizlik Xidməti bəyan edib ki, daha bir sui-qəsd cəhdinin qarşısı alınıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər