İngiltərədə qızlar tualetə görə restoran sahibini döyüblər
Dünya
2128
29 May 2024 | 19:35

İngiltərədə qızlar tualetə görə restoran sahibini döyüblər

İngiltərədə bir qrup qız onları restoranın tualetinə buraxmayan obyekt sahibini döyüblər.
 
Məlumata görə, qızlar restoranın tualetindən istifadə etmək istəyiblər. Restoranın sahibi isə tualetdən ancaq müştərilərin istifadə edə bildiyini deyib.
 
64 yaşlı restoran sahibi Məhəmməd İslamın dediyi kimi, qızların tualetə getməsinə icazə vermədikdən sonra onlar ona yumruqla hücum edib, başına bir neçə zərbə vurub, qaşının üstünü partladıblar.
 
Kişi və işçiləri aqressiv qızları restorandan çıxarsalar da, pəncərələri sındırmağa başlayıblar. Polis hadisənin bütün iştirakçılarının müəyyən edildiyini bildirib. Cinayəti törədənlər istintaq zamanı zaminə buraxılıblar.
Link kopyalandı!
Son xəbərlər