Gənc seçicilər Baydendən üz döndərə bilərlər
Dünya
1916
28 Apr 2024 | 16:00

Gənc seçicilər Baydendən üz döndərə bilərlər

ABŞ Prezidenti Co Baydenin Çinin “TikTok” tətbiqini qadağan edən qanun layihəsi onun seçki kampaniyasına mənfi təsir göstərəcək.
 
Jurnalistlər “TikTok” qadağası səbəbindən Bayden üçün seçki fəlakətini proqnozlaşdırıblar.
 
Onların fikrincə, qərar gənc seçiciləri keçmiş dövlət başçısı Donald Trampın tərəfinə çəkəcək.
 
Media nümayəndələri əvvəllər Baydeni dəstəkləyən nüfuzlu tiktokerlərlə danışıb və əmin olublar ki, tətbiqin qadağan edilməsindən sonra onlar fikirlərini dəyişiblər.
Məsələn, prezidentin brifinqlərində dəfələrlə iştirak edən bloqer Ava Sannh Baydeni sosial şəbəkənin təsirini və onun gənc nəsil üçün əhəmiyyətini dərk etməməkdə ittiham edib.
Link kopyalandı!
Son xəbərlər