Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
Dünya
3340
25 Apr 2024 | 20:52

Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi

Təşkilat yaratmaq və çirkli pulların yuyulmasında ittiham edilərək həbs edilən türkiyəli bloqer, iş adamı Dilan Polat və həyat yoldaşı Engin Polat iş yerinə silahlı hücumla bağlı məhkəmə prosesinə qatılıblar.
 
Dilan-Engin Polat cütlüyü müğənni Banu Parlakın iş yeri olan gözəllik salonunun atəşə tutulması işi ilə bağlı hakim qarşısına çıxıblar.
 
Polat cütlüyü onlara qarşı irəli sürülən ittihamları rədd edib.
 
Birlikdə mühakimə olunduğu şəxsləri tanımadığını iddia edən Dilan Polat Banu Parlakla heç bir düşmənçiliyinin olmadığını deyib. Həyat yoldaşı Engin Polat da ittihamları rədd edib. Həmçinin çirkli pulların yuyulması ilə bağlı da iddiaları qəbul etməyib.
 
Məhkəmə zalında gərgin anlar yaşanıb. Polat cütlüyünün qohumları Banu Parlakın üzərinə tüpürüblər. Parlak şikayət edəcəyini bildirib.
 
Məhkəmə heyəti qərarını açıqlayıb və təqsirləndirilən şəxslərin həbsinin davam etdirilməsinə hökm verib.
Məhkəmə zamanı qızını və ərini görən Dilan Polat kədərlənib. Belə ki, Dilan və Engin Polatın qızı Nilda Polat və Engin Polatın bacısı Kübra Uzun məhkəməyə tamaşaçı qismində qatılıblar. Məhkəmə zalına girən kimi Engin Polatla göz-gözə gələn Dilan Polat gözyaşlarına boğulub. Cütlük əl-ələ tutub və Dilan Polat Engin Polatın əlindən öpüb. Həmçinin qızı Nildaya toxunmaq istəyib, lakin hakim buna icazə verməyib.
 
“Qızım, səni çox sevirəm”, - deyə Dilan Polat gözyaşlarını saxlaya bilməyib.
 
Xatırladaq ki, oktyabrın 1-də türkiyəli müğənni Banu Parlakın Bahçeşehir 1-ci Hissə Təbiət Parkında yerləşən gözəllik mərkəzinə silahlı hücum olub və Parlak bunda Dilan-Engin Polat cütlüyünü təqsirləndirib.
Link kopyalandı!
Son xəbərlər