Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
3162
25 Apr 2024 | 19:00

Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”

“Bir vaxt müharibələr üçün pul kisəsi olan Ruben Vardanyanı indi Nobel Sülh Mükafatına namizəd görürlər”.
 
Bunu “Report”a açıqlamasında Ukrayna Ali Radasının hakim “Xalqın xidmətçisi” partiyasının deputatı Anatoli Kostiux parlamentin Ruben Vardanyan ilə bağlı Nobel Komitəsinə etirazını şərh edərkən deyib.
 
“Ukrayna da daxil olmaqla müxtəlif ölkələrə qarşı hərbi kampaniyaların maliyyələşdirildiyi mənbə - Ruben Vardanyan Nobelə namizəd göstərilir. Çox absurddur. Xatırladım ki, Ruben Vardanyan ABŞ-nin sanksiya siyahısına daxil edilib və dəfələrlə avropalı siyasətçilər tərəfindən onun qara fəaliyyəti pislənilib”, - deputat bildirib.
A.Kostiux qeyd edib ki, Vardanyan Ukraynanın “Sülhməramlı” məlumat bazasında axtarışda olan şəxsdir:
 
“Bilmirəm bu Komitənin səhvidir, yoxsa doğrudan da buna göz yumulur. Ona görə də, həmkarlarımın buna etiraz təşəbbüsünü dəstəkləmək və Nobel Komitəsinə müraciət etmək qərarına gəldim. Bu şəxs yüksək ada təqdim olunmamalıdır”.
Link kopyalandı!
Son xəbərlər