Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
Dünya
2350
23 Apr 2024 | 22:18

Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur

Şimali Atlantika Alyansının Polşa ərazisində ABŞ-nin nüvə qüvvələrini yerləşdirmək planları yoxdur.
 
Moderator.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Varşavada Böyük Britaniyanın Baş naziri Rişi Sunakla birgə mətbuat konfransında bildirib.
 
"NATO-nun nüvə qüvvələrinin konfiqurasiyasını dəyişdirmək və ya alyansın hər hansı ölkəsində qüvvə yerləşdirmək planları yoxdur", - o, deyib.
 
Alyansın baş katibi əlavə edib ki, NATO Rusiya ilə münaqişə axtarışında deyil, bloka üzv olan ölkələrin vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çalışacaq. O, müttəfiq ölkələrini Baş naziri Sunakın Londonun 2030-cu ilə qədər müdafiəyə 2,5 % xərcləyəcəyini vəd edən Böyük Britaniyadan nümunə götürməyə çağırıb.
Link kopyalandı!
Son xəbərlər