Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Senatında Ukrayna və İsrailə yardımla əlaqədar konsensus əldə olunub.
Moderator.az “ABC News”a istinadən xəbər verir ki, bu barədə Senatdakı çoxluğun lideri, demokrat Çak Şumer (Chak Shumer) deyib.
O bildirib ki, Konqres hər iki ölkəyə yardım göndərmək üçün mümkün qədər tez hərəkətə keçməlidir.
Parlamentarinin sözlərinə görə, konsensus Prezident Cozef Bayden və Konqres rəhbərliyi arasında bazar günü keçirilən müzakirə zamanı əldə olunub.
Ç.Şumer Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bu həftə hər iki ölkəyə yardım məqsədi ilə müəyyən işlər görülə biləcəyinə ümid etdiyini bildirib:
“İsrail və Ukraynaya kömək etməyin ən yaxşı yolu Nümayəndələr Palatasının hər iki ölkəyə yardımı nəzərdə tutan və Senatın təsdiqlədiyi milli təhlükəsizliklə əlaqədar yeni qanun layihəsini qəbul etməsidir”.
Xatırladaq ki, C.Bayden aprelin 14-də Senatdakı çoxluğun lideri Şumer, Nümayəndələr Palatasının spikeri Mayk Conson (James Michael Johnson), Nümayəndələr Palatasındakı azlığın lideri Hakim Cefires ( Hakeem Jeffries) və Senatdakı azlığın lideri Mitç Makkonnel (Mitch Makkonnel) ilə danışıb. Onlar Ukrayna və İsrailə dəstək məsələsini müzakirə ediblər.