Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, üçüncü dünya müharibəsinin qarşısını yalnız o ala bilər.
“Sübut edəcəyəm ki, bunu edə bilən yeganə şəxs mənəm, çünki Bayden administrasiyasındakı insanların üçüncü dünya müharibəsinin qarşısını necə almaq barədə heç bir fikri yoxdur”, - deyə keçmiş prezident bildirib.
O qeyd edib ki, üçüncü dünya müharibəsi əvvəlkilər kimi olmayacaq, çünki burada nüvə silahı ilə yanaşı, heç kimin ağlına belə gətirə bilmədiyi bir çox silah növləri tətbiq ediləcək.
Mənbə: gazeta.ru