ABŞ sanksiya tətbiq etdiyi gürcü hakimlərlə bağlı Tbilisiyə heç bir sübut verməyib
Dünya
2118
13 Apr 2024 | 19:43

ABŞ sanksiya tətbiq etdiyi gürcü hakimlərlə bağlı Tbilisiyə heç bir sübut verməyib

Gürcüstan ABŞ-nin viza sanksiyaları tətbiq etdiyi hakimlərlə bağlı heç bir sübut almayıb.
 
Bu barədə hakim “Gürcü Arzusu” Partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.
 
"Gürcü hakimlərə qarşı ədalətsiz sanksiyaların ləğvi ilə bağlı sualımıza, tələbimizə və xahişimizə cavab aldıq: araşdırmaya başlayın. Biz də sübut istədik. Heç bir sübut təqdim edilmədi və sübut olmadan araşdırmaya başlamaq nə ABŞ, nə Avropa, nə də Gürcüstan üçün demokratiya standartıdır”, - Mdinaradze deyib.
 
Xatırladaq ki, daha əvvəl ABŞ üç gürcü hakimə – Mixail Çinçaladze, Levan Murusidze, İrakli Şenqeliya və keçmiş hakim Valerian Tsertsvadzeyə “əhəmiyyətli korrupsiyada iştiraka görə” viza məhdudiyyəti tətbiq edib. Gürcüstan hakimiyyəti dəfələrlə Dövlət Departamentini sübut təqdim etməyə çağırıb.
Link kopyalandı!
Son xəbərlər