Bizi sosial şəbəkələrdən izləyin:
İsrail ordusunun 162-ci diviziyası Qəzza zolağının mərkəzi hissəsində HƏMAS-a qarşı yeni hərbi əməliyyatlara başlayıb.
Bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunur ki, Qəzza zolağının mərkəzinə daxil olmazdan əvvəl İsrail qırıcıları anklavdakı hərbi hədəflərə aviasiya zərbələri endiriblər.
Məlumat üçün əlavə edək ki, İsrail aprelin 7-də bütün qoşunlarını Qəzza zolağının cənubundan çıxarıb. İsrail tərəfi bəyan edib ki, növbəti hədəf HƏMAS-ın Rəfah keçid məntəqəsinin yaxınlığında olan birləşmələrini məhv etməkdir.
Mənbə: The Times of Israel