“Crocus”dakı terrora görə həbs olunan ata və oğullarından xəbər var
2730
10 Apr 2024 | 19:36

“Crocus”dakı terrora görə həbs olunan ata və oğullarından xəbər var

“Crocus City Hall”da terror aktının törədilməsində şərik olmaqda ittiham olunanlardan biri Dilovar İslamov təqsirini boynuna almır.
 
Bu barədə onun vəkili məlumat verib.
 
Onun sözlərinə görə, Dilovar İslamovun həbsdə olan atası və qardaşı İsrail və Aminçon da təqsirli olduqlarını qəbul etmirlər.
 
Qeyd edək ki, çərşənbə günü Moskva Şəhər Məhkəməsi Dilovar İslamovun həbsinin qanuniliyini təsdiqləyib.
İş materiallarına görə, İsrail İslamov və onun iki oğlu, habelə işdə iştirak edən digər şəxs - onlara mənzil kirayə vermiş Əlişir Qasımovun terror aktını törədənlərin niyyətindən xəbəri olub və bu işdə onlara kömək ediblər.
 
Mənbə: TASS
Link kopyalandı!
Son xəbərlər