Türkiyədə cinayətkar şəbəkə məhv edildi: Əməliyyat görüntüləri yayıldı - VİDEO
Dünya
3315
07 Apr 2024 | 13:42

Türkiyədə cinayətkar şəbəkə məhv edildi: Əməliyyat görüntüləri yayıldı - VİDEO

Türkiyədə jandarm qüvvələrinin Kahramanmaraşın iki rayonunda eyni vaxtda həyata keçirdiyi “Mahzen-26” əməliyyatında 20 nəfər həbs edilib və “Canık” mütəşəkkil cinayətkar dəstəsi zərərsizləşdirilib.
 
Bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabından açıqlama verib.
 
Yerlikaya 1 iyun 2023-cü ildən etibarən 14-ü beynəlxalq, 38-i milli, 69-u regional və 303-ü yerli olmaqla cəmi 424 mütəşəkkil cinayətkar dəstənin məhv edildiyini bildirib.
 
Nazir əməliyyat görüntülərini də paylaşıb.
 

 

Link kopyalandı!
Son xəbərlər