3015
05 Apr 2024 | 14:37

"Crocus" terror aktı qurbanlarının xatirəsinə ucaldılmış abidə yandırılıb

Yeni Moskva ərazisində "Crocus City Hall" konsert zalında terror aktı qurbanlarının xatirəsinə ucaldılmış abidə yandırılıb.
 
Moderator.az bu barədə "Gazeta.ru"ya istinadən xəbər verir.
 
Məlumata görə, naməlum şəxslər aprelin 5-nə keçən gecə yerli sakinlər tərəfindən ucaldılmış abidəni yandırıblar.
Xatırladaq ki, martın 22-də axşam saatlarında "Crocus City Hall"da terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Terrorçular həbs olunublar. İstintaq davam edir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər