Avstriya Ukraynaya 2 milyon avro ayıracaq
Dünya
2312
03 Apr 2024 | 20:05

Avstriya Ukraynaya 2 milyon avro ayıracaq

Avstriya xarici təbii fəlakət fondundan dünyanın müxtəlif yerlərində humanitar yardım üçün 21,5 milyon avro ayırır ki, bunun da 2 milyon avrosu Ukraynaya veriləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Avstriya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
 
Mətbuat xidmətinin qeyd etdiyi kimi, müharibələr, yoxsulluq, miqrasiya və mütərəqqi iqlim dəyişikliyi nəticəsində yaranan qlobal humanitar böhranlar milyonlarla insanın həyatı üçün böyük təhlükə yaradır.
 
Qeyd edək ki, 2023-cü ildə Vyana müharibədən zərər çəkmiş ukraynalılara kömək üçün Kiyevə əlavə 18 milyon avro ayırmağa razılaşıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər