Poroşenko yenidən Ukrayna prezidenti postu uğrunda mübarizə aparacaq
3126
03 Apr 2024 | 11:16

Poroşenko yenidən Ukrayna prezidenti postu uğrunda mübarizə aparacaq

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko növbəti prezident seçkisində namizədliyini irəli sürmək niyyətindədir.
 
Bu barədə ukraynalı siyasətçi “Al-Jazeera” telekanalına müsahibəsində bəyan edib.
 
“Növbəti seçkidə iştirak etməyi planlaşdırmağım barədə soruşursunuzsa, bəli”, - deyə o bildirib.
 
Poroşenko, eyni zamanda, qeyd edib ki, seçkinin keçirilməsi üçün Ukrayna müharibədə qalib gəlməlidir.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər