Türkiyədə miqrantları daşıyan qayıq batıb, 20 nəfər ölüb
Dünya
2263
15 Mar 2024 | 15:00

Türkiyədə miqrantları daşıyan qayıq batıb, 20 nəfər ölüb

Türkiyənin Çanaqqala bölgəsində qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 20 nəfər ölüb.
 
Moderator.az  “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Çanaqqala valisi İlham Aktaş bildirib.
 
Məlumata görə, bölgədə 10 sahil mühafizə gəmisi, 2 helikopter, dəniz polisi və başqa qurumların əməkdaşları axtarış-xilasetmə əməliyyatını davam etdirir.
 
Bildirilib ki, Kabatəpə limanında çoxlu sayda təcili yardım maşını hazır vəziyyətdə saxlanılır.
Link kopyalandı!
Son xəbərlər