Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan edildi
Dünya
2759
14 Mar 2024 | 21:46

Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan edildi

Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
 
Ölkənin Milli Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların episentri Fukusima prefekturasında olub.
 
Zəlzələlərdən əvvəl ümummilli fövqəladə xəbərdarlıq sistemi işə salınıb - yerli sakinlərin mobil cihazlarına yaxınlaşan zəlzələ barədə xəbərdarlıqlar göndərilib. Tektonik zərbədən sonra seysmoloqlar ölkənin şimal-şərq sahilləri üçün sunami təhlükəsi elan ediblər, lakin bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib. Yeraltı təkanlar Tokioda hiss olunub.
 
Tələfat və dağıntılar barədə məlumat yoxdur. “Fukusima-1” AES-də fövqəladə vəziyyətlə bağlı hər hansı məlumat verilməyib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər