Rusiya nüvə müharibəsinə hazırdır - Putin
2114
13 Mar 2024 | 09:53

Rusiya nüvə müharibəsinə hazırdır - Putin

Hərbi-texniki baxımdan Rusiya nüvə müharibəsinə hazırdır.
 
Bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Dmitri Kiselyova müsahibəsində deyib. “Onlar daim döyüşə hazır vəziyyətdədirlər”, - Putin bildirib. Putinin sözlərinə görə, ABŞ öz qoşunlarını Ukraynaya göndərmək fikrində olmadığını elan edib:
 
“Vaşinqtonda başa düşürlər ki, Moskva ABŞ qoşunlarının Rusiya ərazisinə yeridilməsini müdaxilə kimi qiymətləndirəcək. Mən demişəm ki, Bayden ənənəvi siyasət məktəbinin nümayəndəsidir. Bu da təsdiqini tapır. Baydendən başqa da Rusiya-ABŞ münasibətləri sahəsində kifayət qədər mütəxəssis var”.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər