Dünyada banan qiymətlərinin artacağı proqnozlaşdırılır - Paskal Liu
Dünya
1937
12 Mar 2024 | 21:19

Dünyada banan qiymətlərinin artacağı proqnozlaşdırılır - Paskal Liu

Qlobal bananın qiymətləri iqlim dəyişikliyinə görə yaxın illərdə arta bilər. 
 
Moderator.az xəbər verir ki, bu barədə BBC BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Dünya Banan Forumunun eksperti Paskal Liuya istinadən yazır.
 
Qlobal istiləşmə bəzi yerlərdə banan bitkilərini məhv edə bilər, çünki giləmeyvə temperatura həssasdır, - Liu izah edir. Bundan başqa, daha isti mühitdə müxtəlif xəstəliklərin yayılması sürətlənir, - ekspert əlavə edib.
 
“Bir plantasiya yoluxduqda, bütün banan ağacları ölür. Bundan xilas olmaq son dərəcə çətindir”, - BBC yazır.
 
Ekspert bananın bahalaşmasına səbəb ola biləcək digər amillərlə yanaşı, gübrələrin, enerji və nəqliyyatın bahalaşmasını, sənayedə kadr çatışmazlığını da qeyd edib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər