İranda Novruz şənlikləri ilə bağlı acı statistika: Həlak olanlar və yaralananlar var - FOTO
Dünya
1671
12 Mar 2024 | 14:40

İranda Novruz şənlikləri ilə bağlı acı statistika: Həlak olanlar və yaralananlar var - FOTO

İranda Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarında keçirilən şənliklərdə azı 10 nəfər həlak olub, 363 nəfər yaralanıb.
 
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İranın Fövqəladə Hallar Təşkilatı xəbər verib.
 
Məlumata görə, xəsarət alanlardan 126 nəfər dərhal tibbi yardım mərkəzlərinə göndərilib, 13 nəfərə yerindəcə tibbi yardım edilib.
 
Qeyd olunub ki, 32 nəfər bədən üzvlərindən birini itirib, 119-u gözündən, 170 nəfər isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər