Türkiyə və ABŞ Cənubi Qafqazla bağlı razılığa gəldi - BƏYANAT
3831
09 Mar 2024 | 20:19

Türkiyə və ABŞ Cənubi Qafqazla bağlı razılığa gəldi - BƏYANAT

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Entoni Blinkenin görüşünün yekunlarına dair bəyanat yayılıb.
 
Tərəflər terrorla mübarizə, regional məsələlər, Ukrayna və Qəzzadakı vəziyyətlə bağlı müzakirələr aparıblar.
 
Görüşdə Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunub.
 
Fidan və Blinken Azərbaycanla Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə olunmasına kömək etmək üçün birgə işləmək öhdəliyi götürüblər.
 
Tərəflər belə bir sazişin regional sabitliyə, əməkdaşlığa və çiçəklənməyə kömək edəcəyi barədə razılığa gəliblər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər