“Apple” “iPhone” istifadəçilərinə milyonlarla dollar ödəyəcək
3057
07 Mar 2024 | 08:58

“Apple” “iPhone” istifadəçilərinə milyonlarla dollar ödəyəcək

Britaniya Kolumbiyası (Kanada) məhkəməsi “Apple” şirkətinə qarşı kollektiv tələbi təsdiqləyib və razılaşma əldə olunub.
 
Belə ki, “Apple” istifadəçilərinə xəbərdarlıq etmədən bəzi “iPhone”ların sürətini məhdudlaşdırmaqda günahlandırılıb.
 
Razılaşma çərçivəsində ABŞ İT nəhəngi 11,1 - 14,4 milyon dollar məbləğində təzminat ödəməyə razılaşıb. İddiaların sayından asılı olaraq, kollektiv aksiyasının bütün iştirakçıları “Apple”dan 17,50 - 150 dollar məbləğində təzminat alacaqlar.
 
Mənbə: Gazeta.ru
Link kopyalandı!
Son xəbərlər