Belçika paytaxtında terror aktının qarşısı alınıb
Dünya
2660
04 Mar 2024 | 22:09

Belçika paytaxtında terror aktının qarşısı alınıb

Belçikanın paytaxtı Brüsseldə konsert zalında terror aktı planlaşdıran 4 silahlı həbs edilib.
 
Moderator.az-ın məlumatına görə, bu barədə krallığın prokurorluğu məlumat yayıb.
 
"Belçika polisinin Brüsseldə keçən həftəsonu həbs etdiyi dörd şübhəli konsert zalında terror aktı törətməyi planlaşdırırdı. Polisin fəaliyyəti sayəsində terror aktının qarşısı alınıb. Hücumun bir neçə həftə ərzində baş verəcəyi gözlənilirdi", - prokurorluğun bəyanatında deyilir.
Link kopyalandı!
Son xəbərlər