Sankt-Peterburqda yaşayış binalarına dronla hücum nəticəsində partlayış baş verib - FOTO/VİDEO
2215
02 Mar 2024 | 11:08

Sankt-Peterburqda yaşayış binalarına dronla hücum nəticəsində partlayış baş verib - FOTO/VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərinə dron hücumundan sonra partlayış olub.
 
Bu barədə yerli hüquq-mühafizə orqanlarından xəbər verilib.
 
Bildirilir ki, partlayışla əlaqədar iki yaşayış binasına ciddi ziyan dəyib.
 
“Binalardan 100-ə yaxın sakin təxliyə edilib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur”, - deyə mənbələrdən vurğulanıb.
 
Bəzi məlumatlara görə, hücumun hədəfi Sankt-Peterburqun şimal-şərqindəki Ruçyi neft anbarı olub. Pilotsuz uçuş aparatının düşdüyü yerlə həmin məntəqə arasında bir kilometrdən az məsafə olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər