Türkiyədə xəstəxana binasına silahlı hücum: Ağır yaralılar var - FOTO/VİDEO
2335
01 Mar 2024 | 20:41

Türkiyədə xəstəxana binasına silahlı hücum: Ağır yaralılar var - FOTO/VİDEO

Türkiyənin Denizli şəhərində yerləşən Pamukkale Universitetinin Xəstəxanasına silahlı hücum olub.
 
Xəstəxananın Təcili Tibbi Yardım şöbəsinin girişindəki yeməkxanaya naməlum iki şəxs tərəfindən atəş açılıb. İlkin məlumata görə, 7 nəfər yaralanıb.
 
Hadisə yerinə çox sayda polis qrupları sövq edilib. Atəş edənlər qaçıblar və axtarışları davam edir.
 
Xəsarət alan 7 nəfərə xəstəxanada tibbi yardım göstərilib. Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib.
Hadisə ilə bağlı istintaq işi başlanılıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər