Zelenski Azərbaycana GƏLİR?
Dünya
3099
24 Feb 2024 | 00:36

Zelenski Azərbaycana GƏLİR?

Xəbər verdiyimiz kimi, erməni mətbuatında Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfər edəcəyi barədə məlumat yayılıb. Xəbəri "factor.am" nəşri yazıb.
 
 "Azadlıq" radiosunun erməni bürosunun mənbələri də məlumatı təsdiq edib.
 
Adı açıqlanmayan diplomat mənbə bildirib ki, Ukrayna lideri martın 4-də Ermənistana gələcək. Bu, Zelenskinin Ermənistana ilk səfəri olacaq.
 
Mənbənin iddiasına görə, Zelenskinin səfəri regional olacaq. Belə ki, Ukrayna liderinin Azərbaycana da səfər edəcəyi iddia edilir. İddia barədə rəsmi açıqlama verilməyib .
 
Ukraynanın Ermənistandakı diplomatı Valeri Lobax məlumatı nə təsdiq, nə də təkzib edib. “Azadlıq” radiosunun sualına ancaq “Bahar Ermənistana müsbət hadisələr gətirəcək” deyə cavab verib.
 
“Əslində hazırda deyiləsi çox şey var, amma heç nə deyə bilmərəm, bir neçə gündən sonra bundan sonra nə edəcəyiniz barədə xəbər eşidəcəksiniz. Mən də öz növbəmdə deyim ki, Ukrayna Ermənistanı dəstəkləməyə hazırdır. Ölkəmiz regionun sabitləşməsi üçün hər şeyi edəcək”, - Lobax bildirib.
 
"Caliber" nəşrinin mənbələri isə Zelenskinin Azərbaycana səfərini təsdiqləməyib. Onun yalnız Ermənistana səfər edəcəyi gözlənilir.
Link kopyalandı!
Son xəbərlər