XİN: Ermənistanın Roma Statutuna qoşulması Rusiya ilə münasibətlərə mənfi təsir göstərir
Dünya
2264
14 Feb 2024 | 18:33

XİN: Ermənistanın Roma Statutuna qoşulması Rusiya ilə münasibətlərə mənfi təsir göstərir

Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna qoşulması Rusiya ilə ikitərəfli münasibətlərə yaxşı təsir göstərmir.
 
Moderator.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
 
Onun sözlərinə görə, bu qərar rəsmi İrəvanı bir tərəfdən BCM vasitəsilə Qərbin diktə etdiyi öhdəlik, digər tərəfdən Rusiya ilə siyasi dialoq, o biri tərəfdən Avrasiya inteqrasiyası çərçivəsində qarşılıqlı fəaliyyət arasında seçim qarşısında qoyur: “Biz erməni tərəfdaşlarımızdan müvafiq ikitərəfli təminat almağı planlaşdırırıq və gözləyirik”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər