Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə terror hücumu zamanı ölənlərin sayı artıb.
Məlumata görə, hadisə zamanı yaralanan daha bir nəfər həyatını itirib.
Həmçinin, hücumu təşkil edən DHKP/C terror təşkilatının üzvləri Pınar Birkoç və Emrah Yaylanın da fotoları yayılıb:
13:48
Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Onun sözlərinə görə, hadisə zamanı üçü polis olmaqla altı nəfər yaralanıb.
Ali Yerlikayanın verdiyi məlumata görə, zərərsizləşdirilən terrorçulardan biri kişi, digəri qadındır. Həmçinin, E.Y. və P.B. adlı hücumçuların DHKP/C (Devrimci Halk Kurtuluş Partisi - Cephesi) terror təşkilatının üzvü olduqları təsbit edilib.
Mənbə: TRT Haber