Çin və ABŞ rəsmiləri Tailandda görüşəcək
Dünya
1621
26 Jan 2024 | 09:50

Çin və ABŞ rəsmiləri Tailandda görüşəcək

Çinin xarici işlər naziri Van İ Tailanda səfər edəcək və ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşlərin yeni mərhələsini keçirəcək.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məlumat verib.

Onun sözlərinə görə, Çin XİN başçısı yanvarın 26-dan 29-dək Tailandda səfərdə olacaq.

Xatırladaq ki, daha əvvəl Van İ və Ceyk Sallivan arasında gözlənilən görüş Ağ Ev tərəfindən təsdiqlənmişdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər