Rumıniya
Dünya
1770
25 Jan 2024 | 21:30

Rumıniya "Avroviziya-2024"də iştirak etməyəcək

Rumıniya builki "Avroviziya" mahnı müsabiqəsində iştirak etməyəcək.

Bu barədə Rumıniya Televiziyasının İnzibati Şurası məlumat yayıb.

Buna səbəb Rumıniyanın beynəlxalq rəqabətdə daha yüksək standartlara uyğun iştirakını təmin etmək üçün kifayət qədər vəsaitə malik olmaması göstərilir.

Qeyd edilir ki, Rumıniya 1993-cü ildən müsabiqədə iştirak edir. 2016-cı ildə milli televiziyanın Avropa Yayım Birliyinə borcu olduğu üçün ölkəyə müsabiqədə iştiraka icazə verilməyib.

Builki "Avroviziya" müsabiqəsi mayın 7, 9 və 11-də İsveçin Malmö şəhərində keçiriləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər